

ABŞ səfiri Bakı-Tiflis-Qars dəmir yolunun açılışı barədə
BTC-dən sonra regionun ən böyük layihəsi - BTQ
Cavid Qurbanov: «Bakı-Tbilisi-Qars artıq istifadəyə hazırdır»
Layihənin rəsmi açılış mərasimi oktyabr ayının 28-də keçiriləcək
QSC də xarici borcların restrukturizasiyasına hazırlaşır?
Dəmiryolunda sərnişin sıxlığı yaranıb
Kanadanın baş naziri Ziya Məmmədovla bağlı korrupsiya işinə münasibət bildirdi
Hökumətdən yeni qərar
«Qərar sentyabrın 15-də qüvvəyə minəcək»
«Amma bunu biz etməmişik»
Dəmiryol idarəsisə etirazları əsassız sayır
Bu gün Bakı Dəmiryolu Vağzalında həyəcanlı anlar yaşanıb. APA TV-nin məlumatına görə, polisə vağzalda partlayıcı aşkarlanması barədə məlumat daxil olub. Məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Vətəndaşlar dərhal təxliyə edildikdən sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin iştirakı ilə dərhal əməliyyata başlanıb.
Məlum olub ki, naməlum şəxs vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə vağzalın məlumat mərkəzinə məlumat verib. «Azərbaycan Dəmir Yolları» QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, məlumat daxil olan kimi müvafiq qurumların iştirakı ilə əməliyyata başlanıb: «Bu gün təxminən 12.00 radələrində vağzalın məlumat mərkəzinə məlumat daxil olub. Cavan oğlan vağzal ərazisində yerləşən restoranlardan birinə bomba qoyulması barədə məlumat verib. Saat 12.00-da başlanan əməliyyat artıq bitib. FHN və polis əməkdaşlarının araşdırması nəticəsində məlum oldu ki, daxil olan məlumat yanlışdır».
Hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb. Əməliyyat bitdikdən dərhal sonra vağzalın əməkdaşları binaya buraxılıb.
Bakı Dəmiryolu Vağzalı fəaliyyətini adi rejimdə bərpa edib. Yalan məlumatı verən şəxsin kimliyi araşdırılır.