«Adam içki düşkünü idi»
Ekspert: «Ermənilər əsirin xəstə olduğunu etiraf etmişdilər»
Həsən BABAYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hərbçimizi cərəyan vurub
Hərbi Prokurorluqda cinayət işi açılıb
-
İki hərbçimiz vəfat etdi
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
-
Müdafiə Nazirliyində yarpaq tökümü
Daha bir sabiq idarə rəisi həbs edilib
-
İdarə rəisi barədə 4 aylıq həbs qətimkan tədbiri
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
-
Tutulan şəxslərin sayı arta bilər
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
-
MN-də iri maliyyə dələduzluğu
4 yüksək rütbəli zabit həbs edildi
-
16 iş yenidən istintaqa qaytarıldı
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
-
Tovuz, Los Anceles, Brüssel, Praqa…
Biz təxribat törətmirik, təxribatları da cavabsız qoymuruq!
-
4 min ver, gizir ol
Yaxud generalların pul oyunu
-
“Sülhə məcbur etmək lazımdır”
Bu il Qarabağda hərbi əməliyyatlar gözlənilirmi?
-
Bakı müharibə hazırlıqları içində
General-polkovnik nazirimizin səfərində iki hədəf
-
«Albert Aqarunov İsraillə Azərbaycanın dostluq rəmzlərindən biridir»
Zakir Həsənov İsraildə Azərbaycanın Milli Qəhrəmanının ailəsi ilə görüşdü
-
Azərbaycan müdafiə naziri İsrailə getdi
General-polkovnik Zakir Həsənov ilkə imza atdı
-
«Böyük perspektivlər var...»
General Zakir Həsənov Moskvada jurnalistlərə danışdı
-
«Kreml erməniləri təxribata həvəsləndirir»
«Rəsmi Bakı Moskvanı xəbərdar etməlidir»
-
Ermənilər Qaralar kəndini «qaralayıb»
Sakinlər: «Mülki şəxs görən kimi atəş açırlar»
«Ermənilər özləri də etiraf etmişdilər ki, adam içki düşkünü idi, eyni zamanda, onun sağlamlığında müəyyən problemləri olub. Həm həyəcandan, həm də sağlamlığındakı problemdən dünyasını dəyişə bilər».
Bu fikirləri «Hərbi Jurnalistlər» İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov Aktual.az-a avqustun 8-də səhər saatlarında Azərbaycana əsir düşən Karen Petrosyanın, qəflətən, naməlum səbəbdən dünyasını dəyişməsi xəbərinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, əsirin həyəcanı və səhhətində olan problem istənilən an onun həyatını itirməsinə gətirib çıxara bilərdi:
«Ermənilərin gətirəcəyi bəhanələrin qarşısını almaq üçün Azərbaycan tərəfi təklif edə bilər ki, beynəlxalq və erməni mütəxəssislərin iştirakı ilə meyitin ekspertizası həyata keçirilsin. Düzdür, ermənilər bundan şou düzəltməyə çalışacaqlar. Ancaq soyuqqanlı davranmaq lazımdır. Onun həyəcanlı olmağı sifətindən görünürdü. İkinci bir tərəfdən, onun sağlamlığında olan problem həyatını itirməsinə səbəb ola bilərdi. Ermənilər bizim əsirlərimizin başına elə oyun gətiriblər ki, ona görə də öz xislətlərindən çıxış edərək Azərbaycanı günahlandırmağa çalışacaqlar».