vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
OLAY  
13:47 | 30 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2418 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rafiq Hüseynovu itirdik

Xalq artistinin nəşi Azərbaycana iki gün sonra gətiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyadakı xəstəxanalardan birində vəfat etmiş xalq artisti Rafiq Hüseynovun nəşi Azərbaycana 2 gün sonra, noyabrın 1-də gətiriləcək.

Bu barədə «Report»a açıqlamasında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

O qeyd edib ki, Rafiq Hüseynovun harada dəfn olunacağı isə hələ məlum deyil: «Hələ heç nə bilinmir. Nəşi gətirsinlər, sonra bilinəcək».

 

***

 

11:50

Bu barədə APA-ya açıqlamsında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

O bildirib ki, R.Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib: «Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuat oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı».

S.Hüseynova əlavə edib ki, R.Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: «Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq».