«Telman, axı sənin prokurorluqda adamların var...»
AST Telmanın qardaşı Rafiq İsmayılovla telefon danışığı yayıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
-
Üç Vladimirin davası
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
-
İldırımsürətli savaş planı
Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif: “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”
-
“Böyük biabırçılıqdır”
Rusiyadan Putinin “Rustavi 2” telekanalında təhqir edilməsinə reaksiya
-
Müraciətin gücü
Saakaşvilinin çağırışı gürcü polisini hərəkətləndirdi
-
“Azərbaycana verməyə hazırlaşmırıq”
Çavuşoğludan “S-400” açıqlaması ...
-
ABŞ-da məhşər günü
Tramp Putinə işləyir, ya yox?
-
Separatizmə dəstəyə yox!
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
-
Krımın işğalı nələri dəyişdi?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
-
“Başdan-ayağa şüar yığını”
Rusiya ekspertləri Vladimir Putinin 2019-cu il ismarıcını analiz edirlər
-
Boltonun zəngi...
Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünümü yaxınlaşdırır?
-
Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən mallar satılır
Bu ilhaqa haqq qazandırmaq deməkdir
-
Azov yeni müharibəyə səbəb olacaqmı?
“Son təxribatının” arxasında dayanan güclər ...
-
“Onlarda alınmayacaq”
Putin Zaxarçenkonu öldürənləri hədələdi
-
Moskva və İrəvan ənənəvi Qarabağ kursunu dəyişəcəkmi?
Ermənistandakı siyasi böhran işğalçı ölkənin Azərbaycanla münasibətlərində və konfliktin taleyində mühüm iz qoya bilər, əgər...
Xəbər verildiyi kimi ötən gün Moskvada azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılova məxsus cəmi 12 obyektdə-mənzillərdə, villalarda və ofislərdə axtarış aparılıb. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bu axtarışın Telman İsmayılovun təşkil etdiyi sifarişli qətllərlə bağlı olduğunu deyiblər. Vəkili Aleksandr Dobrovinski bildirib ki, o, axtarışlar barədə telefonla Telman İsmayılovu məlumatlandırıb və o, «şoka düşüb».
Virtualaz.org xatırladır ki, Telman İsmayılovun qardaşı Rafiq İsmayılov 2016-cı ilin mayında keçmiş ortağı Vladimir Savkinin və təsadüfən həmin gün onun yanında olan tanışı Yuri Brilyovun qətlini təşkil etməkdə ittiham olunur. Biznesmen bu qətldən bir neçə ay sonra həbs olunub. Rafiq İsmayılov Savkinlə şərik ticarət mərkəzinin sahibi olub. Daha sonra onların ortaqlığı pozulub və İsmayılov obyekti 11 milyon dollara satıb. Bu puldan 5.5 milyon dolları Savkinə çatmalı idi.
Lakin İsmayılov pulu vermək istəməyib, əvəzində keçmiş ortağını aradan götürməyi qərara alıb. Qətli bu iş üçün killer kimi tutulmuş Mehman Kərimov həyata keçirib. Onu həbs etmək mümkün olub və Kərimov istintaqa ifadəsində qətli Savkinin «ona olan borcunu qaytarmadığı üçün» şəxsi münasibətlər zəminində öldürdüyünü iddia edib. Nəticədə R.İsmayılov hadisədən az sonra şübhəli şəxs kimi saxlanılsa da tezliklə buraxılıb. Bununla belə işin istintaqını Rusiya İstintaq Komitəsi nəzarətə götürəndən sonra qətlin sifarişli olduğu üzə çıxıb. Rafiq İsmaylov həbs edilib.
Rusiya mətbuatının yazdığına görə bu, İsmayılov qardaşlarının sifarişi ilə törədilmiş ilk qətllər deyil. Onların 90-cı illərin ortalarından etibarən rəqiblərini sifarişli qətllərlə aradan götürdüyünə dair ciddi şübhələr var. Ancaq hələlik Telman İsmayılovun adı bu qətllərdə fiqurant kimi keçmir. Hərçənd onun obyektlərində aparılan axtarışların işin məhz həmin istiqamətə yönəldiyi barədə şübhələri artırıb. Telman İsmayılovun digər qardaşı Vaqif İsmayılov da sifarişli qətllər işi üzrə axtarışdadır.
Rusiya mənbələri bildirir ki, istintaqın əlində Telman İsmayılovun özünün də sifarişli qətllərlə bağlı ola biləcəyini göstərən bəzi dəlillər var. Bunlardan biri Rafiq İsmayılovun həbsindən dərhal sonra onun digər qardaşı Vaqiflə telefon danışığıdır. Həmin telefon danışığından fraqmenti «Mash» teleqram-kanalı yayıb. Həmin telefon danışığında Vaqif İsmayılov Telman İsmayılovdan qardaşlarının həbsi ilə bağlı kömək istəyir:
Telman: Mən Rusiyada deyiləm axı, necə kömək edim?
Vaqif: Telman, axı sənin Krasnoqorsk rayon prokurorluğunda adamların var.
Telman: Yox, vilayət prokurluğuna getmək lazımdır. Bəs o biri (Mehman Kərimov nəzərdə tutulur) orada nə edir?
Vaqif: Hər şey qaydasındadır, o işi üzərinə götürüb, bu haqda ifadə verib. Ancaq Rafiqin vəziyyəti necədir, bilmirəm. Onun yanına adam buraxmırlar.
Telman: Yaxşı, sabah həll edərik. Cəhd edərəm.
RBK agentliyi isə öz mənbələrinə istinadən yazır ki, Telman İsmayılovun obyektlərində aparılan axtarış onun borclu olduğu banklardan birinə qarşı dələduzluq hərəkətləri ilə bağlıdır. Telman İsmayılovun hazırda Rusiyada olduğu təxmin edilir, digər məlumatlara görə o, İsraildə ola bilər.