Tovuz, Los Anceles, Brüssel, Praqa…
Biz təxribat törətmirik, təxribatları da cavabsız qoymuruq!
Qənirə PAŞAYEVA
Milli Məclisin Mədəniyyət Komitsəinin sədri
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Xocalıya ədalət” yanğısı Vyanada
“Ermənistan insanlıq qarşısında cavab verəcək”
-
Xocalı harayı BMT-də eşidiləcək
Srebrenitsalı Ana: “Konfransda bildirəcəm ki, dünya indiyə qədər dəhşətli soyqırımını tanımayıb”
-
«Kreml erməniləri təxribata həvəsləndirir»
«Rəsmi Bakı Moskvanı xəbərdar etməlidir»
-
Ermənilər Qaralar kəndini «qaralayıb»
Sakinlər: «Mülki şəxs görən kimi atəş açırlar»
-
Düşmən uşaqları hədəf alır
Ermənilər Azərbaycan kəndini atəşə tutdular - 13 yaşlı qız yaralandı
-
Varislərin miras davası
İlham Rəhimovun Ruhiyə qayıdışı, nigahdankənar uşaqlar və milyardlarla dollarlıq varidat...
-
Böyük miras uğrunda mübarizə
İlham Rəhimovun Ruhi il barıması ilginc proseslərin başladacağı ehtimalını gücləndirir
-
«Cavabımız 5-10 misli artığlaması ilə olur»
General: «Bu dəfə ermənilərə fəlakət zərbəsi endiriləcək»
-
«Cavabımız ağır olacaq»
Ermənistan ordusu sərhəddə «Şmel» odsaçanından istifadə etdi
-
DİN-in narkotik əməliyyatı
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Tovuzda və Bakıda həbslər həyata keçirdi
-
Sərhədyanı kəndlər barədə layihə
Güzəştlər Ermənistan parlamentinə çıxarıldı, bəs Azərbaycanda?
-
Ramiz Mehdiyevə müraciət olundu
Cəbhəboyu kəndlərə xüsusi statusun verilməsi təklif edilir
-
Sərkisyanı saymırlar?
Soçi görüşündə vəd verildi 59 pozuntu var, verilməsəydi nə qədər olardı?
-
Atəşkəs 57 dəfə pozulub
Soçi görüşünün ermənilərə təsiri olmadı
-
Gün itki ilə başladı
Bir əsgərimiz şəhid oldu, digəri yaralandı
-
Erməni ordusunda başıpozuqluq
Döyüş növbətçiliyinə mülki şəxslər də cəlb edilir
İşğalçı Ermənistanın 12 iyulda başlayan, dövlət sərhədinin Tovuz istiqamətində cərəyan edən həmlələri şanlı Silahlı Qüvvələrimiz tərəfindən dəf edildikdən sonra, düşmən öz təxribatlarını başqa-başqa cəbhələrdə davam və inkişaf etdirmək istəyindədir. Ön cəbhədə itirdiyi canlı qüvvə və hərbi texnika sayını, hərbi obyektlərin dağıntısını gizlədən, daxili böhranın daha da dərinləşməsindən qaçmaq istəyən Paşinyan hökuməti, əlavə “üsul və vasitələr” arayış içindədir. Bu arayışlar Los Ancelesdə, Brüsseldə və b. yerlərdə öz “pik” nöqtəsinə çatdı, deyə bilərik.
