
İnanc böhranı
Almaniyada kilsəyə gedənlərin sayı azalır
Almaniyada kilsəyə gedənlərin sayı azalır
Almaniyada tikinti işçiləri çatışmazlığı böhranı
İsveçdə ərzaq qiymətlərinin kəskin artması ilə bağlı boykot
Gənclər arasında ölümcül tendensiya artıb, ailələr narahatdır!
Antarktidadan çıxarılan nümunələri Avropada tədqiq ediləcək
Azərbaycanda təqaüdə çıxmaq yaşı bir çox qərb ölkəsindən daha aşağdır
Müsəlman qadınlar və qaradərililər xüsusilə diskriminasiyaya məruz qalırlar
Hər gün onlarla qayıq İspaniya və İtaliya sahillərinə yan alır
Ölkə ictimaiyyətinin tanınmış simaları yenə Qarabağa toplaşmışdı
Soyqırımı ilə bağlı müddəa müqaviləyə daxil edilməlidir
Abuzər Manafzadə “Xocalıya” əsərini Avropa, Amerika və Asiyada 200-dən çox konsertdə ifa edib
(Soyqırımı törədən iki xalqın – almanlarla ermənilərin əsas fərqi barədə)
Erməni terorçularının Xocalıda öldürdükləri qadın 33 il sonra Bakıda hakim kimi qarşılarına çıxdı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Xocalının qarları hələ də qırmızıdır
Xocalı soyqırımının tanınması üçün neçə il lazımdır?
“Xocalı soyqırımında öz əzizlərini itirmiş Azərbaycan anaları və qadınları faciənin tanınması məsələsində birləşməli, həqiqətə və ədalətə nail olmalıdırlar”.
Bu sözləri jurnalistlərə “Srebrenitsa Anaları” Hərəkatının prezidenti Munira Subaşiç bildirib.
“Biz problemimiz haqqında bütün instansiyalarda danışırdıq. Bu gün səsimizi bütün instansiyalarda eşitdilər - Haaqa tribunalında, bütün beynəlxalq məhkəmələrdə. Biz susmuruq, hər yerdə Srebrenitsa soyqırımı haqqında danışırıq”, - deyə M.Subaşiç bildirib.
O, vurğulayıb ki, faciənin gedişatında 10,6 mindən çox insan həlak olub, onların 500-dən çoxu qadınlar və uşaqlardır.
Təşkilat prezidentinin sözlərinə görə, onun özü faciənin gedişatında yaxınlarını - ərini, oğlunu, qaynını, üç qardaşını, iki bacısını, bütövlükdə 22 qohumunu itirib.
“Bu gün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və biz Azərbaycan qaçqınlarına rast gəlirik, biz Xocalını faciəmizlə müqayisə etdik. Həmin faciə, həmin ağrı, həmin cinayət. Yeganə fərq ondadır ki, biz faciəmizi sübut etməyə nail olduq, bütün dünya qəbul etdi ki, soyqırım törədilib”, - deyə təşkilatın başçısı vurğulayıb.
O, Xocalıda doğmalarını itirmiş anaları və qadınları susmamağa, özlərində güc tapmağa və həqiqətə şahidlik etməyə çağırıb.
“Martın 9-da BMT-nin Srebrenitsa soyqırımına həsr edilmiş konfransında iştirak edəcəyəm. Konfransın gedişatında mütləq bildirəcəm ki, Azərbaycana baş çəkdim, Xocalı faciəsi ilə yaxından tanış oldum, və göstərəcəm ki, dünya Xocalı soyqırımını indiyə qədər tanımayıb”, - deyə M.Subaşiç qeyd edib.
O, Xocalı soyqırımının tanınması üçün analara və qadınlara qeyri-hökumət təşkilatları yaratmağa kömək etməyi məsləhət görüb.
Qeyd edək ki, “Srebrenitsa Anaları” Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin və Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə Azərbaycana gəliblər.