«Digər futbolçulara da dərs olsun»
Tərlan Əhmədov: «Biz və siz oyunlara başqa prizmadan baxırıq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Mən də istərdim ki, …”
Tərlan Əhmədovun 300-400 minlik arzusu
-
“Keşlə”dəki aysberq
Komanda liqa oyunlarından çox Ağayev-Əhmədov qarşıdurmasını izləyir
-
Əhmədovun alverçi təfəkkürü …
… və Axundovun ifşası
-
«Neftçi»də «təmizləmə» başladı
Klubun akademiyasında islahatlar qaçılmazdı
-
Kamran Quliyevə qalan miras
İstənilən nəticə Elxan Məmmədovun da gündəliyinə yazılacaq
-
«Qarabağ» həm xal itirdi...
... həm də pul
-
«Pul israf edilir»
Bəxtiyar Musayev od püskürdü: «Keyfiyyəti düşünən yoxdu»
-
«Bizim konkret büdcəmiz var»
Ayxan Abbasov: «Bunun əsasında işləyəcəyik»
-
Cəzaya səbəb olan faktlar...
... Varsa, niyə gizlədilir?
-
Kif atmış qanunlar
Bir az şübhə, bir az qisas, bir az da...
-
«Keşlə»də başıpozuqluq...
... Yaxud Ramiz Məmmədovun haqlı üsyanı
-
Təlaş dolu qarışıqlıq
Futbol tariximizdə ilk - 2 futbolçu danışılmış oyunlarda şübhəli bilinir
-
Topaz Premyer Liqanın nəhs turu
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
-
«Bu cür hesab gözləmirdik»
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
-
«Artıq tükənmişəm»
Nizami Hacıyev: «Bu yaşda xaricə getmək mənasızdır»
-
Pulun var? Gələrsən!
Niyə Premyer Liqanın oyunlarında azarkeş olmur?
Topaz Premyer Liqasının 13-cü turunda evdə «Keşlə»yə 3:1 hesabıyla qalib gələn «Neftçi»nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. T.Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Əsas qələbə idi ki, onu bacardıq. Hücum etməyə, müdafiədə az səhv buraxmağa çalışdıq. Komandanın əzmkarlığı, motivasiyası yüksək idi. İki gündən sonra kubok matçına çıxacağıq. Futbolçulara təşəkkür düşür. Yenə sürət, istək var idi. Amma oyundan tam razı qalmadım.
- İqnasio Herreranın əvəzlənməsi zamanı pis əsəbləşdiniz və onun etdiyi hərəkətdən sonra dərhal Namiq Ələsgərovu yanınıza çağırdınız...
- Həmişə demişəm ki, rəqibə hörmətlə yanaşmaq lazımdı. Elə hərəkətləri komanda yoldaşlarının əziyyətini yerə vurmaqla nəticələnə bilər. Bunu etdim ki, digər futbolçulara da dərs olsun.
- Oyun bitən kimi rəqib komandanın texniki zonasına getmək istəsəniz də, Ramiz Məmmədov dərhal paltardəyişmə otağına yollandı...
- Onunla qardaş kimiyik. Aramızda heç bir problem yoxdu. Ola bilər ki, əsəbi idi və bu səbəbdən dərhal paltardəyişmə otağına yollandı.
- İlkin Qırtımovun «Neftçi» ilə anlaşdığı haqda xəbərlər yayılıb...
- Açığı, hələ heç kimlə müqavilə bağlamamışıq və danışıq aparmırıq. Qarşıda oyunlarımız var. Hansısa kluba ziyan vurmaq istəmirəm. İstədiyim və «Neftçi»yə gəlmək istəyən futbolçular var.
- Bu gün yenə qol epizodlarından lazımınca faydalanmadınız. Bunu nə ilə izah edərdiniz?
- «Neftçi»yə yeni gələndə fikrimizi əsas hücum xəttinə yönəltdik. İlk oyundan başlayaraq, demək olar ki, bütün matçlarda qol vurmuşuq. Amma futbolda yaradılan bütün qol epizodlarından yararlanmaq da olmur. Gələcək üçün planlarımız var. Çempionat bitəndən sonra komandaya yeni nəfəs gətirmək haqda düşünəcəyik. Məni indiki durumda müdafiə xətti daha çox qayğılandırır.
- Mirabdulla Abbasova bu gün şans versəniz də, sanki ona vacib matçlarda güvənmirsiz...
- Biz və siz oyunlara başqa prizmadan baxırıq. Mirabdulla Azərbaycanda, bəlkə də, ən perspektivli hücumçudu. Bunu özünə də deyirəm. Amma mənfi cəhətləri həddindən artıqdı. Tənbəldi, üzərində işləmir. Bir məşqlə kifayətlənən oyunçudu. Çox yükləyə də bilmirəm, çünki sonra problemlər çıxır. Qış fasiləsində hər biri üçün proqram tərtib edəcəm. Mirabdullanın meydanda faydalı iş əmsalı aşağıdı, tez yorulur. Buna görə də, bu gün dəyişdim. Həm də Barqas daha texnikalıdı.