Sizə belə «Neftçi» lazımdı?
Yaxud Kaxaber Tsxadadzenin Tərlan Əhmədovdan nəyi artıqdır?
Aydın BAĞIROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Mən də istərdim ki, …”
Tərlan Əhmədovun 300-400 minlik arzusu
-
“Keşlə”dəki aysberq
Komanda liqa oyunlarından çox Ağayev-Əhmədov qarşıdurmasını izləyir
-
Əhmədovun alverçi təfəkkürü …
… və Axundovun ifşası
-
«Neftçi»də «təmizləmə» başladı
Klubun akademiyasında islahatlar qaçılmazdı
-
Kamran Quliyevə qalan miras
İstənilən nəticə Elxan Məmmədovun da gündəliyinə yazılacaq
-
«Qarabağ» həm xal itirdi...
... həm də pul
-
«Pul israf edilir»
Bəxtiyar Musayev od püskürdü: «Keyfiyyəti düşünən yoxdu»
-
«Bizim konkret büdcəmiz var»
Ayxan Abbasov: «Bunun əsasında işləyəcəyik»
-
Cəzaya səbəb olan faktlar...
... Varsa, niyə gizlədilir?
-
Kif atmış qanunlar
Bir az şübhə, bir az qisas, bir az da...
-
«Keşlə»də başıpozuqluq...
... Yaxud Ramiz Məmmədovun haqlı üsyanı
-
Təlaş dolu qarışıqlıq
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
-
Topaz Premyer Liqanın nəhs turu
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
-
«Bu cür hesab gözləmirdik»
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
-
«Artıq tükənmişəm»
Nizami Hacıyev: «Bu yaşda xaricə getmək mənasızdır»
-
«Digər futbolçulara da dərs olsun»
Tərlan Əhmədov: «Biz və siz oyunlara başqa prizmadan baxırıq»
Kaxaber Tsxadadzenin Azərbaycanda məşqçilik karyerasında cəmi bir ciddi uğuru olub. Cahangir Hacıyevin azadlıqdakı və pullu vaxtlarında komandasını çempion edib. Onsuz da pulun çox olan vaxtlarlnda bizdə kim necə gəldi çempion olurdu. Yəni dərinə gedəndə o qədər pulun, hakimi rüşvətlə ələ almaqların qarşılığında Kaxaber yox, Əli müəllim olsaydı da birinci yeri tuta bilərdi.
Başqa? «İnter» hansısa geydirmə «Birlik kuboku» adlı yarışda birinci yeri tutub. Sonra? Sonra heç nə!
Avrokuboklarda təsnifatda ən yaxşı halda 1 mərhələ adlayıb. Cəmi 1 mərhələ! O qədər pulları ola-ola. Beynəlxalq Bankın pulları, indi klubun belinə yazılan külli miqdarda kreditləri hesabına xaricdə, ö cümlədən də vətəni Gürcüstanda yarıyararlı və tam yararsız futbolçu qalmamışdı, pul yemək xatirinə gətirib hamısını doldurmuşdular komandaya. Dərd orasıdı ki, milyonlarla pul xərclədilər, nə qədər legioner aldılar, amma yenə də futbolda yarım metr irəli gedə bilmədilər.
Burda olduğu müddətdə uğurlarından daha çox həmkarları və jurnalistlərlə davalarına görə yadda qalıb. Deyilənə görə, çox kobud, bəzən futbolçularına və ətrafına etik çərçivələri aşan birisi olub.
Bizdən sonra çıxdı getdi Gürcüstan millisinə, ordan qovuldu. Sonra getdi Qazaxıstanda «Kayrat»a, ordan da göndərdilər.
İndi kimlərsə ciddi bir uğuru olmayan bu məşqçini zorla gətirib «Neftçi»yə calamaq istəyirlər. Niyə? Hansı xidmətinə görə? Gəlib «Neftçi»ni düşdüyü bataqlıqdan çıxaracaq? «İnter»də olduğu kimi «Neftçi»də də pullar havaya sovrulacaq və ən yaxşı nəticə də avrokuboklarda bir mərhələ keçməkdən ibarət olacaq? Sizə belə «Neftçi» lazımdı?
Komandanıza canınız belə çox yanırsa, gətirin Tərlan Əhmədovu «Neftçi»yə. Adam AZAL-dakı fəaliyyəti dövründə özünün işi ilə seçilib. Amma bu birisindən fərqli olaraq o birisi Cahangir klubuna xəsislik edib pul ayırmadığına görə Tərlan kimi gənc məşqçinin o komandadakı bütün planları, ümidləri puç oldu.
Gəlsin, «Neftçi»yə yenidən normal komanda yaratsın. SOCAR-da oturanlar da heç olmasa, son 3-4 ildə «Neftçi» ilə bağlı bir dəfə anormal qərar verməsin.