

... Yaxud ağrı ilə nifrətin düz mütənasibliyi
Ölkənin hərbi tarixini yaradanlardan biri - Züleyxa Seyıdməmmədovanın hekayəsı
Qadınlar niyə kişilərdə bu görünüşü xoşlayırlar?
Qız valideynləri və ekspertlər selektiv aborta qaçan ailələrə səslənirlər
Qaşların seyrəlməsi və sızanaqlar ...
... Yaxud yaxşı pul qazanan, santexnik və montyor işlərini bilən, idmançı cüssəli, daşınmaz əmlak sahibi potensial qatil
Hər 3 qadından 1-i fiziki və ya cinsi zorakılığa məruz qalır
Real nəticələr, effektivlik, iradə gücü, disiplin, əzmkarlıq – hər şeyi həll edən amillər
İraqda doqquzyaşlı uşaqların evliliyinə icazə verilə bilər
Bəs zərif cinsin nümayəndələri qəfildən kişilərdən güclü olarsa, nə baş verər?
Hicabın qadağasını dəstəkləyən müsəlman qadının yazdıqları
Söz atan, göz zilləyən, fit çalan, siqnal verən, arxalarıyca düşən, toxunan kişilər...
Əgər bir cəmiyyətin özünə idealı saydığı şairi Firdovsi və lideri Xomeyni zəif cinsin nümayəndəsini beşinci sort varlıq sayırsa, ...
Bəzi ölkələrdə qadınların mübarizələri müsbət nəticələr verib
Cəmiyyət qadına sahib çıxmayanda nəticələr faciəvi olur
Küçə süpürən qadın: «Yubatma məni, bala, gün qızır...»
«Böyük oğlum öləndən sonra gəlin evi əlimdən aldı, məni küçəyə atdı. Digər oğlum həbsdədir, biri isə içki düşkünüdür. Evdən qovulandan sonra bir həftə küçələrdə qaldım. Sonra kirayə ev tutdum, bu dəfə də bütün pulumu kirayəyə ödədim, təqaüdüm çörək almağa belə yetmədi...».
Bunu virtualaz.org saytına Şəmkir rayon sakini, 75 yaşlı Nəsibə Əliyeva deyir. Hazırda «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yaşayan N.Əliyeva qonşuların tövsiyəsi ilə son pulunu avtobusa verib, Bakıya gəlib. Ona verilişlərin birinə çıxıb dərdini danışmaq təklif olunub. «Dedilər ki, dərdini danışandan sonra səni Qocalar evinə yerləşdirəcəyik. Amma veriliş bitdi, küçədə qaldım. Mənə dedilər ki, hələ uzun müddət gözləməlisən», - Nəsibə Əliyeva deyir.
Həyat yoldaşı öləndən sonra kənddə təsərrüfatda çalışan 75 yaşlı qadın 4 övlad böyüdüb. Övladının biri dünyasını dəyişib. «Həyat yoldaşım öləndən sonra təsərrüfatda çalışdım, övladlarımı böyütdüm. Amma oğlanlarım içki düşkünü oldu, mənə sahib çıxmadılar. Şəmkirdə yaşayan oğlum ailəsinə, uşaqlarına belə sahib çıxmır. Təsəvvür edin ki, təqaüdümü alıb içkiyə xərcləyirdi, dərman almağa imkanım olmurdu», - N.Əliyeva başına gələnləri söyləyir.
Qızı anasının Qocalar evinə yerləşdirilməsinə razıdır, amma Nəsibə Əliyeva onun günahsız olduğunu deyir. «Qızımın iki övladı var, qayınata-qayınana ilə birgə yaşayır. Onların maddi imkanı yaxşı deyil. Mənə dedi ki, imkanım olsaydı sənə baxardım, amma maddi sıxıntımız var. Yəqin ki, Qocalar evində darıxmayacağam, orada məni heç kim incitməyəcək. Heç olmasa qarındolusu yemək verəcəklər. Bəzən gəlinim oğlumla dalaşırdı, həmin gün mənə yemək vermirdilər. Deyirdi ki, »yaxşı ana olsaydın, oğlun içməzdi, ailəsinə baxardı». Bilirəm ki, düz deyir, artıq kimsəyə möhtac olmaz istəmirəm», - N.Əliyeva söyləyir.
Qonşuların yemək, geyim təklifinə razılaşmayıb. Deyir ki, oğlanlarını əzdirmək istəməyib. Qonşular hər dəfə oğlanlarını söyəndə içi göynəyib: «Qonşular mənə bir qab yemək verirdilər, amma heç kimə möhtac olmaq istəmirdim. Küçədə gecələyəndən sonra vəziyyətim pisləşib, hər gün dərman qəbul edirəm. Hər gün birindən yardım gözləyərək yaşamaq çətindir, ölmək istəyirəm, ölüm də məndən yan qaçır».
Qadın sığınacaqda yeməklə, yataqla təmin edilib. Amma uşaqlarla birgə qalmağın çətin olduğunu deyir. «Uşaqlarla eyni otaqda qalıram, bəzən gündə iki dəfə təcili yardım çağırırlar. Uşaqları da narahat edirəm. Küçədə kimsəsiz ölmək istəmirəm, tək istəyim Qocalar evinə getməkdir», - qadın kömək istəyir.
N.Əliyevanın övladları ilə əlaqə saxlanılıb, onun sığınacaqda yerləşdirildiyini deyiblər. Lakin qadının gətirildiyi 20 gün ərzində bir dəfə də olsun zəng vurub maraqlanan olmayıb. «Mənim onlardan gözləntim yoxdur, dövlətin verdiyi təqaüdlə belə qarşıma bir qab yemək, su qoymayan övladları istəmirəm» desə də, hər qapı açılanda ayağa qalxıb, «gəldilərmi» soruşur...
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək