vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
OLAY  
10:57 | 23 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 3019 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əsgər Avetisyanı da erməni öldürüb

Bu gedişlə Ermənistan ordusunun yarısı məzara, yarısı da məhbəsə girəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftə Qarabağdakı erməni işğalçı birləşmələrinin iki hərbçisinin güllələnməsi haqda yeni təfərrüatlar məlum olub. virtualaz.org «Kavkazskiy uzel» portalına istinadən xəbər verir ki, oktyabrın 20-də güllələnən Aram Xaçatryan və Qraç Avetisyan adlı əsgərlərin hər ikisinin öz xidmət yoldaşları tərəfindən vurulduğu məlum olub. Bundan əvvəl Ermənistan İstintaq Komitəsi Aram Xaçatryanı vuran kiçik serjantın həbs olunduğunu açıqlamışdı.

Məlumata görə Xaçatryan kürəyindən güllə yarası alıb, hospitala aparılarkən yolda keçinib. Digər əsgər Qraç Avetisyan isə ona təhkim edilmiş avtomatla vurulub. Müstəntiqlər bildiriblər ki, onu vuran xidmət yoldaşıdır. Həminəsgər Xankəndi hospitalına aparılarkən yolda keçinib. Məlumata görə əsgərlərin güllələnməsinə səbəb onların bir neçə gün əvvəl hərbi hissədə digər əsgərlərlə dalaşması və onları döyməsidir. Qraç Avetisyanı vuran əsgərin də artıq saxlanıldığı bildirilir. O, çağırışçı əsgərdir. Qeyd edək ki, Qarabağdakı erməni hərbi birləşmələrində tez-tez əsgərlər arasında silahdan da istifadə olunmaqla qarşıdurmalar baş verir.