vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
22:20 | 12 iyul 2017 | Çərşənbə Məqaləyə 3089 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

6 oyuna maksimum nəticə

Avrokuboklarda komandalarımızın zəfər yürüşü davam edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı «İnter»i Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxıb. Rəqib Lüksemburqun «Fola Eş» komandası olub.

«Dalğa Arena»da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 89-cu dəqiqədə Mirhüseyn Seyidov vurub. Bu, Azərbaycan klublarının cari mövsümdə üst-üstə 6-cı qələbəsi olub. Cavab görüşü iyulun 20-də Lüksemburqun Eş-sür Alzet şəhərindəki «Emil Mayriş» stadionunda keçiriləcək.

Qeyd edək ki, əslində matç iyulun 13-də keçirilməli idi. Lakin «Qəbələ» ilə «İnter»in ev oyunlarının eyni günə təsadüf etməməsi üçün UEFA vaxt dəyişikliyinə əl atıb.

«İnter» əvvəlki mərhələdə Serbiya «Mladost»unu səfərdə 3:0, evdə 2:0 hesablı qələbələrlə üstələyib. «Fola Eş» isə Moldova «Milsami»sini iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 2:1, 1:1. Bu rəqib son iki həftədə Lüksemburqdan Bakıya səfər edən ikinci komanda olacaq. Daha əvvəl Avroliqanın I təsnifat mərhələsində «Zirə» elə «Dalğa Arena»da «Differdanj»ı 2:0, səfərdə isə 2:1 hesabı ilə yenib.