Cəzaya səbəb olan faktlar...
... Varsa, niyə gizlədilir?
AĞA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Zaur Axundovun işgüzar imici …
… Yaxud Koroğlunun nizam-intizamsız dəliləri
-
İkitirəliyin yekunu
Maksimovun əsəbləri dözmədi ...
-
AFFA-dan sona qədər gedəcək
Araşdırma davam edir: yenə cəzalanan(lar) olmalıdır
-
Kif atmış qanunlar
Bir az şübhə, bir az qisas, bir az da...
-
Azərbaycanın iki futbolçusuna ömürlük cəza verildi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib
-
«Keşlə»də başıpozuqluq...
... Yaxud Ramiz Məmmədovun haqlı üsyanı
-
Təlaş dolu qarışıqlıq
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
-
Nərimanoğlu məcbur edilir
«Aradan çıxarılan» pulları «Kəpəz»ə qaytarmağa...
-
«Keşlə»dəki Nərimanoğlu
«Bu məsələnin ictimailəşməsini istəmirik»
-
«Artıq tükənmişəm»
Nizami Hacıyev: «Bu yaşda xaricə getmək mənasızdır»
-
«Digər futbolçulara da dərs olsun»
Tərlan Əhmədov: «Biz və siz oyunlara başqa prizmadan baxırıq»
-
«Səhv özümün oldu»
«Azərbaycanda İzmaylov səviyyəsində futbolçu azdır»
AFFA 2 futbolçu üçün ən ağır qərarı verdi. Amma ümumi prosesləri nəzərə alanda, qərar ən ağır deyil, əksinə, bütün zibillər Nizami Hacıyev və Mirhüseyn Seyidovun boynuna yüklənib. Daha çox adam ifşa oluna, daha çox adam cəzalana bilərdi.
AFFA İntizam Komitəsinin qərarına diqqət edək: «Keşlə» Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə «Keşlə» Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin. Oyunların idman nəticəsinin manipulyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdirilsin. Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər».
«Keşlə»nin müraciəti aydındır, Müşahidə Şurasının sədri Zaur Axundov bu xəyanəti bağışlamayıb, futbolçuların onu qoyub «Neftçi»yə getmək istəməsinin qisasını alır. Bəlkə də qoluzorluluq nümayişidi, amma o, bu bacarığını Səlahət Ağayev eyni yolu gedəndə və ya Rauf Əliyev «Kukesi»yə yollanda göstərə bilməmişdi. Deməli, bu dəfə həqiqətən əldə hansısa faktlar var.
Komitənin qərarında «hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktub» qeydi də var. Maraqlıdı, dünənə kimi DİN bu fitbolçuların saxlanıldığını təsdiq etmirdi. Bəs, o məktubu nəyə əsaslanıb göndəriblər? Məktub sifarişlə göndərilib, yoxsa sadəcə, futbolçuların saxlanmasını etiraf etmək olmaz?
Suallar çoxdur, AFFA mütləq açıqlama verməli, detalları açıqlamalıdır. Açıqlanmırsa, qərəzli qərar şübhələri davam edəcək. Hətta onları hansı oyunlarda qanun pozuntusu etdikləri də göstərilməli, həmin matçların nəticəsi ləğv olunmalıdır.
AFFA-nın İntizam Komitəsinin sədri Tofiq Fətullayevin dedikləri də heç nəyi dəyişmir: «Futbolçuları iclasa dəvət etməsək belə, sübut olundu ki, Hacıyevlə Seyidov çirkin oyunlarda iştirak ediblər. Bunu əldə olan faktlar da təsdiqlədi. Bu üzdən də onları futboldan ömürlük kənarlaşdırdıq. Onların bu əməlləri nəticəni dəyişdirə bilməz. Cəza yalnız futbolçular şamil olunub. Çirkin oyunların hesabları isə olduğu kimi də qalacaq».
Oyunun nəticəsi çirkindisə, necə qüvvədə qala bilər? Niyə ad çəkilmir? Yoxsa olayların miqyasının böyüməsindən, futbol təsərrüfatındakı idarəçiliyin yarıtmazlığının ifşasından qorxurlar? AFFA-nın yaydığı bəyanat da heç nəyi açmır, gözdən pərdə asmaq üçündü. Amma etiraf edilir ki, söhbət bir oyundan gedir. Hansından?
«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov isə hələ də hücumdadır. Kimə, nəyə arxayın olduğunu, məqsədini bilmirik, amma konkret danışır, futbolçuların «Neftçi»yə oyun verdiyini bildirir. O zaman matçın nəticəsi niyə ləğv olunmur? Axı, AFFA rəsmiləri iddia edir ki, ortada konkret FAKTLAR var. Fakt varsa, tərəflərdən birinin cəzalandırılması ilə haqq-ədalət yerini tapırmı?
Zənnimizcə, qərar dolğun deyil. Mütləq faktlar açıqlanmalıdır ki, ictimaiyyət də onların nə qədər əsaslı olduğunu görsün. Əks halda, AFFA-nın qərəzli olması, təzyiq və sifarişlə qərar qəbul etməsi haqda fikir formalaşacaq.