Bu planda, diqqətinizi bir ada cəlb etmək və hadisələrin “erməni üzü”, daha doğrusu, “erməni üzsüzlüyü”nü daha dərindən görməyə dəvət edirəm:
Brüsseldəki Səfirliyimiz önündə daşla başı yarılan Xatirə Sərdarqızı Şuşadandır. O Şuşadan ki Ermənistan silahlı qüvvələri işğal edib; O Ermənistan ki özü tarixi Azərbaycan torpaqlarında qurulub; həmin o Ermənistandan terrorçu xislətli xeyli erməni Avropaya yerləşib və Brüsseldə bizim səfirliyimizə daş-kəsək ata-ata, qanunsuz çağırışlar edib; həmin vaxt orada çəkiliş aparan jurnalist Xatirə Sərdarqızına da xətər yetiriblər. Fikir verin: sən təxribatçı olacaqsan, Qarabağdan 240 km. uzaqdakı Tovuza hücum aktı həyata keçirəcəksən, hərbçilərimizi, mülki vətəndaşımızı həlak edəcəksən, mülki tikililəri dağıdacaqsan, zərbə alınca da, dünyanın dörd yanında Azərbaycana ittihamlar yağdıracaqsan! Belə bir gedişatla üz-üzəyik biz. Yəni, bizim tarixi torpağımızda qurduqları tarixdəki ilk erməni dövlətindən sonra, Dağlıq Qarabağda ikinci erməni dövləti qurmaq istəyir, üstəlik, həmin Qarabağdan uzaqdakı Tovuz rayonuna hücum edir və işğal altındakı Şuşadan didərgin saldığı qızımızın da (haqqı müdafiə etdiyi üçün) Avropanın mərkəzində vurub başını yarır... Bunlarla sülh necə mümkün olacaq?! “Demokrat libaslı” Paşinyan və havadarları müharibədən başqa bir yola şans buraxırlarmı? Açığı, emosiyasız yazmaq, danışmaq da çətindir; amma yenə də, biz, bu həyasızca gedişatı emosiyasız, səbatlı şəkildə durdurmaq zorundayıq, erməninin anladığı dildən daha ziyadə dünyanın anladığı dillə və xalq-dövlət birliyi ilə! Ermənistanın cavabı erməninin anladığı dillə Qarabağda veriləcək! Dinc yürüşlər, nümayiş və digər aksiyalar, diplomatik görüşlər məhz tərəqqipərvər dünyanın anladığı dillə sürdürülüncə daha təsirli olur. Belə olunca, biz beynəlxalq ictimaiyyətə erməni təxribatlarının iç üzünü daha çılpaqlığı ilə göstərmiş oluruq; imkan verməməliyik ki, döyüş cəbhəsində aldığı zərbənin acığını Avropada, ABŞ-da və b. ölkələrdə bizi təxribata çəkərək çıxsınlar.
Avropa kimi okeanın o tayında, respublikamızın ABŞ-ın Los-Ancelesdəki Baş konsulluğu qarşısında da erməni avantürası ilə qarşılaşmış olduq. Artıq, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer başverən toqquşma ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və nazir müavini Xələf Xələfovla görüşü keçirilib.
Nazir müavini, ermənilərin dövlət sərhədində törətdiyi hərbi təxribatın Azərbaycan Silahlı Qüvvələri tərəfindən qarşısı alındıqdan sonra, dünyanın fərqli ölkələrində, ermənilərin sıx məskunlaşdığı şəhərlərdə Azərbaycanın səfirlik və konsulluqlarına, soydaşlarımıza qarşı Ermənistandan yönləndirilən hücumlara, təxribatlara əl atıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, bütün bunlar Ermənistan militarist hakimiyyətinin öz işğalçı siyasətini gizlətmək məqsədi daşıyır. 21 iyulda Azərbaycanın Vaşinqtondakı Səfirliyinin giriş darvazasına, üzərində Azərbaycan əleyhinə yazılar olan banner bağlanıb və həmin banner erməni KİV-lərində nümayiş etdirilib. Ermənilərin daha bir təxribat və hücum əməli Los Ancelesdə baş verib, erməni radikal qrupları Azərbaycanın Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq, Azərbaycana qarşı təxribatçı şüarlarla müşayiət olunan etiraz aksiyası keçirib. Aqressiv erməni nümayişçilərin Baş Konsulluğun önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücum etdiyi və biri qadın olmaqla yeddi nəfər azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, ictimaiyyətimizə bəllidir.
Əlbəttə, (nazir müavininin də dediyi kimi) milli mənsubiyyətinə görə günahsız azərbaycanlılara erməni radikal qrupları tərəfindən polis qüvvələrinin gözü qarşısında hücum edilərək xəsarət yetirilməsi ilk növbədə ABŞ-ın öz nüfuzuna xələl gətirir. Ona görə də, Azərbaycan Respublikasının buna qəti etiraz bildirdiyi və öz qanuni vəzifələrini yerinə yetirməyənləri qınadığı bildirilib və ABŞ hökumətindən bu cinayətləri törətmiş erməni radikal birləşmələrinin məsuliyyətə cəlb edilməsi, təxribat hadisələrinə hüquqi qiymət verilməsinin tələb edildiyini diqqətə çatdırılıb.
Səfir Örl Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dərin təəssüf hissi keçirdiyini bildirib. Los Ancelesdə baş verən təxribatla bağlı danışan səfir, bunun bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutların mövcud olduğunu və dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü bildirib. Ö.Litzenberqer bunun qəbuledilməzliyini və ABŞ ərazisində baş verməməli olduğunu ifadə edib. Hadisəyə görə üzrxahlıq etdiyini bildirən səfir, məsələ ilə bağlı araşdırmaların aparılacağını, müvafiq tədbirlərin görüləcəyini qeyd edib.
