
Ukraynada böyük təxribat
Diversantlar ən böyük silah-sursat anbarını partlatdı
Diversantlar ən böyük silah-sursat anbarını partlatdı
Ekspert: «Ermənilər əsirin xəstə olduğunu etiraf etmişdilər»
Karen Petrosyan infarktdan keçinib
... Yoxsa öldürüldü?
Ələ keçən diversantlar Rusiyada sirr qoymadı
Şahin Sayılov: «Hər şey erməni tərəfinindən aslıdır»
«Mamikonun gözünün altındakı «fanar»ın işığında özümüzə, öz ideologiyamıza baxaq»
Mülki geyimdə olan diversantı kənd camaatı tutub
Mülki geyimdə olan diversantı kənd camaatı tutub
Mülki geyimdə olan diversantı kənd camaatı tutub
Azərbaycan silahlı qüvvələrinin əsgərləri tərəfindən Tovuzun Əlibəyli kəndində əsir götürülən Ermənistan diversiya qrupunun üzvü Mamikon Xocayanın ailəsi haqda yeni təfərrüatlar üzə çıxıb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Mamikonun yaşadığı Tavuş rayonunun Verin Karmir kəndinin başçısı Kamo Çobanyan yayıb. Onun sözlərinə görə, Mamikonun həyat yoldaşı 55, oğlu isə 35 yaşında ölüb. Onun iki nəvəsi isə Rusiyada avtomobil qəzasında həlak olub, bir nəvəsi də xəstəlikdən ölüb.
Kamo Çobanyan bildirib ki, Mamikonun oğlu onu yaşadığı Rusiyanın Lipeçsk şəhərinə aparıb. Ancaq Mamikon oğlunun evindən qaçaraq Moskvaya gedib. Kənd başçısı əlavə edib ki, Mamikon son beş ildə fiziki əməklə məşğul olmayıb, yəni o, əsir düşən zaman üzüm yığmağa getməyib.
Xatırladaq ki, bir neçə gün öncə isə Kamo Çobanyan erməni mediasına müsahibə vermişdi ki, Mamikon əlində vedrə üzüm yığmağa gedib. İndi isə onun əvvəl dediyi sözləri inkar etməsi heç də təsadüfi deyil. Sadəcə, kənd başçısı əvvəl dediklərini inkar etməklə, Mamikonun başdan xarab olmasını dünya mediasına sırımaq istəyir. O ki, qaldı, Mamikonun Rusiyada yaşadığı oğlunun yanından qaçmasına, bunun fonunda yəqin Ermənistan gizli kəşfiyyatının əl izləri var. Fakt isə faktlığında qalır, erməni əsir televiziya ilə müsahibəsində erməni kəşfiyyatına işlədiyini bildirir.
Qeyd edək ki, Mamikonun üç oğlu, üç qızı var. O, kənddə oğullarından birinin ailəsi ilə yaşayır.