«Ağlınız Misir Mərdanova getməsin...»
«Saxta geyimlər hava buraxmır, uşaqları tərlədir, tez tiftiklənir, bir dəfə yuyulandan sonra qollarındakı ətəyindəki rezin manjetlər boşalır»
Şahanə RƏHİMLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Nə vaxtsa qarşılaşacağıq”
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
-
Əzazil nazirin rəzil sonu
Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb...
-
Fazil Məmmədovun əmlakları əlindən alınmağa başlandı
Sabiq nazirin vəzifədə olarkən yağmaladığı mal-mülkü geri alınır, ata yurdundakı 100 hektar torpağına əl qoyuldu
-
Təəccüblü deyil, məntiqlidir
Fazil Məmmədov niyə Mikayıl Cabbarovla əvəzləndi?
-
Fazil Məmmədovun vurulması ilə bağlı 4 milyardlıq oğurluq iddiası
Böyük məbləğdə vəsaitin gizli şəkildə ofşorlara çıxarılmasında Xaləddin İsgəndərovun da adı hallanır
-
Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı?
«Onun imza atdığı islahatlar Azərbaycan təhsilinin simasını deyişdi»
-
Antisanitariya, çirkab...
Bakının ən ucuz, ən qarmaqarışıq və... ən qalmaqallı bazarında güzəran...
-
Şagirdi fəhləyə oxşadan formalar
Vahid məktəbli geyimdə Azərbaycanın dövlət rəmzlərinin yerinə istehsalçının emblemi olması gülüncdür
Yeni dərs ilinin başlanmasına sayılı günlər qalsa da saxta məktəbli geyimləri ilə bağlı problemlər hələ də öz həllini tapmayıb. Keyfiyyətsiz parçalardan zirzəmilərdə hazırlanan məktəbli geyimlərini bir çox bazarlardan tapmaq olar. Bununla bağlı əlaqədar qurumlar xəbərdarlıq etsələr də, hələ də valideynlərin gigiyenik sertifikatı olmayan bu formaları tapacaqları məkanları mövcuddur.
Belə məkanlardan biri də paytaxtın «vosmoy bazarı» kimi tanınan «8-ci km bazarı»dır. Bazarın istənilən yerində asanlıqla saxta məktəbli formalarını əldə etmək olur.
AzVision.az-ın əməkdaşlarının adıçəkilən bazarda apardıqları müşahidələr vəziyyətin ürəkaçan olmadığını göstərir.
«Vosmoy bazarı» kənardan səliqəsiz və antisanitar görünsə də burada qiymətlər bir qədər ucuzdur. Yəni, «su qiymətinə» olmasa da başqa bazarlarla müqayisə də «Vosmoy bazarı» kasıb təbəqəni qane edir. Bu baxımdan imkansız paytaxt sakinləri alış-veriş etmək üçün yolunu tez-tez buradan salmalı olur.
Amma bir şeyi vurğulamaq lazımdır ki, «Vosmoy bazarı»nda satışa çıxarılan məktəbli geyimləri əsasən Çin istehsalı və paytaxt zirzəmilərdə qeyri-qanuni yolla hazırlanan mallardır.
Burada satıcılar satdıqları malın saxta olduğunu gizlətmir, valideynlər soruşarkən müqayisəli şəkildə göstərirlər.
Elə mənimlə də belə oldu. Bazara daxil olub, məktəbli formalarının keyfiyyəti və qiymətləri ilə maraqlandım. İlk yaxınlaşdığım satıcı məktəbli geyimlərinin orijinal olduğunu dedi. Hətta ürəklənib formanı almam üçün astarın içindəki Bakı Tikiş Evinin (BTE) emblemini göstərdi. Qiymətinin isə siniflərə görə dəyişdiyini dedi.
Ənənəvi alıcılar kimi mən də mızıldana-mızıldan oradan ayrılıb digər satıcıya yaxınlaşdım.
Formaların orijinal olub-olmamasını soruşarkən satıcı bildirdi ki, məktəblilər üçün 3 formada geyim var.
«Bizdə orijinal, sex malı, bir də Çin malı adlandırdığımız məktəbli geyimləri var.
Bunu biz gizlətmirik. Valideynlər soruşanda da açıq-açığına deyirik. Hansını istəyirsən seç. Gəlin sizə hər üçünü göstərim, özünüz də aralarındakı fərqi görün. Məsələn, orijinal məktəbli geyiminin qolundakı «manjet» möhkəm olur, boşalmır, parça hava keçirir. Ancaq sexdə tikilən və ya «çin malı» adlandırdıqlarımızda parça hava keçirmir, uşaqları tez tərlədir, qolları bir dəfə suya salınandan sonra boşalır. Hətta sex malı ilə orijinal mallardakı emblemlər də fərqlənir. Sex malındakı emblemlərə əlini vurarkən sən hiss edirsən, ancaq orijinal mallarda o qədər yumşaq olur ki, hiss etmirsən. Hər 3 formaya ayrı-ayrılıqda tələbat var. Çünki saxta malların qiyməti orijinaldan bir qədər ucuzdur, aralarındakı qiymət fərqi 10-15 manatdır. Təbii ki, hər bir valideyn də istəyir bir neçə manat qabağa düşsün».
Satıcı təhsil naziri Mikayıl Cabbarovun bu barədə göstərişini də diqqətə çatdırıb:
«Ağlınız əvvəlki nazirə getməsin (satıcı sabiq təhsil naziri Misir Mərdanovu nəzərdə tutur-red) , Mikayıl müəllim göstəriş verib ki, «BTE»nin geyimləri olmasa məktəbliləri dərslərə buraxmayacaqlar. Bununla saxta geyimlərə qarşı mübarizə aparırlar. Amma kəndlərdə elə məktəblər də var ki, orada yoxlama aparılmır deyə valideynlər materialın saxta və ya orijinal olmasına o qədər də əhəmiyyət vermirlər. Biz nə edə bilərik ki, seçim onlarındır»- deyir satıcı.
Amma digər piştaxtadakı satıcı ilə söhbətimdən sonra bazarda orijinal malın olmasına ümumiyyətlə, tərəddüd etdim.
Çünki digər satıcı bildirdi ki, bazarda orijinal mal deyilən şey yoxdur.
«Bütün geyimlərimiz saxtadır. Kimsə deyirsə həm saxta, həm də orijinal məktəbli forması var, bilin ki, yalan danışır. Əsil orijinal paltarları BTE-dən gedib ala bilərsiniz. Çünki buradakı satıcılar saxta malları orijinal mal adı ilə satırlar. Biz isə gizlətmirik. Məsələn, bizdə həm sexdə hazırlanmış formalar var, onların astarına da emblem vurublar. Həm də emblemsiz Türkiyədən gətirilmiş parçalardan tikilən formalarımız da var. Sex malı ilə bu birisinin fərqi ondadır ki, sex malı tez tiftiklənir. Qiymətlər arasındakı 10-15 manatlıq fərqi də buna görə qoymuşuq».
Onu da deyim ki, elə satıcılar da var idi ki, köşklərində saxta malın olmasını müştərilərinin orijinal malla saxta malı fərqləndirmələri üçün qoyduqlarını da dedilər.
Bildirdilər ki, saxta mal satmağa ürək etmirlər, çünki əllərində tutsalar cərimə oluna bilərlər.
Bazardakı məktəbli ləvazimatlarının ucuz olmasına görə, buradan bazarlıq edən valideynlər də mənim kimi çaş-baş qaldıqlarını, hansı satıcıya inanmalı olduqlarını bilmirdilər.