«Əla nəticədir»
Rəşad Sadıqov: ««Atletiko» kimi bir rəqibə qarşı azlıqda mübarizə aparmaq çox çətindir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ən titullu kubokun qalibi
“Manchester City” dünyanın ən güclü klubudur
-
Polşa klubları “Qarabağ”ı ...
... Azərbaycan komandaları isə “Lex”i keçə bilməyib
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilən oyunda səfərdə «Atletiko»yla heç-heçə edən (1:1) «Qarabağ»ın kapitanı Rəşad Sadıqov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. VAXT.AZ xəbər verir ki, Sadıqov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Üzərimizdə böyük təzyiq var idi. Stadionda 60-70 min azarkeş meydan sahiblərinə dəstək verirdi. Tribunalar çox qısa zamanda doldu. Biz isinmə hərəkətləri edən zaman boş yerlər çox idi. Ancaq paltardəyişmə otağına gedib, qayıdandan sonra dolu tribunalarla qarşılaşdıq. Rəqib oyuna kəskin hücumlarla başladı. Buna hazır idik. Ancaq vaxt keçdikcə oyuna uyğunlaşdıq, topa daha çox sahib olduq və hücumlar etdik. Oyun barədə çox şey danışmaq olar, lakin mən hazırda dəqiq nə deməli olduğumu bilmirəm.
- Bu oyunu sizin karyeranızda ən önəmli matçlardan biri saymaq olar?
- Ola bilər. Həm ən vacib, həm də ən uğurlu. «Atletiko» kimi güclü bir komandaya qarşı səfər oyununda 90 dəqiqə döyüşdük. Çox çətin idi. Allahın izni ilə burdan yaxşı nəticə ilə dönürük.
- Qırmızı vərəqədən sonra rəqib təzyiqi artırdı...
- Qol buraxdıqdan sonra hücuma daha çox qoşulmağa başladıq. Elə bu zaman da qırmızı vərəqə aldıq. Məhz buna görə, biz geri çəkilməyə, oyunu əks-hücum üzərində qurmağa məcbur olduq. «Atletiko» kimi bir rəqibə qarşı azlıqda mübarizə aparmaq çox çətindir.
- «Qarabağ» ÇL-də debüt ilində turnirin favoritlərindən olan komanda ilə iki ardıcıl heç-heçə etdi.
- Qrup oyunlarından öncə qarşımıza xal qazanmaqla bağlı hər hansı tapşırıq qoymamışdıq. Həmişə deyirdim ki, ancaq növbəti oyun barədə düşünməli, oyundan-oyuna nəticələrimizi yaxşılaşdırmalıyıq. «Samtredia» ilə başladıq, «Atletiko» ilə bitirdik. Qarşıda isə bizi «Çelsi» ilə ev oyunu gözləyir. Hazırlaşmaq üçün vaxt var. Bu görüşdə də bütün gücümüzü ortaya qoyacağıq.
- Azərbaycan çempionatında 1000 azarkeşin qarşısında oynayırsız. Bu gün isə çoxlu azarkeş qarşısında çıxış etdiz. Bu, sizdə hansı hissləri yaradır?
- Son vaxtlar tez-tez dolu tribunalar qarşısında oynayırıq. Həm millidə, həm də «Qarabağ»da. Bu, insanda ancaq xoş hisslər oyadır. Çempionatda meydançada bir söz deyildikdə, tribunalarda eşidilir. Burda isə komanda yoldaşlarının dediklərini eşitmirsən. Gücünü itirməmək üçün çox qışqırmamağa çalışırsan. Belə vəziyyətlərdə bir-birimizi ancaq hərəkətlə başa salırıq. Biz artıq uzun müddətdir bir yerdə oynayırıq və kimin hansı mövqeyə qaçacağını bilirik. Ümumiyyətlə, bu cür azarkeşlərin önündə, «Atletiko»ya qarşı çıxış etmək çox xoş idi.
- Oyundan öncə sizə bu qarşılaşmanın heç-heçə bitəcəyini desələr, reaksiyanız necə olardı?
- Əlbəttə, sevinərdim. «Atletiko» ilə səfərdə heç-heçə etmək - bu, əla nəticədir.