vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
17:00 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2706 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İkitirəliyin yekunu

Maksimovun əsəbləri dözmədi ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Yuri Maksimovun «Keşlə»dəki taleyi gözlənilən idi. Klub rəhbərliyi ilə yola getməyən ukraynalı əvvəl-axır bu qərarı verməli idi. Klubda birlik yoxdursa, hansısa uğurdan danışmaq olmaz.

Müşahidə Şurasının sədri Zaur Axundovun biznesmen dostunun xahişi ilə baş məşqçi postuna gətirilən Maksimov ilk gündən rəhbərliklə yola getmirdi. O, bütün komandaya özü nəzarət edir, transferlərdə kimsənin işinə müdaxiləsinə imkan vermirdi.

Maksimovun istəməməsinə baxmayaraq, transfer edilən Pablo Podio və Nemanya Stoyanoviçin oynadılmaması bu məsələdə həlledici rol oynadı. Ukraynalının özünün gətirdikləri ümidləri doğrultmayınca, rəhbərliyin dili bir qədər də uzun oldu və qovulması fəsad törədə biləcək məşqçini bezdirmək üçün digər üsullara əl atıldı.

«Sumqayıt»la son oyunda yerlilərlə Maksimovun gətirdiyi əcnəbilər arasında münaqişənin olduğunu da müşahidə etdik. Herve Tçami əvəzlənərkən kapitan Kamran Ağayevin onun başına qışqırması, «birbaşa paltardəyişmə otağına cəhənnəm ol» deməsi təsadüfi deyildi. Zaur Axundovla komandanın idman direktoru Ramiz Məmmədov daxildə işləri düzüb-qoşmuşdular. Klubdaxili qarşıdurmanın qurbanı olmalıydı və Maksimovun əsəbləri dözmədi.

Ukraynalının «Zirə»ylə qarşıdakı oyuna kimi, yoxsa ondan sonra gedəcəyi bəlli deyil. Lakin onun «Keşlə»nin oyunçuları ilə vidalaşdığı dəqiqdi. Komandanı yaya kimi oyunlara yenə Məmmədov çıxaracaq. Zaur Svanadzeni yola salıb, onun əvəzləyicisi olmuş Məmmədov...