Kif atmış qanunlar
Bir az şübhə, bir az qisas, bir az da...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Zaur Axundovun işgüzar imici …
… Yaxud Koroğlunun nizam-intizamsız dəliləri
-
İkitirəliyin yekunu
Maksimovun əsəbləri dözmədi ...
-
AFFA-dan sona qədər gedəcək
Araşdırma davam edir: yenə cəzalanan(lar) olmalıdır
-
Cəzaya səbəb olan faktlar...
... Varsa, niyə gizlədilir?
-
Azərbaycanın iki futbolçusuna ömürlük cəza verildi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib
-
«Keşlə»də başıpozuqluq...
... Yaxud Ramiz Məmmədovun haqlı üsyanı
-
Təlaş dolu qarışıqlıq
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
-
Nərimanoğlu məcbur edilir
«Aradan çıxarılan» pulları «Kəpəz»ə qaytarmağa...
-
«Keşlə»dəki Nərimanoğlu
«Bu məsələnin ictimailəşməsini istəmirik»
-
«Artıq tükənmişəm»
Nizami Hacıyev: «Bu yaşda xaricə getmək mənasızdır»
-
«Digər futbolçulara da dərs olsun»
Tərlan Əhmədov: «Biz və siz oyunlara başqa prizmadan baxırıq»
-
«Səhv özümün oldu»
«Azərbaycanda İzmaylov səviyyəsində futbolçu azdır»
Bizim ölkədə qaydalar, qanunlar sadəcə, rütbəcə, vəzifəcə böyük olanlara sərf etdiyi vaxt işə düşür. Qalan vaxtlarda siz o qayda-qanunları kağız üzərində, kif atmış halda görəcəksiz.
«Keşlə»nin iki futbolçusunun - Nizami Hacıyevlə Mirhüseyn Seyidovun «Neftçi»ylə qarşılaşmanı və başqa bir neçə oyunu satmaqda şübhəli bilinərək, həbs olunmaları da bu qəbildəndi. Onların həbsi, bundan sonrakı karyeralarında «oyun alverçiləri» damğası daşımaları «Keşlə» rəhbərliyinə, klubun prezidenti Zaur Axundova sərf edir. Və təbii ki, Axundovun «Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir» açıqlaması da səmimi deyil. «Keşlə»də maliyyə problemləri var, komanda bərbad çıxış edir və Hacıyevlə Seyidov daha bu klubda qalmaq istəməyiblər. Nizaminin «Neftçi»yə keçəcəyi də demək olar, dəqiqləşmişdi. Vəssalam! Baş məşqçisi «Allah adamı» olan Tərlan Əhmədovlu «Neftçi»nin onlara oyun satmaları üçün müraciət edib-etmədiyini isə hüquq-mühafizə orqanları aydınlaşdıra bilməyəcək, elə «Neftçi», Nizami, Mirhüseyn və Allah arasında sirr olaraq qalacaq...
Hə, Nizamiylə Mirhüseyni hüquq-mühafizə orqanlarının ağuşuna atan da elə «Keşlə» rəhbərliyi, Zaur Axundovdu. Bir az şübhə, bir az qisas, bir az da...
Avropa futbolunda belə hallar çox olur: Mövsümün gedişində hansısa məşqçi, futbolçu başqa klubla anlaşır və bu, rəsmən mətbuata açıqlanır. Amma onlar mövsümün qalan oyunlarında hələ də formasını daşıdıqları klubu satmırlar, ona xəyanət etmirlər. Onlar peşəkardı, onlar vicdanlı insanlardı. Azərbaycan futbolunda nə qədər peşəkar var? Bəs vicdanlı adamların sayı nə qədərdi?
AFFA-nın mətbuat xidmətinin keçmiş rəhbəri Mikayıl Nərimanoğlu «Kəpəz»dəki maliyyə yeyintilərinə görə həbs olunmalı deyildimi? Ən azı hüquq-mühafizə orqanlarına çağırıla, dindirilə bilərdi. AFFA Nərimanoğlunu qorudu, ona hətta federasiyada yeni vəzifə də verdilər.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin «Neftçi»də vitse-prezident olarkən nə qədər oyun alıb-satdığını özü, Allahı, az bir qismini də mətbuat bilir. Adam «Neftçi»dən sonra Peşəkar Futbol Liqasının əbədi prezidenti oldu...
Bizim ölkədə qaydalar, qanunlar sadəcə kimlərəsə sərf edəndə işə düşür. Özünüz özünüzü qoruyun, sizi qorumalı olan qayda və qanunlar kağız üzərində kif atıb.