Düşmənin vampir davranışı
Dünən gecədən daha da vəhşiləşən ermənilər gün çıxan kimi susdular
İlkin MURADOV, Ağdam, Çıraqlı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nonu ...
...Yaxud çadır həyatının təəssüratları
-
O göydəki ulduzlar haqqı
Tanrı dərgahı kimi ...
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
Ağdamda silah səsləri eşidilmir. Ermənilər bu gün atəşi tez kəsdi. Ağdamın Çıraqlı kəndində olan müxbirimiz xəbər verir ki, saat 05:00-dan etibarən ermənilər atəşi dayandırmağa başlayıb. Ağdamda hava işıqlanır. Hər iki tərəfdən silah səsləri eşidilmir.
***
05:05
Cəbhədə vəziyyət hələ də gərgindir. Ermənilər Ağdamın cəbhə boyu bir neçə kəndini avtomat və iriçaplı silahlardan atəşə tutub.
Hazırda Ağdamın Çıraqlı kəndində olan müxbirimiz xəbər verir ki, düşmən tərəf Ağdamın Çıraqlı, Hacıməmmədli, Sarıcalı, Güllücə kəndləri istiqamətində atəşi dayandırıb. Səbəb isə ordumuzun düşmənə sərt şəkildə cavab verməsidir. Ermənilərin 1 saat əvvəl olan fəallığı artıq yoxdur.
Müşahidə etdiyimiz Güllücə, Sarıcalı, Hacıməmədli, Çıraqlı, Çəmənli, Əfətli, Qaradağlı kəndləri istiqamətlərində silah səsləri az-az eşidilir.
***
02:45
Bu dəqiqələrdə düşmən Ağdamın cəbhə bölgəsində olan bir neçə kəndi istiqamətində atəşkəsi pozur.
Bu barədə məlumatı virtualaz.org saytının Ağdama ezam olunmuş müxbiri verir.
Müxbirimizin cəbhədəki son vəziyyətlə bağlı dedikləri:
“Hazırda Ağdamın Çıraqlı kəndindəyik. Olduğumuz ev cəbhə bölgəsində yerləşən sonuncu evdir. Evi müdafiə edən beton hasarlar var. Evə hələki güllə dəyməyib. Ancaq kənd istiqamətində dəfələrlə atəş açılıb. Bu gün kəndə ilk güllə saat 22:15-də atıldı. Ard-arda 6 güllə səsi eşitdik. Hava qaralandan sonra atmağa başladılar. Düşmənə layiqincə cavab verilir. Avtomatla atılan güllələrə bizimkilər PK ilə də cavab verir. Düşmən 3 dəfə iriçaplı silahdan istifadə etdi. Lakin atəşin hansı silahdan atıldığını ayırd etmək olmadı. Kənd camaatı evlərindədir. Yatanda var, həyətdə oturan da”.
Müxbirimizn verdiyi məlumata görə, düşmən yalnız Çıraqlı deyil, Güllücə, Sarıcalı, Hacıməmədli, Seyidli kəndləri də düşmən güllələrinə tuş gəlir.
Ən intensiv atışma Güllücə kəndi istiqamətində gedir. Səhər saatlarınadək Ağdamın cəbhə bölgəsində baş verənlərlə bağlı məlumat verməyə çalışacağıq...