vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
15:54 | 15 fevral 2019 | Cümə Məqaləyə 1693 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sülhə məcbur etmək lazımdır”

Bu il Qarabağda hərbi əməliyyatlar gözlənilirmi?

Nicat İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlərdə Qarabağ probleminin gələcəyi ilə bağlı ekspertlərin mülahizələri olduqca çoxalıb. Ən son erməni politoloq Aris Qazinyan erməni KİV-nə verdiyi açıqlamada bildirib ki, Qarabağ probleminin siyasi həlli qısa zamanda baş tutmazsa biz yaz aylarında yeni hərbi toqquşmaların şahidi ola bilərik.

Qeyd edək ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev də Real TV-yə verdiyi müsahibədə 2019-cu idə Qarabağ pobleminin həlli perspektivlərindən danışarkən aprel döyüşlərini xüsusi olaraq vurğulayıb və bu fonda hazırkı danışıqların önəmli olmasına diqqət çəkib.

Mövzuyla bağlı hərbi ekspertlər - Qarabağ qazisi polkovnik Şair Ramaldanov və Qarabağ qazisi polkovnik Üzeyir Cəfərov öz fikirlərini bölüşüblər.

 

Ş. Ramaldanov: “Ermənistanı sülhə məcbur etmək lazımdır”

 

Şaiq Ramaldanovun sözlərinə görə bu gün Azərbaycan ordusu tam döyüş hazırlığındadır və Ali Baş komandanın əmrini gözləyir. Ordunun maddi-texniki təchizatı yüksək səviyyədədir. Eyni zamanda aprel döyüşlərindən bu yana ordudakı əhval-ruhiyyə daha da yüksəlib. Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusundan biridir və bütün bu uğurlarda ali baş komandanın xüsusi rolu var.

Ş. Ramaldanov həmçinin qeyd edib ki, 2018-ci il bütövlükdə Ermənistan dövləti və ordusu üçün gərgin və çətin bir il oldu. Xüsusən, ilin sonlarında ölkədə baş verən dəyişikliklər erməni ordusuna da öz təsirini göstərdi. Erməni ordusunda ciddi nizam-intizam problemi və ruh düşkünlüyü mövcuddur. Belə bir şəraitdə Ermənistanda yeni formalaşmış hökumət Dağlıq Qarabağ probleminin həlli üçün addımlar atmağın yerinə qeyri-konstruktiv mövqe tutaraq məntiqsiz bəyanatlar verib. Təbii ki, bu siyasət ermənilərin özləri üçün ciddi problemlər yarada bilər.

Dağlıq Qarabağ probleminin siyasi-diplomatik həlli barədə fikir bildirən polkovnik Ramaldanov deyib ki, problemin diplomatik həlli o zaman mümkün ola bilərdi ki, Ermənistan müstəqil bir dövlət olsun və öz milli maraqlarını və iradəsini əks etdirən siyasət yeridə bilsin. Lakin təəssüf ki, bu ölkə tamamilə xarici qüvvələrdən asılı vəziyyətdədir. Bu asılılıq həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə özünü biruzə verir. Belə bir şəraitdə problemin siyasi həlli necə mümkün ola bilər?

Ş. Ramaldanovun sözlərinə görə, Dağlıq Qarabağ probleminin yeganə həlli Azərbaycanın hərbi və iqtisadi gücündən asılıdır. Azərbaycan nə qədər güclü olarsa qarşı tərəf bir o qədər onunla razılığa gəlməyə çalışar. Azərbaycan gücünü daha da artırmalı və düşməni, o cümlədən onun havadarlarını sülhə məcbur etməlidir. Əlbəttə, bu fonda istənilən addımların atılması, o cümlədən hərbi əməliyyatların həyata keçirilməsi istisna edilmir və bunu dəfələrlə öz çıxışlarında cənab ali baş komandan bəyan edib.

 

Ü. Cəfərov: “Apreldə Rusiya bizə xəyanət etdi”

 

Digər müsahibimiz polkovnik Üzeyir Cəfərov da Dağlıq Qarabağ probleminin siyasi həllinin mümkün olmadığını vurğulayıb. Onun sözlərinə görə problemlə bağlı danışıqlarda Rusiya, ABŞ və Fransa kimi dövlətlərin iştirakı razılıq əldə etməyə və sülhə mane olur. Minsk qrupu həmsədri olan bu ölkələr son 25 ildə problemin həlli üçün heç bir real addım atmayıblar və onlar bütövlükdə problemin həllində maraqlı deyillər. Minsk qrupunun həmsədri - Rusiya illərdir işğalçı dövlətə bir dəfə belə olsun torpaqların azad edilməsilə bağlı rəsmi çağırış etməyib. Həmçinin, onun silahlandırılmasını təmin edib. Beləliklə, Rusiya Qarabağ problemindən siyasi manipulyasiya vasitəsi kimi istifadə edir. Ona görə də problemin bu şəraitdə siyasi və diplomatik həlli mümkün görünmür.

Ü. Cəfərov həmçinin qeyd edib ki, Azərbaycan güclü orduya malikdir və bu məsələdə qərarı özü verməlidir. Aprel döyüşlərində biz ordumuzun gücünü müşahidə etdik. Və qeyd edilməlidir ki, bu zaman Azərbaycan ordusu hücum deyil, özünümüdafiə əməliyyatı həyata keçirərək düşmən təxribatının qarşısını almışdı. Aprel döyüşlərində ordumuz əks-hücuma hazır idi, lakin yenə Rusiyanın xəyanətilə üzləşdik. O zaman Bakıda İlham Əliyevlə görüşən Sergey Lavrov bizi inandırmağa çalışırdı ki, Azərbaycan döyüşü dayandırsa o danışıqlarda ermənilərin güzəştə getməsini təmin edəcək. Lakin bu baş tutmadı. Hələ də biz Rusiyanın və Fransanın Qarabağ problemində tərəfli yanaşmasının şahidi oluruq. Ötən gün rus mətbuatı 4 hərbi qırıcının Ermənistana satılması xəbərini yayımladı. Hələ 12 qırıcının da satılması gündəmdədir. Bu Azərbaycana qarşı atılan addımdır, o qırıcılar döyüş zamanı bizim əsgərlərimizə atəş açacaq.

Həmçinin, podpolkovnik Cəfərov Azərbaycan Xarici İşlər nazirini tənqid edərək bildirib ki, Xarici işlər naziri tez-tez ermənilərə “vaxt verildiyi”ni qeyd edir. Cənab nazirdən soruşmaq lazımdır ki, məgər ermənilər Azərbaycan ərazilərini işğal etdikləri zaman bizə vaxt vermişdilər?

Sonda 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində atıla biləcək addımları dəyərləndirən Ü. Cəfərov qeyd edib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirəcəyi halda Azərbaycan susmayacaq və real addımlar atacaq. Ona görə də lokal və ya genişmiqyaslı hərbi əməliyyatların baş verməsi mümkündür.