Düşüb qolf çuxuruna…
Anar Məmmədovun yaratdığı federasiya dağıldı, baş katib istefa verib, başqa gedənlər də var; sabiq nazirin oğlu haradadır?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Ziya Məmmədov ölkədən gedib?
Sabiq nazirin qardaşı danışdı
-
Məmmədovların yanan hoteli
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
-
«Od olmasa tüstü çıxmaz»
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
-
Buynuz fəlakəti
Ziya Məmmədovun malikanəsi yandı
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
-
Ziya Məmmədovu bitirən islahatlar davam edir
Saleh Məmmədov daha dövlət məmuru deyil...
-
«Atası»ndan Hafiz Məmmədova zərbə
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
-
Baş nazirin «qurtuluşu»nun sirri
Rəsizadənin bütün iddialara rəğmən vəzifədə qalması onun özünə bağlı məsələ deyil, zamanını gözləməyə məcburdur
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
«Şüşəli bazar» sahibinin ölümündə Ziya Məmmədov izi
Sabiq nazirin biznes şəbəkəsi ilə intihar edən iş adamının ticarət obyektinin bağlılığı üzə çıxır
-
Ziya Məmmədovun daha bir kadrı qovuldu
Yaşar Məmmədov Mübariz Ağayevin taleyini yaşadı, növbədə Lütfəli Babayev, Mənsur Məmmədovdur
-
Milyonlar səviyyəsində dələduzluq
Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı
-
«Only One»-a 19 milyon avro qiymət qoyulub
Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı
-
Oliqarxın axırı...
Ziya Məmmədovun Göyçayda mənimsədiyi möhtəşəm mülkü əlindən alındı, «AZNAR» şirkəti 20 hektardan artıq bağ sahəsi və villa üçün dövlətə 4,5 milyon manat ödəndi
Sabiq nəqliyyat naziri Ziya Məmmədov və klanı ətrafında gedən «sökülmə» prosesi ilə bağlı xəbərlər son günlər intensivləşib. Z.Məmmədovun əmlakının əlindən alınması xəbərlərinin ardından sabiq nazirin oğlunun bir vaxtlar rəhbərlik etdiyi Qolf Federasiyasının da dağılması barədə məlumatlar yayılıb. Unikal.org saytı xəbər verib ki, Qolf Federasiyasının baş katibi Nigar Süleymanova vəzifəsindən istefa verib.
Nigar Süleymanova vəzifəsindən hansı səbəbdən getməsi barədə məlumat verməsə də, bu sözlərlə kifayətlənməli olub: «Mən daha AQF-də çalışmıram. Bir müddətdir ki, oradan uzaqlaşmışam. Yerimə kimin gəldiyindən də xəbərsizəm».
Bildirilir ki, federasiyada uzun müddətdir maaş ala bilməyən işçi heyəti qurumu tərk etməyə qərar verib. Federasiyanın təlimçisi Emin Zeynalov da bir neçə ay əvvəl qurumdan ayrıldığını açıqlayıb.
N. Süleymanova Qolf Federasiyasından əvvəl ölkənin ən iri hotellərindən birində satış meneceri işləyib. Federasiyanın formalaşmasında onun böyük rolu olduğu deyilir. Belə ki, o, qolfun heç bir maraq kəsb etmədiyi Azərbaycanda bu idman növü üzrə komanda toplamağa nail olub.
Anar Məmmədovun zənginlərin sevimli idmanı kimi tanınan qolfun azarkeşi olduğunu ölkə ictimaiyyəti 2010-ci ildə öyrəndi. Məlum oldu ki, reputasiyası heç də yaxşı olmayan o vaxtkı nazir oğlu, sən demə, bu idman növü ilə məşğul olur və hətta Azərbaycanda təbliğatında xüsusi fəallıq göstərir.
2011-ci ildə Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçdi və nazir oğlu bu federasiyanın prezidenti seçildi. Çox keçmədən Məmmədovlar klanının Qubadakı «Rixos Quba» hotelinin ərazisində Azərbaycanda ilk qolf klubu yaradıldı. Akademiyası və bazası açıldı.
2014-cü ilin yayında Qolf Federasiyası və "European Tour"un təşkilatçılığı ilə Qubadaı beynəlxalq "Challenge Tour" yarışması keçirildi. Turnirin qalibi almaniyalı qolfçu Morits Lampert oldu. A. Məmmədov turnirin kuboku və mükafatını (deyəsən, avtomobil idi) qalib qolfçuya təqdim etmişdi.
Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçiriləcək olimpiya oyunları siyahısına salınmışdı ki, bu da o vaxt A.Məmmədovu xeyli sevindirmişdi. Nazir oğlu Azərbaycan idmançılarının bu yarışlarda iştirak etməsini çox arzulayırdı.
A.Məmmədov hazırda Londonda yaşayır. Bəzi iddialara görə, onun Bakıya gəlməsi barədə yasaq var. İndiki kənd təsərrüfatı naziri Heydər Əsədovun kürəkəni olan A.Məmmədovun bəzi biznes strukturları kimi qolf çubuğu da, meydançası da çoxdan əldən çıxmışdı. İndi isə təkcə biznes şəbəkələri də deyil, bu federasiyanın yeni sahibi olmalıdır ki, hazırda buna hazırlıq gedir. Amma qolf Məmmədovlara düşərli olmadığından, kimin federasiyaya sahiblik edəcəyi maraq doğurur.