vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
QARABAĞ  
02:12 | 1 fevral 2014 | Şənbə Məqaləyə 2139 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər kələfin ucunu itirib...

Üç gün əvvəl dediklərini təkzib edirlər, sən demə o heç üzüm yığmağa da gələməyibmiş...

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan silahlı qüvvələrinin əsgərləri tərəfindən Tovuzun Əlibəyli kəndində əsir götürülən Ermənistan diversiya qrupunun üzvü Mamikon Xocayanın ailəsi haqda yeni təfərrüatlar üzə çıxıb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Mamikonun yaşadığı Tavuş rayonunun Verin Karmir kəndinin başçısı Kamo Çobanyan yayıb. Onun sözlərinə görə, Mamikonun həyat yoldaşı 55, oğlu isə 35 yaşında ölüb. Onun iki nəvəsi isə Rusiyada avtomobil qəzasında həlak olub, bir nəvəsi də xəstəlikdən ölüb.

Kamo Çobanyan bildirib ki, Mamikonun oğlu onu yaşadığı Rusiyanın Lipeçsk şəhərinə aparıb. Ancaq Mamikon oğlunun evindən qaçaraq Moskvaya gedib. Kənd başçısı əlavə edib ki, Mamikon son beş ildə fiziki əməklə məşğul olmayıb, yəni o, əsir düşən zaman üzüm yığmağa getməyib.

Xatırladaq ki, bir neçə gün öncə isə Kamo Çobanyan erməni mediasına müsahibə vermişdi ki, Mamikon əlində vedrə üzüm yığmağa gedib. İndi isə onun əvvəl dediyi sözləri inkar etməsi heç də təsadüfi deyil. Sadəcə, kənd başçısı əvvəl dediklərini inkar etməklə, Mamikonun başdan xarab olmasını dünya mediasına sırımaq istəyir. O ki, qaldı, Mamikonun Rusiyada yaşadığı oğlunun yanından qaçmasına, bunun fonunda yəqin Ermənistan gizli kəşfiyyatının əl izləri var. Fakt isə faktlığında qalır, erməni əsir televiziya ilə müsahibəsində erməni kəşfiyyatına işlədiyini bildirir.

Qeyd edək ki, Mamikonun üç oğlu, üç qızı var. O, kənddə oğullarından birinin ailəsi ilə yaşayır.