vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TÜRK DÜNYASI  
20:52 | 26 yanvar 2014 | Bazar Məqaləyə 2018 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğanın müavini nurçulara meydan oxudu

Bülənt Arınc: «Türkiyədə AKP hökümətini yıxmağa çalışan bir mərkəz var»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Türkiyədə AKP hökumətini yıxmağa çalışan bir mərkəz var». ANS PRESS-in Türkiyə mediasına istinadən məlumatına görə, bu sözləri baş nazirin müavini Bülənt Arınç bildirib. Onun sözlərinə görə, artıq həmin mərkəz təsbit olunub: «Bu mərkəzdə ictimai rəyə təsir göstərməyə çalışan, tək bir məqsədə xidmət edən və planlı hərəkətdə olan insanlar var».

Daha sonra Türkiyə hökumətinin özünü qorumaq üçün lazımı tədbirləri gördüyünü bildirən Bülənt Arınc qeyd edib ki, onlar sonacan mübarizələrini davam etdirəcəklər: 
«Hər kəs yalnız konstitusiyada təyin olunan səlahiyyətlərindən istifadə edə bilər. Hər məmurun fikrindən fərqli partiyalar keçə bilər. Siyasi düşüncələri fərqli ola bilər. Amma gördüyü işdə bunu hiss etdirmək olmaz. 76 milyon insanı maraqlandıran vəzifələrdə partiya maraqlarını güdə, partizanlıq, hələ-hələ hökumət düşmənliyi edə bilməzsən. Bunlar ortaya çıxdılar. Hökumət tədbirini görüb və görməyə də davam edəcək. Tək məqsədləri hökuməti yıxmaqdır. Bizim də tək məqsədimiz hökuməti qorumaq və bu oyunu pozmaqdır. Yalnız biz deyil, bütün Türkiyə bunun bir oyun olduğunu başa düşdü».