vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
16:49 | 26 noyabr 2017 | Bazar Məqaləyə 4327 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milçəklər 316 növ bakteriya daşıyırmış

Həşəratların güman edildiyindən daha çox sayda mikrob yaydığı aşkar olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Alimlər aşkar edib ki, milçəklər zənn edildiyinndən daha çox sayda xəstəlik törədicisinin daşıyıcısı ola bilər. Ev milçəkləri və leş milçəkləri 600-dən çox müxtəlif bakteriya daşıyır, keçirilmiş DNT analizi aşkar edib. Bu bakteriyaların əksəriyyəti insan xəstəlikləri ilə əlaqəlidir, o cümlədən bağırsaq xəstəlikləri, qan zəhərlənməsi və sətəlcəm ilə.

Təcrübələrdən müəyyən olunub ki, milçək bakteriyaları ayaq və qanadları ilə yayır.

Alimlərə görə, milçəyin hər bir yerdəyişməsi mikrobların yayılmasına gətirib çıxarır.

Tədqiqatın müəlliflərindən biri, Pensilvaniya Dövlət Universitetinin professoru Donald Braynt (Donald Bryant) BBC-yə deyib: «Milçəklərin bakteriya yaydığı məlum idi, lakin bunun bu dərəcədə böyük miqyasda baş verməsi barədə təsəvvür yox idi».

DNT təhlili nəticəsində ev milçəyinin 351 bakteriya növü, leş milçəyinin isə 316 bakteriya növü daşıdığı aşkar olunub.

Bu bakteriyaların əksəriyyətini milçəklərin hər ikisi daşıyır.

«Scientific Reportselmi» dərgisində dərc olunan araşdırmanın müəllifləri qeyd edib ki, səhiyyə xidmətləri, mümkündür ki, milçəklərin infeksiyalı xəstəliklərin yayılmasında roluna hələlik lazım olan dərəcədə diqqət yetirməyib.

«Biz hesab edirk ki, milçəklər patogenlərin sürətlə yayılmasında iştirak edir», - professor Donald Braynt deyib.