vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
16:18 | 23 yanvar 2014 | Cümə axşamı Məqaləyə 1941 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kapitanımız şəhid oldu

Elnur Cəfərov ölümündən sonra medalla təltif olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan Elnur Cəfərov ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib. Müdafiə Nazirliyi cəbhədə zabitimizin şəhid olması faktı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, düşmənin cəbhə bölgəsində təxribatları davam edir. Yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.
Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1978-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.