vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
10:50 | 25 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 3216 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BTQ-nin operatoru yaradılır

Layihənin rəsmi açılış mərasimi oktyabr ayının 28-də keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Dəmir Yolları» QSC və «Gürcüstan Dəmir Yolları» dövlət şirkəti Bakı-Tbilisi-Qars layihəsinin operatoru olan birgə müəssisə yaradacaqlar. «APA-Economics» xəbər verir ki, bu barədə «Standard & Poor’s» (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı xəbərdə deyilir.

Məlumatda deyilir ki, ilkin mərhələdə adıçəkilən dəmir yolu ilə az həcmdə yüklərin daşınması «Gürcüstan Dəmir Yolları»nın fəaliyyətinə ciddi təsir etməyəcək. S&P qeyd edir ki, dəmir yolu layihəsinin Gürcüstandan keçən hissəsinin tikintisi Azərbaycandan alınan kredit hesabına maliyyələşdirilib. «Bunu nəzərə alaraq biz «Gürcüstan Dəmir Yolları»nın qeyd edilən infrastrukturun sahibi olacağını ehtimal etmirik», - deyə məlumatda vurğulanıb.

Bundan öncə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov bəyan edib ki, Bakı-Tbilisi-Qars layihəsinin rəsmi açılış mərasimi oktyabr ayının 28-də baş tutacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaradılmasına dair hökumətlərarası saziş 2007-ci ildə imzalanıb.

Layihənin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi üçün Azərbaycan hökuməti Gürcüstana 775 milyon dollarlıq kredit ayırıb.