Əlbəttə, başqa ölkələrdə də bənzəri hadisələr və rəsmi reaksiyalar olub. Bütün bunlara ən universal reaksiya və qiymətləndirmə olaraq, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Los-Ancelesdə və bəzi Avropa ölkələrində baş vermiş hadisələrlə bağlı həmvətənlərimizə etdiyi Müraciətə diqqəti cəlb etmək istərdim. İlk növbədə, bütün fəal vətəndaşlarımızı, özəlliklə, gənclərimizi, diaspor təmsilçilərimizi, diplomatik korpusda çalışan vətəndaşlarımızı, bir sözlə, mövzuya maraq göstərən hər kəsi bu Müraciəti diqqətlə oxumağa, öyrənməyə, yaymağa dəvət edirəm. Bu, bir tarixi Müraciətdir. “…Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır.
Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram”. Ali dövlət vəzifəsi daşıyan şəxsiyyətin Müraciəti olması etibarı ilə rəsmi dəyəri öz yerində, bununla yanaşı, Mehriban xanımın Müraciəti hadisələrindən bilgili, irəligörüşlü bir ziyalının, bir ananın, dünya miqyasında yaxşı tanınan sülhpərvər bir ictimai-siyasi və mədəniyyət xadiminin ürək sözləri kimi ayrı bir dəyərə sahibdir. Bu Müraciət, həmvətənlərimizə ünvanlansa da, hər kəs bu Müraciətdən özü üçün nəticə çıxarda bilər. Dünya birliyi ancaq birgəyaşayış qaydalarına, beynəlxalq hüquq normalarına sayğı, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa açıqlıq, multikultural dəyərlərə sadiqliklə gələcəyə gedə bilər. Yoxsa, bəşəriyyəti sonu görünməyən qaranlıq gözləyir. Məncə, hörmətli Mehriban xanımın tarixi Müraciəti dünya sülhpərvərlərinin beynəlxalq çağırışlar antologiyasına düşmək üçün yaxşı bir sənəddir. Özü də, bu Müraciət birdən birə meydana çıxmayıb, uzun illərdir, Mehriban xanımın YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti kimi tolerantlıq və bəşəri tərəqqi üçün etdikləri hər kəsə bəllidir. Heç şübhəsiz, Mehriban xanımın Müraciəti bütün bu deyilənlərlə yanaşı, bir vətənpərvərlik və səmimiyyət aktıdır. Müraciət dəqiq informasiyalar əsasında yazılıb və tərəqqipərvər insanlar əsl erməni üzsüzlüyünü bu sənəddə görə bilər. Yəni, Azərbaycanın şəffaf, dünyaya açıq, anlaşılan, səmimi siyasət tərəfdarı olduğu bu Müraciətin ruhundan da bir daha görünür.
“…Əziz qardaşlar və bacılar!
Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir.
Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır.
Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir.
…Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır.
Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm.
Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək.”
Yazımın sonunda, Mehriban xanımın Müraciətinə qoşularaq, dünyanın dörd yanında haqq səsini ucaldan, hüquq çərçivəsində etiraz aksiyaları təşkil edən soydaşlarımıza, onlara dəstək verən tərəqqipərvər, haqsevər dünya ictimaiyyəti nümayəndələrinə, o cümlədən qardaş türk diaspor qurumlarına könül dolusu təşəkkürlərimi yetirirəm. Dünən axşam, məlumat aldım ki, Praqadakı Səfirliyimiz önündə ermənilərin düzənlədiyi təxribatçı “etiraz aksiyası”na qarşı “bir millət, iki dövlət”in vahid mövqeli diaspor qurumlarının təşkil etdiyi Azərbaycana dəstək aksiyası şənliyə dönüşüb. Erməni aksiyaçıların on qatı olan soydaşlarımızın aksiyası, qardaş Türkiyənin Çexiya Böyükelçisi sayın Egemen Bağışın aksiyaya gəlişi ilə daha da coşub. Sayın Bağış və Çexiyadakı Səfirimiz Adış Məmmədovun əl-ələ verməsi Ermənistanın düşməncə hücumlarına qarşı dəstək verən həmvətənlərimizi, dostlarımızı məmnunluğa, ermənilərisə dərin üzüntüyə qərq edib. Qardaş Türkiyənin Çexiyadakı Böyükelçisi, əziz dostumuz-qardaşımız sayın Egemen Baxışa telefon açaraq, etdiyim təşəkkürləri burada bir daha təkrar edir, haqq-ədalətin tərəfdarı olan hər kəsə minnətdarlığımızı bildirirəm! Praqadakı birlik-bərabərlik tablosu düşmənə və havadarlarına ciddi ismarıcdır. Tanrı Azərbaycanımızı, Türkiyəmizi, birlik və bərabərliyimizi daha da güclü etsin!
Biz təxribat törətmirik, təxribatları da cavabsız qoymuruq!