IX Qəbələ Musiqi Festivalı başa çatdı
«Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Azərbaycan xalçası-ilmələrin rəqsi”
Yeni xalı kolleksiyası təqdim olunub
-
Kürdəxanılılar arzusuna çatdı
“Yeniləşən Azərbaycana - yeni məktəb” davam edir
-
“Zamanında...” – bu dəfə Bakıda
Rus avanqard rəssamlarının əsərlərinin sərgisi
-
Qışın ən böyük festivalı
“Zima”ya iki gün qaldı...
-
Şeir, incəsənət və mənəviyyat
Azərbaycanda ilk dəfə Nəsimi Festivalı keçiriləcək
-
“Heç yerdə görməmişəm”
Ahəngi adamı Bakının keçmişinə aparan möcüzəli məkan
-
Məşhur yazıçının qızına vəzifə verildi
Günel Rzayeva yeni açılan mərkəzin direktoru oldu
-
Fonddan Qardabaniyə hədiyyə
-
Parisdə “Bakı Prosesi”nin 10 illik yubileyi
“Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi konkret layihələr Azərbaycanın avanqard qabiliyyətini əks etdirir”
-
Təbiət və dəbin vəhdəti
Heydər Əliyev Mərkəzində “Moda məkanı” sərgisi
-
Leyla Əliyeva uşaq festivalında
Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm bayram keçirilib
-
Moskvada «Xocalıya ədalət!» istənildi
Polad Bülbüloğlu: «İnsanları azərbaycanlı olduqlarına görə öldürüblər...»
-
İDEA-dan ideal aksiya
Leyla Əliyeva «Xocalıya ədalət!» kampaniyası çərçivəsində ağacəkmə tədbirində iştirak edib
-
«Badam ağacı çiçəkləyəndə»
Leyla Əliyeva Xocalı faciəsinin ildönümü ilə bağlı tamaşanın təqdimatında iştirak edib
-
Kənddə kino məsələsi
Rayonlarda kinoteatrlar kütləvi şəkildə özəlləşdirməyə çıxarılır
-
Balacalara nağıl kimi bayram
Heydər Əliyev Fondu uşaqlar üçün təşkil etdiyi ənənəvi şənlikdə Birinci vitse-prezident Mehriban Əliyeva təbrik nitqi söylədi
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, «Gilan Holdinq»in dəstəyi ilə təşkil olunan IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti anşlaqla keçib.
Milli Məclis deputatlarının, xarici ölkələrin ölkəmizdəki səfirlərinin, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi festivalın bağlanış mərasimində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək bu festivalın ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb.
Fəttah Heydərov festivalın təşkilinə görə Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, festivalın dünyada böyük əks-səda doğurduğunu qeyd edib. Millət vəkili onu da bildirib ki, bütün bunlar ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində apardığı ardıcıl siyasət nəticəsində mümkün olub. Fəttah Heydərov 10-a yaxın ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların qatıldığı IX Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlərdə iştirak edən xarici qonaqların Azərbaycanla daha yaxından tanış olduqlarını vurğulayıb. O əlavə edib ki, bu festival Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində mühüm addımdır. Festival yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Deputat bu festivalın tezliklə Qarabağda, Şuşada keçirilməsini arzulayıb.
Festivalın bədii rəhbərlərindən biri, «Kiyev virtouzları» orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski çıxışında diqqətə çatdırıb ki, festival Heydər Əliyev Fondunun yaxından köməkliyi sayəsində reallaşıb. D.Yablonski Fondun prezidenti Mehriban xanım Əliyevaya festival iştirakçıları adından təşəkkürünü bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur. İyulun 29-dan avqustun 3-dək qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edib.
Sonda səhnə Azərbaycan Dövlət Simfonik Orkestrinin ixtiyarına verilib. Dünya şöhrətli italiyalı dirijor Roberto Molinellinin rəhbərliyi ilə keçən konsertdə orkestri tanınmış Litva musiqiçisi Nomeda Kazlaus (soprano) və hazırda İtaliyada musiqi təhsili alan Azər Rzazadə (tenor) və Məhərrəm Hüseynov (baritone) müşayiət edib. Orkestr yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirib və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertində bəstəkar R.Vaqner, P.İ.Çaykovski, C.Verdi, V.A.Motsart, R.Molinelli, İ.Kalmanın əsərləri səsləndirilib. Festivalın sonuncu konserti mindən çox tamaşaçının iştirakı ilə keçib və gurultulu alqışlarla başa çatıb. (APA)