vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
22:27 | 30 sentyabr 2017 | Şənbə Məqaləyə 3792 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Taxtabitilər dünya hotellərini basır

Parazitlər əsl baş ağrısıdır, çünki onları adamları dişləyənədək görmək mümkün olmur

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, çirkli pal-paltarın yataq otaqlarında saxlanması yataq həşəratların artmasına və yayılmasına şərait yaradır.

Məqalədə deyilir ki, son illərdə qansoran gecə həşəratlarının çoxalmasına ucuz hotellərin populyarlaşması səbəb olub. Bu otellər vasitəsilə qorxulu həşəratlar ölkələr arasında nəql olunur.

Parazitlər hotel sahibləri üçün böyük baş ağrısıdır, çünki onları adamları dişləyənədək görmək mümkün olmur.

Lakin Şeffild Universitetinin apardığı yeni elmi araşdırmadan məlum olub ki, ziyanlı həşəratlar çirkli pal-paltar və yataq ləvazimatı vasitəsilə yayılır.

Universitetin Heyvan və Bitki Elmləri departamentinin professoru Uilyam Hentli (William Hentley) məsləhət görür ki, çirkli pal-paltarın yataq yerlərində saxlanmasına yol verilməmilidir.

Professor deyir ki, yataq həşəratları xüsusilə də böyük şəhərlərdəki hotellərin bəlasına çevrilib.

Alim bildirir ki, bu həşəratlar otağa daraşdıqdan sonra onları məhv etmək son dərəcə çətin olur.

«Bizim təcrübəmiz göstərib ki, hotellərdə yaşayan şəxslərin çirkli paltarlarını bağlı sellofan torbalarda saxlaması onların parazitləri evlərinə aparması şansını azalda bilər», - deyib doktor Hentli.

«Scientific Reports» jurnalında dərc edilmiş məqalədə deyilir ki, elmi eksperiment zamanı iki eyni temperaturlu və həşəratlı otaqda dörd palrat zənbili qoyulub.

Zənbillərdən ikisində təmiz, digər ikisində isə çirkli paltarlar var idi. Hər iki otağa insan nəfəsinin imitasiyası üçün karbon qazı buraxılıb.

İnsanın olmadığı şəraitdə həşəratlar çirkli paltar olan zənbillərdə ikiqat sürətlə çoxalıb.

Təcrübə göstərib ki, həşəratlar insanın təri hopmuş pal-paltara cəlb olunurlar.

 

Taxtabitilərdən necə qorunmalı?

 

Professor Hentli deyir ki, yataq həşəratları hamar və cilalı səthlər üzərində yeriyə bilmirlər və buna görə də səfər və səyahətlər zamanı hotellərdə qalarkən çamadanları nikelli metal relslərin üzərində yerləşdirmək lazımdır. Bu olmadıqda paltarları böyük plastik torbalarda saxlamaq daha təhlükəsizdir.

«The Telegraph» yazır ki, adi taxtabiti (Cimex lectularius) 1980-1990-cı illərdə azalsa da, son bir neçə il ərzində Britaniyada iki dəfə artıb.

Taxtabiti qan sormazdan əvvəl yastı və açıq qəhvəyi rəngdə olsa da, qanla yemləndikdən sonra girdələşir və tündləşir.

Taxtabitilər heç bir qidalanmasız altı ay yaşaya bilir. Onlar ümumən təhlükəli olmasalar da, adamları dişləyərkən dəhşətli narahatlıq törədirlər.

Otaqda taxtabitinin olmasının göstəricisi insanın dərisində qırmızı nöqtələrin peyda olmasıdır.

Yataq həşəratları uça və atıla bilməsələr də, uzun məsafələrə sürünə və dırmana bilirlər.

Taxtabitilərin mövcudluğunun daha bir göstəricisi onların döşəkağlarında qalan ağ yumurtalarıdır.

Bundan başqa yatağınızda qan ləkəsi qalıbsa, deməli siz yatarkən qansoran həşəratı əzmisiniz.