
“Ölə bilərdim”
Nikolas Keyc yeni filmin çəkilişində köpək balığı təhlükəsindən sağ çıxıb
Nikolas Keyc yeni filmin çəkilişində köpək balığı təhlükəsindən sağ çıxıb
Tom Kruz 62 yaşında karyerasının ən çətin filminə çəkildi
Miqrant problemi və müşahidə kameraları ilə tənzimlənən həyatımız
Ulduz aktrisadan həyəcanlı siqnal
Filmin dublyaj variantı faşizm üzərində qələbənin 80 illiyi ərəfəsində Almaniyada göstərilib
Dövlət televiziyasında nümayiş olunan açıq-saçıq səhnələr etirazlara səbəb olub
Dublyor bacarığı və dizaynı mükafatlandırılacaq
Mel Gibsona yenidən silah daşımaq hüququnun verilməsi mübahisələrə səbəb olub
... Yaxud Koen qardaşlarının qara təbəssümü
Real hadisələrdən ilhamlanan yeni müharibə filmi tam qiymət aldı
İnnokenti Smoktunovski – psixoloji dərinlik, incəlik və daxili dramatizm ustası
Disneyin çəkdiyi ekran əsərini mobil telefonla çəkilən film səviyyəsinə endirdilər
Kannda tərif qazanan film senzuraya uğrayıb
Polşalı yazıçı Tarkovski ilə niyə dalaşıb?
Nuri Bilgə Ceylanın “Bir Zamanlar Anadolu’da” filmində insan və zaman anlayışı
Ancelina Coli niyə Oskara namizəd olmayıb?
Bakıda kinoteatr binalarının sökülməsindən sonra bölgələrdəki oxşar mədəniyyət mərkəzlərinin kütləvi şəkildə ləğvinə başlanılıb. Virtualaz.org Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu il ərzində özəlləşdiriləcək dövlət əmlaklarının siyahısına rayonlarda yerləşən 15 kinoteatr da daxil edilib.
Bura Quba rayonunda yerləşən «Nizami», Şamaxıda «Şirvan», Tovuzda «Şəfəq», Astarada «Azərbaycan», Gədəbəydə «Aydınlıq», Gəncə şəhərindəki «Xronika» kinoteatrı və digərləri daxildir. İllər əvvəl hind, türk, eləcə də, yerli filmlərin nümayişi üçün insanların növbəyə düzüldüyü bu mədəniyyət mərkəzlərinin demək olar ki, hamısının qapısı qıfıllı idi. Özəlləşdirilərək təyinatı dəyişdirilən bu obyektlərin yerində isə ehtimal ki, restoran və kafelər, ən yaxşı halda isə mebel salonları açılacaq. Bəs yerli film sənayesinin az da olsa inkişaf etməyə başladığı bir vaxtda bu kinoteatrları ləğv etmək kimə lazımdır? Onları bərpa etmək mümkün deyilmi?
Bu suallarla Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsək də, cavab ala bilmədik.
Məlumat üçün bildirək ki, vaxtilə Bakıda fəaliyyət göstərən onlarla kinoteatrdan yalnız biri – Nizami Kino Mərkəzi öz fəaliyyətini davam etdirir. Bundan başqa, alış-veriş mərkəzlərinin tərkibində yaradılmış bir neçə özəl kinoteatr da var. «Sevinc», «Xəzər», «Qələbə», «Sülh», «Azərbaycan", «Vətən», «Dostluq» , «Moskva» kimi kinoteatrlar isə bir müddət öz profilini yeni dövrün tələblərinə uyğunlaşdıraraq çayxana, mebel salonu, mağaza və oyun zallarına çevrilmişdi. Sonra isə onları ümumiyyətlə sökdülər və yerində daha gəlirli obyektlər tikdilər.