vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
KİNO-TEATR  
17:21 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3198 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yuğ»da kadr dəyişikliyi

Teatra Mehriban Ələkbərzadə və Rəşad Əhmədzadə rəhbərlik edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

«Yuğ» Dövlət Teatrının direktoru Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduğu vəzifələrdən azad ediliblər.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq, teatr sahəsində aparılan islahatlar davam edir. Mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb və əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə «Yuğ» Dövlət Teatrının baş rejissoru təyin edilib.

Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə «Yuğ» Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə olunub. («Report»)