vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
11:10 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

35 yaşlı fenomen

Böyük şəxsiyyət istedad və ya çalışqanlıqla deyil hər ikisinin birləşməsiylə olur

Nurlan İBRAHİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu yazını hələ oyundan qabaq yazmaq istəyirdim. İstəyirdim ki, beynimdə bir neçə gün davam «avtoqol» linçləməsini durdurum'. Ki, əmindim bu oyunda Rəşad nəyisə bir daha sübut edəcək.

Əslində onun nəyisə sübut etməsinə də gərək yoxdur. Təbii ki, ondan daha istedadlılar da olub, perskpektivlisi də, çalışqanı da. Amma onda olan xarakter heç kimdə olmayıb. Ki, buna qayıdacam.

Onunla 2008-ci ildə tanış olmuşam. Futbolsuz günləri idi, bir jurnalistin toyuna eyni maşında getmişdik. O zamanların yetərincə populyar futbolçusu basketbol oynamağa məcbur olmasına rəğmən olduqca nikbin hətta inamlı idi. Yolboyu hətta zarafat etməkdən də çəkinməyərək karyerasını bitirmə uçurumunu belə sonsuz vahəyə çevirmişdi.

Nəsə, məsələ o deyil. 2009-da məlum «Rosenborq» oyunundan öncə «Qarabağ»a gələndə belə çoxları artıq onun erasını bitmiş sayırdı. Amma o nə etdi? Gənc azərbaycanlılarla inanılmazı bacardı. İl ərzində ona edilən tənələr, mənəvi basqılara ilahi zərbəylə möhtəşəm qələbəni gətirdi.

Norveçlə oyundan sonra məlum avtoqol tənələrindən sonra 8 il öncəsi məlum oyunu xatırladım. Əmindim ki, yenə nəsə edəcək. Və bu gün cərimə zərbəsi zamanı topa yaxınlaşarkən baxışlarındakı qətiyyət hesabın dəyişəcəyindən xəbər verirdi.

Nə qədər təzadlı səslənsə də kapitanın nömrəsi məndə yoxdu, yəni «çaşka-loşka» deyilik. Üst-üstə düşməyən fikirlərimiz də var. Məsələn, bəzilərinə adının özüylə aşırı səsləşməsinə imkan verir, deyəndə boş verməyi tövsiyə edir. Demək olar ki, oyundan-oyuna salamlaşırıq. Amma bunu «Slovan»la Bakıda keçirilən oyundan sonra da yazmışdım. Rəşad Sadıqov fenomeni əsla pul, şan-şöhrət, populyarlıq üzərinə formalaşmayıb. Nə zamansa onun maddi tələblərini eşitmisizmi? Əsla. O bu günə qədər saysız-hesabsız əməliyyatları, haqlı-haqsız, özünü aşan basqılara sırf xarakterinə görə qalib gəlib. Məğlub olmaq istəməyib, məğrurluğu fiziki imkanlarını belə aşıb. Uğursuzluqlara boyun olub, başarıda kölgəyə çəkilib.

Bu gün qolun hansı komandanın qapısına vurulması önəmli deyil. Önəmli olan məsuliyyəti hiss etməkdi. Təbii ki, o da nə zamansa yaşıl meydanlara kapitan kimi çıxmayacaq. Amma adamı yaşına görə dəyərləndirmək 37 yaşında klub dəyişən Con Terriyə haqsızlıqdı.

Hər kəs tənqid edilə bilər, tənqid etmək də həmçinin. Sadəcə, qurunun oduna yaşı yandırmaq isti verməyəcək, göz tutuşduracaq. Bu nə Rəşadın nə də başqasının problemidir. Yerimizi itirmək yerimizdə saymağa gətirir.

Bu gün Rəşadın alternativinin olmaması futbol(çun)un yox xarakter çatışmazlığının göstəricisidir. Böyük şəxsiyyət istedad və ya çalışqanlıqla deyil hər ikisinin birləşməsiylə olur. İstər futbolçu, istər məşqçi həmkarları (yenicə başlasa da zaman fərqi göstərəcək) şanssızlıqdan, imkansızlıqdan şikayətlənəndə Rəşad durmadan öz üzərində çalışır(dı). Başqaları futbol uğurunu əyləncə masalarında xərcləyəndə o əməliyyat stollarından növbəti əzmkarlığını nümayiş etdirmək üçün qalxdı.

O, şübhəsiz müstəqil futbolumuzun ən əsrarəngiz, ziddiyyətli romanıdır: oxunacaq yox mütaliə ediləcək.

İstəsək də, istəməsək də o kitabı özü bitirəcək. Gələcək nəsillərə miras qalacaq bir əsər kimi. Amma inanın ki, bu roman nə qədər uzun olsa darıxdırıcı yox, yaddaqalan və faydalı olacaq.

Təbii ki, Rəşad da karyerasını bitirəcək, ondan daha istedadlıları da gələcək. Amma əsla ikinci bir Rəşad Sadıqov olmayacaq, gəlməyəcək.