“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
Ziya Məmmədov ölkədən gedib?
Sabiq nazirin qardaşı danışdı
-
“Maxinasiyaların idarəçisi idi”
Sahibkardan eks-nazir Heydər Əsədova ittiham: “Məni qəbul edib göstəriş verirdi, arxamca da...”
-
Oliqarxlar əndişədə
“Kiçik padşahlar”ın zəbt etdikləri torpaqlar geri alınacaq
-
Əsəbi Əsədov haradadır?
Sabiq nazirin depressiyaya düşdüyü deyilir
-
Məmmədovların yanan hoteli
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
-
«Od olmasa tüstü çıxmaz»
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
-
Buynuz fəlakəti
Ziya Məmmədovun malikanəsi yandı
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
-
Ziya Məmmədovu bitirən islahatlar davam edir
Saleh Məmmədov daha dövlət məmuru deyil...
-
«Atası»ndan Hafiz Məmmədova zərbə
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
-
Baş nazirin «qurtuluşu»nun sirri
Rəsizadənin bütün iddialara rəğmən vəzifədə qalması onun özünə bağlı məsələ deyil, zamanını gözləməyə məcburdur
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
«Şüşəli bazar» sahibinin ölümündə Ziya Məmmədov izi
Sabiq nazirin biznes şəbəkəsi ilə intihar edən iş adamının ticarət obyektinin bağlılığı üzə çıxır
-
Ziya Məmmədovun daha bir kadrı qovuldu
Yaşar Məmmədov Mübariz Ağayevin taleyini yaşadı, növbədə Lütfəli Babayev, Mənsur Məmmədovdur
-
Milyonlar səviyyəsində dələduzluq
Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı
“Bağda ərik var idi, salam-məlik var idi. Bağda ərik qurtardı, salam-məlik qurtardı”. “Evləri köndələn yar” televiziya tamaşasında Şakir Şəkəroviçin Surxayzadəyə xitabən səsləndirdiyi məşhur replikanı elə-belə sitat gətirmirik. Bunu bir vaxtlar zəhmi, sanbalı, əlində olan səlahiyyətlərilə bütün mətbuatı nəzarətində saxlamağı bacaran eks-nazirlərə, vəzifə sahiblərinə da şamil etmək olar. Nə hikmətdirsə, vəzifədə olarkən mətbuatın qarşısına çıxan, yaxud mətbuat katibi vasitəsilə əksər sualları cavablandıranlar, indi internet media resurslarında, qəzetlərdə barələrində yazılan palaz-palaz ittihamlara cavab verməməyi seçirlər.
Elə bir vaxtlar mətbuata açıqlığı ilə seçilən sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov, eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, eks-nəqliyyat naziri Ziya Məmmədov kimi...Adıçəkilən sabiqlər postlarından uzaqlaşdırılalı aylar olsa da, onlarla əlaqə qurmaq cəhdlərimiz uğursuzdur. Bir vaxtlar zəngimə şəxsən özü cavab verən, çox mədəni, eyni zamanda sadə şəkildə münasibət sərgiləyən Heydər Əsədov indi yazılan mesajlara belə reaksiya vermir. Eləcə də Səlim Müslümov, Əli Abbasov...
Nədir onları mətbuatdan qaçıran səbəb? Mətbuatın özü, yoxsa nazir postunda olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuz əməllərə yelkən açmaq?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, sözügedən şəxslər - nazir, icra başçısı, hansısa dövlət qurumunun rəhbəri olanda müəyyən dövlət funksiyalarını yerinə yetirirdilər:
“Onların vəzifələrindən doğan öhdəlikləri, təmsil etdikləri qurumun əsasnaməsindən, qanunvericilikdən, irəli gələn funksiyaları vardı. Məhz ona görə də məsuliyyət daşıyırdılar. Bu baxımdan kütləvi informasiya vasitələrində gedən, ictimai müzakirələrə səbəb olan istənilən məsələlərlə bağlı özləri, yaxud səlahiyyətli nümayəndələri cəmiyyəti maraqlandıran suallara cavab verməli, münasibət bildirməli idilər. Eyni zamanda, bu ona görə vacib idi ki, barələrində gedən yanlış informasiyaya aydınlıq gətirsinlər. Bir sözlə, qanunvericiliyin tələbləri onlardan cavab tələb edirdi”.
