vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
17:20 | 9 avqust 2017 | Çərşənbə Məqaləyə 2290 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İnter» niyə «Keşlə» oldu?

«Klub bu addan hələlik brend kimi istifadə edəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İnter» PİK-nın Müşahidə Şurasının sədri Zaur Axundov klubun adının «Keşlə» ilə əvəzlənəcəyinə aydınlıq gətirib. O, paytaxt təsmilçisinin rəsmi saytına açıqlamasında bunun səbəblərini açıqlayıb.

Z.Axundov deyib ki, klubun adının «İnter» olması birbaşa paytaxt təmsilçisinin sabiq sponsoru Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı idi: «Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında ABB yeni struktur dəyişiklikləri ilə əlaqədar olaraq «İnter» Peşəkar İdman Klubuna sponsorluq etməkdən imtina edib. Bu dövrdən etibarən AFFA klubu kənar idarəçiliyə götürüb və klubun Premyer Liqada və Avropa Liqası oyunlarında iştirakını təmin edib. Klubun adının «İnter» olması bilavasitə ABB ilə bağlı olduğu üçün hazırda onun adının dəyişdirilməsi zərurəti meydana çıxıb. Ona görə də klubun bazasında hüquqi varisi olaraq «Keşlə» FK-nın yaradılmasına ehtiyac yaranıb. Bunun üçün hüquqi prosedurlar başlanıb və proses yaxın müddət ərzində başa çatacaq».

O bildirib ki, klubun adının dəyişdirilməsi azarkeş bazasının da artacağına ümid yaradır: «Klubun bazası Keşlə ərazisində yerləşir. Ona görə də ümid edirik ki, Keşlə ərazisində yaşayan futbolsevərlər klubun oyunlarına gələrək komandaya dəstəklərini nümayiş etdirəcəklər. Hüquqi prosedurlar başa çatana qədər klub «Keşlə» FK adından brend olaraq istifadə edəcək. Prosedurlar yekunlaşdıqdan sonra tam olaraq «Keşlə» FK adı ilə fəaliyyət göstərəcək».

Qeyd edək ki, «İnter» 2004-cü ilə qədər «Xəzər Universiteti» adlanıb.