

Bin Ladendən sonra dünyanın yaşadığı ikinci tarixi an
Türkiyə kəşfiyyatı Suriyada uğurlu əməliyyata imza atdı
Terrorçubaşı sərhəd üçbucağında gizlənir
Şərqi Türküstan ABŞ-Çin savaşında yeni toqquşma mərkəzinə çevrilir
Ərdoğan mitinqdə Suriyada danışdı
Analitiklər: “Terrorçuların ideologiyası hələ də Suriyada mövcuddur”
Trampdan Avropaya gözlənilməz çağırış
Rusiya və Çinin müştərək narahatçılığı - Tacikistan
ABŞ əsas silahını Çinə qarşı işə salır
Tramp: “6 ay əvvəl açıq-aşkar bildirmişdim”
Terrorçular indi də Mərkəzi Asiyada “xilafət” yaratmaq istəyirlər
İŞİD olay zamanı terror törətdi; ölənlər var
Avropa terrorçuların varidatının harada olmasını araşdırır
ABŞ İŞİD liderinin ovuna davam edir
İraq hökuməti məhkumları İŞİD-lə əlaqədə günahlandırır
Azərbaycan sərhədlərində müharibə başlayır
İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının «paytaxt» elan etdiyi Raqqanın kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri tərəfindən azad edilməsindən sonra qəddar cihadçıların yüzlərlə ailə üzvləri ölkənin şimalındakı Ayn İsa düşərgəsinə sığınıb. Virtualaz.org xəbər verir ki, mülki kürdlərin nəzarət etdiyi düşərgədə saxlanılanlar arasında azərbaycanlı qadın və uşaqlar da var.
Onlardan biri Dilbər Məmmədova başına gələnləri danışıb, atası tərəfindən zorla Suriyaya aparıldıqlarını deyib. Hazırda 18 yaşı olan Dilbər Məmmədova deyib ki, atası İŞİD üzvü olub. Onlar Türkiyə üzərindən Suriyaya keçiblər. «Türkiyəyə aid ambulansla sərhədi keçdik, keçərkən nə sərhəd xətti, nə əsgər görmədik», - o deyib.
Dilbər danışıb ki, atası onun bilmədiyi səbəblərdən İŞİD tərəfindən edam olunub. Terror təşkilatının əsarətində olarkən İŞİD o vaxt yetkinlik yaşına çatmayan Dilbəri terrorçulardan biri ilə zorla evləndirib. Həmin terrorçu döyüşlərdən birində öldürüləndən sonra bu dəfə azərbaycanlı qızı başqa İŞİD-çiyə zorla ərə verilib.
D.Məmmədova danışır ki, Raqqada saxlanıldığı evdə tez-tez zorakılığa məruz qalıb, bir neçə dəfə evdən qaçmağa çalışsa da baş tutmayıb. Nəhayət Raqqa İŞİD-dən azad ediləndə Dilbər digər mülki şəxslər kimi kürd döyüşçülərin sığınıb. «Həmin an özümü qanadlanmış kimi hiss etdim. İŞİD bizdən hər şeyimizi, sevincimizi uşaqlıq illərimizi aldı», - deyə o bildirir.
Virtualaz.org xatırladır ki, bundan əvvəl İraqın Mosul şəhərinin azad olunması zamanı da İŞİD-ə qoşulmuş xeyli azərbaycanlı qadın, onların azyaşlı uşaqları aşkarlanıb. Bu qadınlar və uşaqlar İraqın şimalındakı düşərgədə saxlanılır, Bağdad hökuməti onları deportasiya etməyə hazırlaşır. Xarici KİV-lərin reportajlarına əsasən həmin azərbaycanlı qadınların bir çoxu İŞİD-in nəzarətində yaşamaqdan razılıq ifadə edirlər.