vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
21:42 | 17 sentyabr 2017 | Bazar Məqaləyə 2885 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

At özgənin, can özgənin...

... Yaxud insan həyatını heçə sayan «İnter»

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

«Rauf Əliyev mütləq «İnter»ə qayıdacaq» deyib, yalançı çıxan, ondan sonra gözə görünməyən Zaur Axundov yenə müsahibə verib. «İnter»in Müşahidə Şurasının sədri yenə yalan danışıb.

«Havanın isti olmasına baxmayaraq, oyun 16:30-da start götürdü. Olmazdı ki, hava şəraitinə görə qarşılaşma heç olmasa, 1 saat gec başlasın» sualına cavab verərkən Axundov bunu yayımçı şirkətin üzərinə atıb: «Oyunun 16:30-da başlaması canlı yayımla əlaqədardı. Bildiyiniz kimi, «CBC-Sport» Premyer Liqanın bütün görüşlərini yayımlayır. Matçın belə vaxtda başlaması da məhz kanalın istəyi ilə idi. «İnter Arena»nın projektorlarında hər hansı problem yoxdu. Xatırlayırsınızsa, «Qəbələ» ilə oyunumuz gec saatda başlamışdı».

Məsələni araşdırdıq və məlum oldu ki, belə deyil. Düzdü, «CBC-Sport»dan kimsənin Axundova açıq cavab vermək cəsarəti olmadı. Lakin adının çəkilməsinin istəməyən kanal işçisindən öyrəndik ki, yayımla bağlı problem olmayıb və PFL-lə razılaşmadan sonra oyun bu vaxta salınıb.

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev isə qurumun mövqeyini çatdırdı: «Problem var idi və bu səbəbdən oyun erkən saatlarda başladı. Onun nə olduğunu isə klubla dəqiqləşdirmənizi xahiş edirəm. Problem olmasaydı, biz də oyunun bu qədər tez başlamasını istəməzdik».

Bəs, görəsən, futbolçu və məşqçilərin həyatını təhlükəyə atan, 35-36 dərəcə istidə onların süni qazon üzərində 90 dəqiqə qaçmasını «təmin edən» «İnter» nə düşünür? Axı, yayımçılar və təşkilatçılar oyunun 16.30-da başlamasının günahının onlarda olmadığını deyir.

Axundovun ölkə mətbuatına məlum müsahibəsini nəzərə alıb, bu dəfə icraçı director Rəmiş Malıyevi aradıq. Lakin mətbuatdan küsən AFFA-nın sabiq hüquqşünası zənglərimizə məhəl qoymadı.

Özümüz kiçik araşdırma apardıq və məlum oldu ki, yayımla bağlı hər hansı problem olmayıb. Şənbə günü hər hansı vacib veriliş və ya canlı yayıma görə Topaz Premyer Liqası matçlarının daha erkən start götürməsi istənməyib. Təsadüfi deyil ki, bugünkü «Qarabağ» - «Kəpəz» oyunu 18.30-da, «Səbail» – «Qəbələ» matçı 21.00-da start götürəcək və yayımı ilə bağlı hər hansı problem yaşanmayacaq.

Problem «İnter Arena»nın projektorları ilə bağlıdı. İşıqlandırma sistemindəki qüsurlar üzündən klub rəhbərliyi risk etməyib. Xatırlayırsızsa, 3-cü turun «İnter» – «Səbail» matçının son dəqiqələrində oyun projektorların sönməsi üzündən bir neçə dəqiqəlik dayanmışdı. Elə ovaxtdan problem həllini tapmayıb. Axundov ya pul xərcləyib, projektorları təmir etdirmək istəmir, ya da başı şəxsi işlərinə qarışıb və bu problemlə heç maraqlanmır da.

Görəsən, dünən o istidə süni qazon üzərinə çıxanlardan kiminsə ürəyi dayansaydı, buna görə kim cavab verəcəkdi? İnsanların taleyi ilə oynamaq buqədərmi asandı?

«İnter»in hücumçusu Pərdis Fərcad-Azad: «Belə şey olmaz, saat 16:30-a oyun təyin edərlər? Bəs, havanın hərarətini nəzərə almırlar? Bu cür isti havada futbol oynamaq olmaz axı. Deyirsiz matç haqda danışaq. Nə danışaq? İstidə qaçmaq olmur, istədiyin kimi oynaya bilmirsən. Qış deyil ki, hələ yayla vidalaşmamışıq və havanın isti olacağını əvvəlcədən hamı bilirdi. Ayaqlarımın altına baxmaq kifayətdi ki, səhhətimə necə təsir etdiyini biləsiniz. Ayağımın altı yanıb, qıpqırmızıdı. Biz peşəkarıq və peşəkar liqada çıxış edirik. İndiyədək belə istidə, özü də bü cür meydançada oyun keçirildiyini görməmişdim. Belə temperaturda, süni meydançada futbol oynamazlar».

«Sumqayıt»ın baş məşqçisi Samir Abasov: «Bu istidə oyun salan fikirləşməlidi ki, meydana 22 insan balası çıxır. Bu ev sahibi ilə PFL-in öhdəsinə düşən məsələdi. Saat 16.30-da oyun salmazlar. Hava normal oynamağımıza imkan vermədi. İsti olduğu üçün futbolçulara irad bildirməyə də utanırdım».

«İnter»in baş məşqçisi Zaur Svanadze: «Bu istidə keyfiyyətli oyun nümayiş etdirmək mümkün deyil. Gördünüz ki, bəzi oyunçular meydanda sərilib qalmışdı. Bizə deyirlər ki, saatı oyunu yayımlayan telekanal müəyyənləşdirir. Mən başqa heç nə bilmirəm». (futbolinfo.az)

Belə yerdə isə bir məsəl yerinə düşür: «At özgənin, ...»