Ziya Məmmədovun daha bir kadrı qovuldu
Yaşar Məmmədov Mübariz Ağayevin taleyini yaşadı, növbədə Lütfəli Babayev, Mənsur Məmmədovdur
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Ziya Məmmədov ölkədən gedib?
Sabiq nazirin qardaşı danışdı
-
Məmmədovların yanan hoteli
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
-
«Od olmasa tüstü çıxmaz»
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
-
Buynuz fəlakəti
Ziya Məmmədovun malikanəsi yandı
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
-
Ziya Məmmədovu bitirən islahatlar davam edir
Saleh Məmmədov daha dövlət məmuru deyil...
-
«Atası»ndan Hafiz Məmmədova zərbə
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
-
Baş nazirin «qurtuluşu»nun sirri
Rəsizadənin bütün iddialara rəğmən vəzifədə qalması onun özünə bağlı məsələ deyil, zamanını gözləməyə məcburdur
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
«Şüşəli bazar» sahibinin ölümündə Ziya Məmmədov izi
Sabiq nazirin biznes şəbəkəsi ilə intihar edən iş adamının ticarət obyektinin bağlılığı üzə çıxır
-
Milyonlar səviyyəsində dələduzluq
Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı
-
«Only One»-a 19 milyon avro qiymət qoyulub
Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı
-
Oliqarxın axırı...
Ziya Məmmədovun Göyçayda mənimsədiyi möhtəşəm mülkü əlindən alındı, «AZNAR» şirkəti 20 hektardan artıq bağ sahəsi və villa üçün dövlətə 4,5 milyon manat ödəndi
-
«Avadanlıqlar on dəfələrlə baha qiymətə satılıb»
Prokuror Forsberq: «Azərbaycan Dəmir Yollarının məmuru bu işdən 100 milyon dollar götürüb»
Keçmiş nazirin Ucar və Zərdabda icra başçısı olan yaxınlarının da eyni aqibəti yaşayacağı şübhəsizdir. Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədən azad ediləndən və rəhbərlik etmiş olduğu Nəqliyyat Nazirliyin ləğvindən sonra onun mal-mülkünün, biznesinin əlindən alınması prosesi başladı.
Habelə uzun illər ərzində onun müxtəlif vəzifələrə yerləşdirdiyi qohumları, yaxınları, kadrları tutduqları postlardan kənarlaşdırılmağa başladılar. Əlbəttə, dövlət rəhbərliyi bu addımları atmaqda tam haqlıdır. Nədən ki, Ziya Məmmədov nazir səlahiyyətlərindən sui-istifadə edərək, məhz dövlətdən oğurladığı pullar hesabına oliqarxa çevrilmişdi. Onun oğlu Anar Məmmədovun (Azərbaycandan qaçıb, hazırda ölkə xaricindədir) idarəetməsinə verdiyi böyük biznesi - tikinti, sığorta şirkətləri, «Bank of Azeribaijan», özəl mülkə çevirdiyi Bakı Beynəlxalq Avtovağzalı, Qubadakı istirahət mərkəzi, Ucardakı heyvan və quşçuluq fermaları, ölkə boyunca saysız-hesabsız villaları xalqdan, büdcədən xortumladığı vəsait hesabına idi. Həmin mülklər, biznes strukturları təbii ki, xalqa, cəmiyyətə harınlıq səviyyəsində davranışlar sərgiləyən, nəhayətdə çörəyini yedikləri iqtidara qarşı siyasi səhvlər edən Məmmədovların əlində qala bilməzdi.
Yuxarıda sadalanan mal-mülkləri, biznes strukturları Ziya Məmmədovun əlindən alınıb. Onun aşkarlanan villaları da bu və ya digər şəkildə dövlət nəfinə keçirilib. Məsələn, oktyabrın sonunda Ziya Məmmədovun Göyçayın Potu və Hüngütlü kəndləri ərazisindəki 40 hektardan çox bağ sahəsi və o ərazidə inşa etdirdiyi möhtəşəm villası əlindən alındı, «AzNAR» QSC-nin balansına verildi. Həmin mülkə görə «AzNAR»ın ödədiyi 4,5 milyon manat isə Ziya Məmmədovun nazir olarkən dövlətə vurduğu ziyanın bir qismi kimi dövlətə köçürüldü.
Nəzərə çatdıraq ki, Ziya Məmmədov nazir postundan uzaqlaşdırılandan və Nəqliyyat Nazirliyi bir struktur kimi ləğv edilib, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdiriləndən sonra sabiq nazirin dönəmində NN-də baş verən maxinasiyalar araşdırılıb və 100 milyon manatdan çox büdcədən oğurladığı üzə çıxıb. Məmmədova mal-mülkünü satıb, zərəri ödəmək şərti qoyulub.
Bundan başqa, Z.Məmmədov nazir postundan uzaqlaşdırılandan sonra onun ən yaxın adamları - hansı ki, onun korrupsiya maşınları sayılırdılar - tutduqları postdan kənarlaşdırıldılar. İlk vurulanlardan biri də Göyçayın icra başçısı Mübariz Ağayev olmuşdu.
Bu gün isə prezidentin sərəncamı ilə Qubanın icra başçısı, Ziya Məmmədovun qohumu və kadrı Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib. Y.Məmmədov Qubadan əvvəl Ucarın icra başçısı idi. İnsanlara qan uddurmaqla yaddaşlarda qalıb.
Ziya Məmmədovun kadrları bununla məhdudlaşmır. Hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov, Zərdabın icra başçısı Lütfəli Babayev də Z.Məmmədovun birbaşa kadrı olmuş şəxslərdir. Mənsur Məmmədov Ziya Məmmədovun yaxın qohumudur.
Heç şübhəsiz ki, Yaşar Məmmədovdan sonra növbə onlarındır.