Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
13:08 | 20 fevral 2017 | Bazar ertəsi
Məqaləyə 2695 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
«İri silahlarla təchizat Soyuq müharibə dövründən bəri ən yüksək həddə çatıb». Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) silahlanma haqda illik hesabatında belə deyilir. «Silahla təchizatda beynəlxalq meyllər-2016» adlanan hesabatda Azərbaycanın da həmişəkindənçox silah aldığı qeyd olunur. Dünyanın 40 ən böyük silah istehsalçısının müştəriləri siyahısında Azərbaycan 21-ci yeri tutub.
Hesabatda Ermənistanla müqayisədə Azərbaycanın dəfələrlə çox silahlandığı vurğulanır. 2012-2016-cı illərdə Azərbaycanın silah idxalını 2007-2011-ci illərə nisbətən 75 faiz artırdığı, Ermənistandan 20 dəfə artıq silah aldığı qeyd olunur. Həm də Azərbaycanın müxtəlif tipli döyüş ləvazimatlarıyla təchiz olunduğu, tank, zirehli maşın, ballistik raket əleyhinə müdafiə sistemləri, döyüş təyyarələri əldə etdiyi deyilir.
Ermənistanda isə diqqəti çəkən 280 km-lik «İsgəndər» raket kompleksinin alınması olub. Hesabatda bu raketin Azərbaycanın, az qala, istənilən nöqtəsini vurmaq iqtidarında olduğu vurğulanır. SIPRI həm Ermənistan, həm də Azərbaycanın əsas silah təchizatçısının Rusiya olduğunu deyir.
SIPRI-nın hesablamalarına görə, 2012-2016-cı illərdə Rusiya istehsalı olan silahların 4-5 faizini Azərbaycanla Venesuela alıb. İsrailin ixrac etdiyi silahların 13 faizinin, Belarus silahlarının 11 faizinin müştərisi Azərbaycan olub. Hesabatda Azərbaycanın 2012-2016-cı illərdə idxal etdiyi silahların 3.6 faizini Belarusdan, 22 faizi İsraildən, 69 faizini Rusiyadan aldığı göstərilir.
Ümumiyyətlə, Rusiya silah satışına görə ABŞ-dan sonra 2-ci yerdədir. 3-cü ən böyük silah ixracatçısı Çin, sonra Fransa və Almaniyadır. Dünya silah ixracatının 74 faizi bu ölkələrin payına düşür.
Satılan silahların 1/3-i ABŞ-ındır (Rusiyanın payı 23 faizdir). SIPRI 2012-2016-cı illərdə ABŞ-ın silah satışını 21 faiz artırdığını və silahlarının, az qala, yarısını Yaxın Şərqə satdığını bildirir. «Birləşmiş Ştatlar təxminən 100 ölkəni iri silahla təchiz edir. Bu isə bütün digər ixracatçılarla müqayisədə xeyli böyük rəqəmdir». SIPRI-nın Silahlar və Hərbi Xərclər Proqramının direktoru Aude Fleurant belə deyir.
SIPRI-nın yeni hesabatında silahların son illər daha çox Asiyaya, Sakit Okean adaları və Yaxın Şərqə satıldığı deyilir. Avropa, Amerika və Afrika ölkələrinə satışın son 10 ildə azaldığı müşahidə olunur. Asiya və Okeaniya ölkələri silah idxalını son illər özəlliklə çoxaldıb, 2012-2016-cı illərdə qlobal idxalın 43 faizi bu ölkələrin payına düşüb. Yaxın Şərqdəkilər isə idxalı son 10 ildə 86 faiz artırıblar, 2012-2016-cı illərdə satılan silahların 29 faizini Yaxın Şərq ölkələri alıblar. İri silah idxalına görə birinci yerdə dayanan Hindistandır. Hesabatda qlobal silah idxalının 13 faizinin Hindistana aid olduğu vurğulanır. («Azadlıq radiosu»nun xülasəsi)