vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ŞƏXSİYYƏT  
19:43 | 28 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 8992 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şirvanşah «mən sənin qulunam» deməyib»

I İbrahim Əmir Teymurun qəlbinə necə yol tapıb?

Zaur ƏLİYEV,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan tarixinə «calaq» edilən o qədər uydurma faktlar var ki, onu araşdırmaq və üzə çıxartmaq çox önəmlidir. Belə uydurma əhvalatlardan biridə Şirvanşah I İbrahiml Xəlilullahla Əmir Teymurun görüşü barədədir. Bizim tarixçilər bu görüş barədə Şərafəddin Əl Yəzdin «Zəfərnamə» əsərinə istinad edirlər. Əsərdə yazılır ki, 1381-ci ildə Şirvana hücum edərkən Şirvanşah Şeyx İbrahimxəlil sərkərdə Teymurun qabağına 40 dəvə yükü ənamla və 39 qulla çıxdı. Şeyx İbrahimdən soruşdu: «Qulun biri hanı?» Şirvanşah Şeyx İbrahimxəlil ona baş əyərək dedi: «Şahım, məmləkətim və rəiyyətim qul olunca mənim qul olmağım daha əfzəldir».

Bu faktı əlbəttə yazan Əmir Teymurun yanında olan bir əlyazmaçı yazırdı və o Əmir Teymurun güclü və hökmlü olmasını yazmağa məcbur idi. Əslində Şirvan kimi böyük bir imperiyaya başçılıq edən I İbrahim əsla özünü qul kimi qələmə verməzdi. Bu hadisəni yozan bizim tarixçilər Şirvanşahın kiminsə qabağında «qul olmasını» önə çəkərək dövlətçilik tariximizə ləkə salmağa cəhd edirlər. Əslində hadisə belə olub. Teymur Toxtamışa qarşı çoxtərəfli strateji müharibə aparırdı. Onun Qərbdə, xüsusi ilə İldırım Bəyazidə qarşı apardığı müharibəsində Şirvan xüsusi ilə vacib idi. Olduqca vacib strateji məntəqə olan Dərbənd keçidinə nəzarət edən Şirvanşahlar Teymur üçün əvəzedilməz müttəfiq idi. Teymur Yaxın Şərqdə apardığı müharibələri zamanı Toxtamışın ona arxadan zərbə endirməsi ehtimalı olduqca yüksək idi. Eyni zamanda Teymur Qızıl Ordaya Xəzər dənizinin şərq tərəfindən yürüş edərkən Toxtamış Dərbənd keçidi vasitəsi ilə onun Azərbaycandakı və İrandakı mülklərinə zərbə endirə bilərdi, necəki Təbrizi tutaraq etdi də. Buna görə xüsusi amansızlığı ilə tanınan Teymur Şirvana basqından çəkinirdi. Çünki zəif Şirvan Toxtamışın Dərbənd keçidinə nəzarət etmək niyyətinə qarşı çıxa bilməzdi. Teymurla I İbrahimin ittifaqı bununla bağlı idi. Toxtamışın 90-minlik ordusu isə Teymur üçün təhlükə idi. Bu təhlükənin qarşısını almaq üçün Şirvanşah ona od və su kimi lazımlı idi.

Ona görə Əmir Teymur Bərdədə olanda Şirvanşahla görüşmək üçün ona dəvət göndərir. Şirvanşahın baş vəziri Əbu Yezid buna qarşı çıxaraq I İbrahimə bir müddət dağlara çəkilməyi məsləhət görürsə də, o bunu qəbul etmir və Kür çayı sahillərində Teymurun Bərdə yaxınlığındakı qərargahında onun görüşünə gedir.

Mənbələrin verdiyi məlumatlara görə I İbrahim Teymurun adına xütbə oxutdurur və pul kəsdirdikdən sonra qiymətli hədiyyələrlə Bərdəyə gəlir. Müasirləri yazırdı ki, Şirvanşah monqol ənənəsinə görə «tokkuz» - doqquz qiymətli hədiyyə gətirir. BU hədiyyələr içərisində İbrahim, Nizami Gəncəvin «7 gözəl» timsalında yeddi dünya gözəli aparıbmış. Əmir Teymurun hədiyyələr qoyulan çadırda, yeddi rəng tül altında dayanmış gözəllərə valeh olub və elə buna görə də İbrahimdən xoşu gəlib.

Şirvanşah I İbrahim Teymurla müttəfiqlikdən istifadə edərək gizli şəkildə Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yeridirdi. O, Teymurun hakimiyyətindən öz məqsədləri üçün istifadə etdi. Birincisi, O, Teymurla Toxtamış arasındakı ədavətdən istifadə edərək, Şirvanı düşmən hücumlarından qurtardı. Şirvan daxilən müstəqil qaldı. Şirvanşah I İbrahim öz təsirini Qarabağ, Şəki, Dərbənd və Qəbələyə yaymağa nail oldu. İkincisi, Teymur İbrahimi Dərbənddən Kür çayının sahillərinə qədər Şirvan vilayətinin hakimi təyin etdi.

Şirvanşah I İbrahim əsla Teymura mən sənin qulunam deməyib. Çünki Teymura O lazım idi və Teymura Şirvana hücum etmək sərf etməz idi.