Erməni kəşfiyyatçısı ələ keçdi
Mülki geyimdə olan diversantı kənd camaatı tutub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hərbçimizi cərəyan vurub
Hərbi Prokurorluqda cinayət işi açılıb
-
İki hərbçimiz vəfat etdi
Hərbu qulluqçular ağır xəstəlikdən əziyyət çəkirdi
-
Müdafiə Nazirliyində yarpaq tökümü
Daha bir sabiq idarə rəisi həbs edilib
-
İdarə rəisi barədə 4 aylıq həbs qətimkan tədbiri
Polkovnik Qurbanov mənimsəmədə ittiham olunur
-
Tutulan şəxslərin sayı arta bilər
“Bu gün DTX ordudakı fırıldaqları ifşa etməklə Azərbaycan xalqına yeni töhfə vermiş oldu”
-
MN-də iri maliyyə dələduzluğu
4 yüksək rütbəli zabit həbs edildi
-
16 iş yenidən istintaqa qaytarıldı
“Tərtər işi” üzrə 281 zərərçəkmiş müəyyən edildi, 4 nəfər həbs olundu
-
Tovuz, Los Anceles, Brüssel, Praqa…
Biz təxribat törətmirik, təxribatları da cavabsız qoymuruq!
-
4 min ver, gizir ol
Yaxud generalların pul oyunu
-
Bakı müharibə hazırlıqları içində
General-polkovnik nazirimizin səfərində iki hədəf
-
«Albert Aqarunov İsraillə Azərbaycanın dostluq rəmzlərindən biridir»
Zakir Həsənov İsraildə Azərbaycanın Milli Qəhrəmanının ailəsi ilə görüşdü
-
Azərbaycan müdafiə naziri İsrailə getdi
General-polkovnik Zakir Həsənov ilkə imza atdı
-
«Böyük perspektivlər var...»
General Zakir Həsənov Moskvada jurnalistlərə danışdı
-
«Kreml erməniləri təxribata həvəsləndirir»
«Rəsmi Bakı Moskvanı xəbərdar etməlidir»
-
Ermənilər Qaralar kəndini «qaralayıb»
Sakinlər: «Mülki şəxs görən kimi atəş açırlar»
-
Düşmən uşaqları hədəf alır
Ermənilər Azərbaycan kəndini atəşə tutdular - 13 yaşlı qız yaralandı
Bu gün Tovuz rayonu istiqamətindən Azərbaycan sərhədini keçərkən yaxalanan erməninin 65 yox, 77 yaşı var və o, psixi xəstədir. Virtualaz.org xəbər verir ki, News.am saytı Mamikon Xocayanın Ermənistanın Tavuş rayonunun Verin Karmiraxpur kəndinin sakini olduğunu bildirir. Kəndin başçısı Kamo Çobanyan deyib ki, 77 yaşlı Mamikon psixi xəstədir və dispanserdə qeydiyyatdadır.
«Günorta saatlarında kəndlilər onu əlində vedrə gedərkən görüblər. Soruşublar ki, hara gedirsən, cavab verib ki, gedirəm üzüm yığmağa. Qışın ortasında nə üzüm? Kənddən üzüm bağına qədər 8 kilometr yoldur. O, yola çıxıb və təsadüfən sərhədi keçib» - deyə Çobanyan bildirib.
Kənd başçısı deyib ki, Azərbaycan KİV-lərində Mamukonun fotolarını görüb və onu tanıyıb.
Virtualaz.org saytının müxbiri Tovuz rayonunun Ermənistanla sərhəd Ağdam kəndinin (Əlibəyli kəndi ilə qonşudur) sakinlərindən öyrənə bilib ki, Mamuko Xocayan hərbçilər tərəfindən Bakıya aparılıb.
Kənddən bildiriblər ki, sərhədi keçən erməninin necə tutulduğunu və onun silahlı olub-olmadığını öz gözləri ilə görməsələr də qonşu kəndin sakinlərindən eşidiblər ki, o, həqiqətən silahlı olub.
***
19:45
Ermənilərin kəşfiyyat-diversiya qrupunun bələdçisi Azərbaycan əsgərləri tərəfindən ələ keçirilib. Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytı məlumat verib.
Müdafiə Nazirliyi bildirir ki, bu gün saat 15:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.
Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.
***
18:27
Bu gün Tovuzun Əlibəyli kəndində tutulan
Ermənistan vətəndaşının şəklini təqdim edirik.
Saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika
Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq
hərbçilərə təhvil verilib.
***
18:06
Qoşunların təmas xəttini keçərkən saxlanılan erməninin adı məlum olub.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov APA-ya bildirib ki, bu gün saat 16 radələrində təxminin 65 yaşında olan mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilib.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov isə APA-ya açıqlamasında bildirib ki, Ermənistan vətəndaşı çayı keçərkən saxlanılıb: «Saat 16 radələrində Tovuz rayonunun Əlibəyli kəndində çayı keçərkən kənd sakinləri tərəfindən saxlanılan şəxs hərbçilərə təhvil verilib».
Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Tovuz rayonunda ələ keçirilən şəxsin erməni diversiya qrupunun üzvü olduğu deyilib. O da bildirilib ki, həmin şəxs tutularkən silahlı olub.
***
17:07
Ermənistan istiqamətindən Tovuz rayonunun ərazisində silahlı diversiya qrupunun üzvü olan erməni saxlanılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həmin şəxs bir neçə saat bundan əvvəl saxlanılıb. Nazirlikdən bununla bağlı əlavə məlumatlar veriləcək.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, təxminən 50 yaşlarında olan olan şəxs kənd sakinlərinin müdaxiləsi ilə tutulub. Ərazidəki hərbçilər həmin şəxsi götürüb aparıblar.
Qeyd edək ki, son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşib. Təkcə ötən gecə cəbhə xəttində atəş 196 dəfə pozulub. Azərbaycan Ordusunun kapitanı Cəfərov Elnur Cəfər oğlu və leytenantı Əzizov Səbuhi Rüstəm oğlu şəhid olublar.