Ekspert qeyd edir ki, vəzifədən azad edildikdən sonra cəmiyyətin bəzi kəsimləri üçün maraqlı olsalar da, onlar hazırda ictimai fiqur deyillər:
“İndi onlar dövlət funksiyalarını yerinə yetirmədiklərinə görə, adi şəxslərdən birinə çeviliblər. Belə olan halda, kütləvi informasiya vasitələrində gedən, yaxud müzakirə edilən məsələlər və onlara aydınlıq gətirilməsində maraqlı deyillər. Onları cavab verməyə məcbur edəcək hüquqi vasitə də yoxdur. Bu baxımdan da kimin, hansı sualı ünvanlamasından asılı olmayaraq, cavab vermək məsuliyyətləri də yaranmır”.
Hüquqşünas bildirir ki, indiki məqamda olmasa da, bir vaxtlar sabiqlər çox ciddi ictimai funksiyaları yerinə yetiriblər:
“Onlar dövlət ictimai funksiyalarını yerinə yetiriblər. Vəzifədən getdikdən sonra onlar barəsində hər hansı fikir səslənirsə, təkzib vermək, yaxud əks arqumentlər gətirmək hüquqları var. Adətən vəzifədən gedən şəxsin qanunsuz hallara yol verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, yaxud şərəf və ləyaqəti, reputasiyası ilə bağlı məlumatlar tirajlanır. Onların bu məsələlərə cavab vermək hüququ var. Amma vəzifəsi olmadığı üçün yenə də geri çəkilirlər.
Azərbaycan praktikasına, eləcə də sovet məkanından çıxmış ölkələrin praktikasına baxsaq, görərik ki, 95 faiz hallarda şəxs vəzifədən azad edildikdə ittihamlara cavab vermək istəmir. O, unudulmaq istəyir. Hər halda vəzifədə olarkən müəyyən gərgin, stressli anlar yaşayan şəxsin, vəzifədən getdikdən sonra unudulmağı seçməsi anlaşılandır. Çünki müsbət və mənfi çalarlarından asılı olmayaraq, verilən cavablar yeni bir diskussiyaya gətirib çıxarır. Bir sözlə, sabiqlər gündəmdə olmaq istəmirlər. Digər səbəblər də var: bir çoxları doğrudan da çox ciddi qanunsuzluqlara yol verdiklərindən bunu istəmirlər.
Məsələ burasındadır ki, bizdə vəzifəli şəxslər işdən azad olunarkən onlar barədə daha geniş məlumatlar yayılır, nəinki vəzifədə olarkən. Bu həm də onunla bağlıdır ki, şəxslər vəzifədə olarkən, istənilən məsələni ört-basdır etmək, yaxud barəsində gedən hansısa neqativ yazını sildirmək imkanları var. Vəzifə itiriləndən sonra bu imkanlar olmadığı kimi, onlar da məsələyə cavab verib uzun-uzadı müzakirələrə səbəb olmaq niyyətlərindən vaz keçirlər.
Amma bəzi hallarda vəzifədən gedən şəxslər barədə yalan məlumatlar da tirajlanır. Bir qrup insanlar var ki, məhz bununla məşğuldurlar. Vəzifədə olarkən onların sadiq köməkçisi olurlar, vəzifədən gedəndən sonra isə “şir”, “pələng” olub düşürlər sabiqlərin üzərinə.
Amma ümumiyyətlə, mövcud praktika vəzifədən azad edilmiş şəxslərin daha çox danışmaması ilə müşahidə edilir. Hər halda düşünürəm ki, bəzi hallarda elə məlumatlar tirajlanır ki, onların həqiqət olub-olmaması şübhə doğurur, mübahisə yaradır. Ona görə də belə hallarda cavab vermək, aydınlıq gətirmək daha məqsədəuyğun olardı. Əksər hallarda onların danışması isə özləri və yaxın çevrələri tərəfindən arzuolunan hal hesab olunmur.
Bəzi Qərb ölkələrində bu praktika var. Amma dünya ölkələrində prezident, eləcə də digər seçkili vəzifələrdə səlahiyyət müddəti başa çatmış şəxslərin əksəriyyəti ittihamlara cavab verməkdən uzaq olurlar. Yox əgər vəzifələrini itirsələr də, aktiv siyasətdə olurlarsa, yaxud başqa qurumlarda vəzifə daşıyırlarsa, bu proseslərə cavab verirlər. Yaxud gələcəkdə vəzifə iddiaları olursa, bu ittihamlara cavab vermək məcburiyyəti hiss edirlər.
Eyni zamanda, hər hansı şəxsin vəzifədə olarkən səhvlər etməsi istisna deyil. İnsan amili olan yerdə səhvlər mümkündür. Bu da istər-istəməz onları cavab verməkdən çəkindirir”.
Gülşən RAUFQIZI