vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
01:27 | 3 fevral 2014 | Bazar ertəsi Məqaləyə 2113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər bu oyunu elə belə qurmayıblar

«Mamikonun gözünün altındakı «fanar»ın işığında bir az da özümüzə, öz ideologiyamıza baxaq»

ANS TV

MÖVZU İLƏ ƏLAQƏLİ

İki oxşar hadisə və onlara fərqli baxış barədə danışmaq istəyirəm. Bir neçə gün əvvəl erməni diversiya qrupunun üzvlərinin müqavimət göstərərkən öz yaralı bələdçilərini qoyub qaçdıqları barədə Müdafiə Nazirliyinin məlumatı yayıldı. Xəbərdə bildirilirdi ki, Mamikon Tiqranoviç Xocayan adlı bu bələdçi silahlı olub, müqavimət göstərərkən qolundan yaralanıb. Əvvəl telefonla çəkilmiş təsvirləri yayıldı. Orda onun ətrafında sadə adamlar görünürdü. Elə belə də danışırdılar ki, qoca ermənini yerli sakinlər ələ keçirib.

Müdafiə Nazirliyinin redaktəsindən sonra bəlli oldu ki, onu hərbçilər yaxalayıb və təhlükəli birisidir. Sonra ANS ondan hospitalda müsahibə aldı. Mamikon sanki sayıqlayırdı. Araq çəkməyindən, yıxılıb qolunu əzməyindən, çoxlu maşına malik olmağından qırıq-qırıq və rabitəsiz şəkildə bəhs edirdi. Həkimlər isə dedilər ki, hospitalda qolundakı gülləni çıxaracaqlar. Türk demişkən həpsi bu. 

Amma heç də hamısı olmadı. Müharibə təcrübəsinə malik bir adam kimi ürəyimə dammışdı ki, bunun davamı olacaq və ermənilər bu oyunu elə belə qurmayıblar. Bir neçə gün cəbhədə ağır atışma baş vermişdi. İki zabitimizin şəhid olmasını və təntənəli dəfninin biz göstərmişdik, iki erməni zabitinin həlak olması faktını və dəfninin təntənəsini ermənilər göstərdi. Hamımız anlayırdıq ki, bu informasiya müharibəsidir və təbii ki, ardınca hansısa hadisə baş verəcək. Və baş verdi:

Ermənilər Azərbaycanın boş yer buraxacağına əmin olaraq bəlkə də planlaşdırılmış şəkildə bizim tərəfə bir qoca göndərirlər. Biz isə onu tuturuq, gözünün altına «fanar» qoyuruq, 76 yaşlı qocanı elə gündə təqdim edirik ki, o hətta bələdçi olsa belə bələdçidən başqa nəyə və kimə desən oxşayır. Onun simasında Azərbaycan ideologiyasını sosial şəbəkələrdə əməlli-başlı lağa qoyurlar. Bununla da Ermənistan həmişəki xəttini davam etdirir, Azərbaycanın ermənilərə qarşı dözümsüz olduğunu faktlarla sübut edir. Və bu da hələ hamısı deyil. Qısa bir vaxtdan sonra onlar Azərbaycanda bəlkə də elə bu gün üçün himayələrində saxladıqları bütöv bir azərbaycanlı ailəsini işə salırlar. Onlara pənah gətirmiş azərbaycanlı ailəsini böyük nəvazişlə qarşılayırlar və Ermənistanın humanist bir dövlət əxlaqına malik olduğunu özlərinə məxsus şəkildə sübut edirlər. Bu da belə. 
Belə çıxır ki, dünya bizim başımızın üstündən fırlanır. Niyə axı yenə də köhnə texnologiyaların əlində qalaq. Axı bu qocanı başqa cür də təqdim etmək olardı. Məsələn, lap elə tutaq ki, o bələdçidir, onun bələdçiliyi mənim nəyimə lazımdır. Bəlkə onu bələdçi kimi yox, elə adi bir qoca kimi təqdim etmək, ona bir hədiyyə bağışlamaq, kamalı ədəblə «Qırmızı Xaç»a təqdim etmək, onu geyindirib, keçindirib yola salmaqla biz daha çox udardıq. Ən azı ermənilər görərdi ki, biz doğrudan da onların bələdçilərinə yaxşı bələdik. Bir də ki, bu atalar sözünü Azərbaycanda deyiblər axı. “Erməniyə dayı de, işin keçincə”.

Qayıdıram Mamikonun gözünün altındakı «fanar»a. Bu «fanar»ın işığında bir az da özümüzə, öz ideologiyamıza baxaq.