vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
13:09 | 16 sentyabr 2017 | Şənbə Məqaləyə 2410 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dolların qarşısına «Çin səddi»

Venesuela neftinin qiyməti yuanla müəyyənləşdiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

«Venesuela bundan sonra neftin qiymətini dollarla deyil, Çin yuanı ilə müəyyənləşdirəcək». APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ölkə prezidenti Nikolas Maduro belə deyib.

«ABŞ prezidenti Donald Tramp bizə sanksiya tətbiq edib və biz bundan sonra özümüzü qorumalıyıq. Əlavə riskləri azaltmaq üçün isə dollardan imtina edib, əməliyyatları daha stabil valyuta olan yuan ilə həyata keçirəcəyik», - deyə, o, sözlərinə əlavə edib.

Xatırladaq ki, bir qədər əvvəl də rəsmi Karakas dollara alternativ axtarışında olduğunu açıqlamışdı. Donald Trampın avqust ayında bu ölkəyə sanksiya tətbiq etməsi indi bu məsələni bir qədər də ön plana çıxarıb.

Sanksiyalar ABŞ şirkətlərinə Venesuela ilə qiymətli kağızlar və borc öhdəlikləri üzrə əməliyyatları qadağan edir. Eyni zamanda dövlət sektorunda borclanma, habelə hökumətin dividentlər əldə etməsinə də qadağa qoyulur.