«Budama prosesi»nin sonu
Ziya Məmmədov quru yurdda qalır - əmlaklarının müsadirəsi başladı, xaricdə müxtəlif adlarla gizlətdiyi mülklər geri alınır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Ziya Məmmədov ölkədən gedib?
Sabiq nazirin qardaşı danışdı
-
Məmmədovların yanan hoteli
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
-
«Od olmasa tüstü çıxmaz»
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
-
Buynuz fəlakəti
Ziya Məmmədovun malikanəsi yandı
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
-
Ziya Məmmədovu bitirən islahatlar davam edir
Saleh Məmmədov daha dövlət məmuru deyil...
-
«Atası»ndan Hafiz Məmmədova zərbə
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
-
Baş nazirin «qurtuluşu»nun sirri
Rəsizadənin bütün iddialara rəğmən vəzifədə qalması onun özünə bağlı məsələ deyil, zamanını gözləməyə məcburdur
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
«Şüşəli bazar» sahibinin ölümündə Ziya Məmmədov izi
Sabiq nazirin biznes şəbəkəsi ilə intihar edən iş adamının ticarət obyektinin bağlılığı üzə çıxır
-
Ziya Məmmədovun daha bir kadrı qovuldu
Yaşar Məmmədov Mübariz Ağayevin taleyini yaşadı, növbədə Lütfəli Babayev, Mənsur Məmmədovdur
-
Milyonlar səviyyəsində dələduzluq
Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı
-
«Only One»-a 19 milyon avro qiymət qoyulub
Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı
-
Oliqarxın axırı...
Ziya Məmmədovun Göyçayda mənimsədiyi möhtəşəm mülkü əlindən alındı, «AZNAR» şirkəti 20 hektardan artıq bağ sahəsi və villa üçün dövlətə 4,5 milyon manat ödəndi
Sabiq nəqliyyat naziri Ziya Məmmədov 8 aydır vəzifəsindən çıxarılsa da, demək olar ki, hər gün onunla bağlı müxtəlif səpkili xəbərlər yayılır. Bunlardan ən çox diqqət çəkəni təbii ki, sabiq nəqliyyat nazirinin əmlakları ilə bağlıdır.
Hələ aylar öncə «PAŞA Bank» ASC «Garant İnşaat Sənaye» MMC-yə (əvvəlki «Azbentonit» sement və tikinti qatqıları zavodu), «Garant Holding» MMC-yə, «Azpod» MMC-yə və sabiq nazirin oğlu Anar Məmmədovun özünə qarşı iddia qaldırmışdı. Söhbət 1 milyon 141 min 203 manat borcdan gedirdi. Abşeron Rayon Məhkəməsi Məmmədovlara məxsus bir neçə əmlaka («Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), «Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A» ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5» ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoymuşdu. A.Məmmədov yalnız borcu ödədikdən sonra həbs qərarı ləğv olunmuşdu. Bundan sonra sabiq nazirin «Gulf Stream» markalı şəxsi təyyarəsinin əlindən alındığı xəbəri yayıldı. Ondan şəxsi təyyarəsini «dinməz-söyləməz gətirib təhvil vermək» tələb olunub və tələb yerinə yetirilib.
Məmmədovların ailə biznesi olan «Garant Holdinq» də sürətlə çökməkdədir və belə görünür ki, şirkət tam iflas olduğunu açıqlayanadək bu proses davam edəcək. Məlumata görə, bu ilin yayından Məmmədovların şimal bölgəsində olan bizneslərinin təhvil-təslimi başlayıb. Xüsusilə Qubada «Garant Holding»in fəaliyyəti tam sıxışdırılıb. Bu yaxınlarda sabiq nazir «Nizami» metro stansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin arxasında yerləşən tikilidəki 250 kv.m sahəsi olan mənzilini 750 min manata satışa çıxarıb.
Bundan başqa elə həmin ərəfədə sabiq nəqliyyat nazirinin xaricdə daha bir neçə çox qiymətli daşınmaz əmlakı fiksə olunub və «müsadirə» edilib. Bu barədə azpolitika.info-ya sabiq nazirə yaxın mənbələrdən məlumat daxil olub.
Sayt yazır ki, Z.Məmmədovun ətrafında belə «əməliyyat-axtarış» tədbirləri 3-4 ildir ki, davam edir. Ən populyar versiyaya görə, Z.Məmmədov 2013-cü ilin prezident seçkiləri ərəfəsindəki xəyanətkar davranışlarına görə hakimiyyətin qəzəbunə tuş gəlmiş baş nazirin sabiq birinci müavini Abbas Abbasovla gizli əlaqələrinə görə cəzalandırılır. Onun Azərbaycandakı və xaricdəki bütün biznesinə «əl qoyuldu», ətrafı təmizləndi, əksər səlahiyyətləri əlindən alındı və 2-3 il davam edən bu «budama prosesi»nin sonunda bu ilin fevral ayında Nəqliyyat Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdirilməklə, Z.Məmmədovun formal nazir statusuna da son verildi. Vəzifəsini itirdikdən sonra Z.Məmmədovun doğulduğu Ucar rayonundakı malikanəsinə qapıldığı, hətta dini mütaliə ilə məşğul olduğu bildirilib.
Lakin belə görünür ki, nə Ziya Məmmədov mal varlığı ilə bağlı tam dolğun məlumatları təqdim edib, nə də ona inanıblar. Bu üzdən sabiq nazirin ətrafında kəşfiyyat fəaliyyətinə də son verilməyib. Elə davam edən bu fəaliyyət nəticəsində də Z.Məmmədovun vaxtilə soyad eyniliyi təşkil etməyən uzaq qohumlarının adına xaricdə bir neçə bahalı daşınmaz əmlak aldığı da müəyyənləşdirilib. Həmin şəxslər və onların adına olan əmlaklar təsbit edilib və səssizcə «müsadirə edilib».
Məlumata görə, Z.Məmmədovun uzaq qohumları ilə «profilaktik söhbətlər» müsbət nəticələnib və onlar adlarına olan əmlakı səssizcə təhvil verməyə razılaşıblar.