vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TƏDBİR  
18:39 | 30 sentyabr 2017 | Şənbə Məqaləyə 2738 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət rəmzləri ilə bağlı qanun

Milli Məclis Konstitusiyanın tələbini yerinə yetirəcək

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında», «Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» və «Azərbaycan Respublikasının Dövlət himni haqqında» qanunlara əlavə və dəyişikliklərin edilməsi daxil edilib.

Bu dəyişikliklər nədən ibarət olacaq?

Milli Məclisdən Modern.az-a verilən eksklüziv məlumata görə, 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyanın 23-cü maddəsində qeyd edilib ki, “Dövlət rəmzləri haqqında” Konstitusiya qanunu qəbul edilməlidir.

Bununla əlaqədar olaraq, Konstitusiyanın tələbini yerinə yetirmək üçün “Dövlət rəmzləri haqqında” yeni qanun layihəsi hazırlanır.

Yeni qanun layihəsinin hazırlanması istiqamətində parlamentin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində iş aparılır.

Yeni qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.