vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
15:52 | 18 mart 2019 | Bazar ertəsi Məqaləyə 3384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Siyasətin rəngi yoxdur

“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə imzaladığı əfv Sərəncamına görə dərin təşəkkürümü bildirirəm. Bu Sərəncam dövlət başçısının vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğunda humanizm prinsipinə nə qədər böyük önəm verdiyinin növbəti bariz nümunəsidir. Çox şadam ki, bu nümunənin şamil olunduğu şəxslər sırasında jurnalistlər və blogerlər də var. Onların dövlətimizin bu nəcib təşəbbüsündən faydalanmaları sevindiricidir. Hər birini təbrik edir, uğurlar arzulayıram. Uca Tanrı yollarını açıq eləsin!

Əfv Sərəncamı Prezidentin böyük islahat planının mühüm tərkib hissəsidir. Bu islahatçılıqda müstəsna idarəçilik təcrübəsi, incə duyum, həssaslıqla yanaşı böyüklük var. Cənab İlham Əliyev böyük adamdır. Böyük liderdir, çünki bağışlamağı, bağışlayaraq barış mühiti yaratmağı bacarandır. O, bağışlanmaq üçün uzanan əli sıxan, bağışlamağı, dövlət siyasətinə çevirən böyükdür.

“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 16 mart 2019-cu il tarixli Sərəncam 2003-cü ildən bəri sayca 33-cü əfv sənədidir. Sərəncam ümumilikdə 430-dan artıq insanı əhatə etməsi ilə diqqət çəkir. Həqiqətən sıradan məsələ deyil. İzləyirəm, nə qədər vətəndaşımız öz sevincini bölüşür, nə qədəri qohumunun, tanışının, əzizinin sevincinə şərik çıxır. Cəmiyyətin elə bir təbəqəsinin təmsilçisi yoxdur ki, bu Sərəncamın sevincini bu və ya digər dərəcədə hiss etməsin, yaşamasın.

Bağışlamağı bacaran adam qorxmazdır, heç bir qüvvənin onu yolundan döndərə bilməyəcəyi qətiyyətli simadır. İlham Əliyev qətiyyətli və prinsipial olduğunu hər zaman nümayiş etdirib. Özü də konkret əməlləri ilə. O əməllərlə ki, onlar daim tarixdə qalacaq, müasir müstəqil Azərbaycan Respublikasını gələcək nəsillərə miras irs kimi yaşadacaqdır. Bunu görməyənlər, yaxud görmək istəməyənlər də var. Baxıram ki, bu adamlar əfv Sərəncamına siyasi təfəkkürlərinin mücərrəd guşəsindən boylanaraq fikir bildirir, baxışlarına konspirologik libas geyindirərək cılız mahiyyətlərini ortaya qoyurlar.

Siyasətin rəngi yoxdur. Sarı rəngi heç yoxdur. Sarılığa bələnib ətrafı sarı rəngdə görən siyasi xəstə var. Xəstə hərəkətindən, davranışından zəhər, nifrət, kin-küdurət saçır. 14 il ərzində mahiyyətinə hakim kəsilmiş bu keyfiyyətləri bəsləyərək siyasi klounluq nöqtəsinə çatdırıb. Məhşur “Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, yaxşı halda orada rol ala bilmək səviyyəsindədir. Beləsinin hansı təfəkkürü, hansı örnək xüsusiyyəti var ki, cəmiyyətdə qəbul edilsin?

Azərbaycan 2003-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici dairələrin minlərlə təzyiqini dəf edib, onların qurduqları minlərlə oyunu pozub. Təzyiqlərə sinə gərmək Azərbaycan dövlətinin varlıq immunitetidir. Bu isə xalqın dəstəyinə, gücünə söykənən reallıqdır. Reallığımızda siyasi oyunbazlara yer olmayıb və olmayacaq da. Heç bir qüvvənin gücü çatmaz ki, ölkəmizdə xalqın iradəsinə zidd vəziyyət formalaşdırsın. Xalq öz liderinin, bağışlamağı, əfv etməyi bacaran böyük adamının - Prezident İlham Əliyevin yanındadır. O, xalqın etimadını zəhməti, gərgin əməyi nəticəsində qazanıb. Müqəddəs Novruz bayramı ərəfəsində imzaladığı əfv Sərəncamı dövlət başçısının bu bayramın ruhuna verdiyi müstəsna dəyərdir. Novruz dirilişdir, oyanışıdır, yeni gün, yeni sabahlar üçün enerjidir. Novruzdan ən böyük təbrik payı bu enerjiyə, diriliş və oyanış ovqatına yeni rəng qatan Prezident İlham Əliyevə düşür. Bir daha Prezident İlham Əliyevə 16 mart 2019-cu il tarixli əfv Sərəncamına görə dərin təşəkkürümü bildirirəm.

Uca Tanrı hər zaman yar və yardımçısı olsun!