vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
12:23 | 6 yanvar 2018 | Şənbə Məqaləyə 2884 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sadıqovun səhv seçimi

1-2 istisna ilə debüt siyahısı pis deyil, amma ...

AĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəşad Sadıqov ilk seçimini etdi. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi Türkiyədəki hazırlıq prosesi üçün heyəti müəyyənləşdirdi. Yanvarın 9-dan 27-dək Antalya şəhərində baş tutacaq toplanışda maraqlı adlar olacaq.

Siyahıyla tanışsız, 26 nəfər haqda müəyyən məlunatınız da var. Amma doğrusu, bu siyahı bircə nəfərə görə məni məyus etdi. Sanki Təbriz Həsənov və Yaşar Vahabzadənin ruhu hələ də bu komandanın üzərindədir, Bernard Lippert caynaqlarını geri çəkməyib.

Məncə, Sadıqovun debüt siyahısı pis deyil, 1-2 istisna ilə, üzdə olan futbolçuların hamısı buradadı, daha geniş seçim imkanı yoxdur. Üstəlik, ilk toplanış olduğundan kiminsə diqqətdən kənarda qalması da mümkündü. Amma hətta ölkədə 21 yaşı tamam olmayan 11 futbolçu tapılmasaydı belə, o siyahıya Ozancan Kökcü düşməməliydi. Və bunu Rəşad kimi xarakter sahibi, ümumiyyətlə, etməməliydi.

Əvvəllər də aşağı yaş qrupları üzrə millilərə dəvət olunmuş Murad Xaçayevlə işimiz yox, amma digər milliləşən Ozancan ciddi müzakirə mövzusu olmalıdı. Azərbaycanla bağlılığı olmadığını mətbuata etiraf edən, millilərimizdə oynamaq istəmədiyini bildirən birinə yenidən qucaq açmaq, onun əvvəl dediklərinin tərsini danışmasına nail olmaq ayıbdır. Kökcünün ürəyi yığma komandamızla döyünmür, getdiyi klubların heç birində möhkəmlənə bilmədiyi üçün yenidən milli formaya möhtacdır, reklama ehtiyacı var.

Bildiyimizə görə, Ozancan həqiqətən istedadlıdır, milliləşənlər içində gözə dəyən azsaylı oyunçulardandır. Amma hətta bu da onun hansısa klubda heyətə düşməsinə imkan vermir. Belədə görəsən, bizimkilər nəyə görə onun arxasınca düşüb?

I divizion klubu MOİK-dən də 2 futbolçu götürməsi, heyəti imkan daxilində çeşidli etməsi, bütün klublara diqqət yetirməsi Sadıqov üçün müsbət amildir. Hətta millinin düşərgəsində qalmaqalla yadda qalan Elnur Cəfərovun dəvət alması da yaxşıdır – Sadıqov bəlkə də ona son şansı verib və ağıllanacağına ümid edir. Amma Ozancan...

Rəşad ötən ilin noyabrında Almaniya və Kosovo ilə qarşılaşmalara dəvət alan «23-lük»dəki oyunçuların yarısından imtina edib. Yalnız 11 futbolçu - Anton Krivotsyuk, Aydın Bayramov, Bəhlul Mustafazadə, Ehtiram Şahverdiyev, Elnur Cəfərov, İlyas Səfərzadə, Murad Qayalı, Murtazəli Abakarov, Qismət Alıyev, Sərtan Taşkın və Xəyal Nəcəfov – yenə U-21-dədir. Budaq Nəsirov, Əlibəy Məmmədli, Eltun Turabov, Fərid Nəbiyev, İlkin Sadıqov, Mustafa Ozhitay, Oleg Hüseynov, Ramil Şeydayev, Renat Dadaşov, Serkan Baloglu, Süleyman Süleymanov və Yusif Nəbiyevdən imtina edən məşqçiylə Budaq, Fərid və Ramilə görə irad bildirmək olar, lakin bu da məşqçinin seçimidir, hörmətə layiqdir. Amma Ozancan...

Rəşadın yeni tapıntıları Abdulla Seyidəhmədov, Elvin Sərkərov, Əskər Hüseynov, Famil Camalov, Fəhmin Muradbəyli, Hacıağa Hacılı, İlkin Muradov, İsmayıl İbrahimli, Kamran İbrahimov, Murad Xaçayev, Ömər Buludov, Ozan Can Kökcü, Rafael Məhərrəmli, Ülvü İskəndərov və Yusif Cəfərovdur. Əksəriyyətini çempionat oyunlarında görmüşük və ən azı sınanmağı haqq edirlər. Amma Ozancan...

...Şəxsən mən azərbaycanlı olmadığı üçün millidən imtina edən, xüsusi danışıqlardan sonra isə fikrini dəyişən oyunçunu hətta Maradona da olsa, milliyə çağırmazdım. Bəlkə də bütün milliləşənlərin xaç atası olan Bernard Lippertin və ya onların meneceri Riad Rəfiyevin xahişi ilə dəvət alıb? İnanmırıq. Çünki Rəşad «Mançester Siti»yə təcrübəyə getməsini təşkil etdiyi üçün Rəfiyevin xahişini nəzərə alacaq biri deyil. O, hətta ölkə başçısının «sən hələ oynamalısan» deməsinə baxmayaraq, milli karyerasını başa vuran adamdır.

Bu toplanışdan sonra Rəşadın, ümumiyyətlə, futbolçu karyerasını başa vuracağını da demək olar. Çünki bütün klublar mövsümün ikinci yarısına hazırlaşdığı vaxt Sadıqov məşqçi kimi komandasını quracaq, çempionatda rəqib olduğu cavanlardan kollektiv formalaşdırmağa çalışacaq. «Qarabağ»la birlikdə toplanış keçməyən kapitanın Ağdam klubuna ciddi kömək etməsi mümkün deyil.