«Xəzər adaları» Hacı İbrahimdən alınıb?
Beynəlxalq Banka 800 milyon manat borcu olan iş adamı bu barədə danışmaq istəmir...
DÜNYA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hacı İbrahim yenə “yandı”
Nehrəmli iş adamı: “Çox çətindir”
-
Qəsdən od vurublar?!
Hacı İbrahim təsdiqlədi: “Bəli, yanan bina bizə məxsusdur”
-
«Çox çalışdım, amma olmur»
Hacı İbrahimdən etiraf: ««Xəzər adaları» projesini reallaşdıra bilmirik»
-
Millət vəkili millətin evini əlindən aldı
Deputat İqbal Məmmədovla Hacı İbrahim Nehrəmlinin qaynının davası Xətai sakinlərinin başında çatladı
-
«Qoymayın, deputat evimizi əlimizdən almaq istəyir»
İqbal Məmmədovun tələb etdiyi mənzillərin sahibləri Prezidentə də müraciət etdilər
-
Deputatın 654 min dolları batıb
İqbal Məmmədov mənzil fırıldağının qurbanı olub, işdə adı hallanan Məzahir Cəfərov Hacı İbrahim Nehrəmlinin qohumudur
-
110 milyard dollar hara, 10 manat hara?
Hacı İbrahim Nehrəmlinin təzə biznesi
-
Çexlər Hacı İbrahim Nehrəmlinin «şöhrəti» haqda
«Khazar Islands» süni adaların yaratdığı süni xəyal Psj-yə güclü zərbə vurub
-
«Daxmada yaşayası deyiləm ki?»
Nehrəmli Hacı İbrahim: «Yaxud, ucuz paltar geyinməyəcəm ki?»
-
«Yas yerinə də «Stefano Ricci» geyinirəm...»
Hacı İbrahim yüzlərlə fəhlənin əməkhaqqısını niyə ödəmir?
-
Hacılar, ay hacılar
«Qurban olduğum qayıdıb deməz ki ha, ... »
-
«Amerika iş adamlarından təkliflər gəlib»
Hacı İbrahimin 100 milyardlıq layihəsi çökür?
2015-ci ilin martında Cahangir Hacıyev Beynəlxalq Bankın direktoru vəzifəsindən uzaqlaşdırılandan az sonra məlum oldu ki, Azərbaycanda çoxlu sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb qaytarmayıblar.
Fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində onlarla sahibkar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi (MCQMBİ) tərəfindən saxlanıldı. Onların bir çoxunun əmlakı kredit müqabilində əllərindən alınmışdı. Məsələn, «AzMeCo» şirkətinin sahibi Nizami Piriyevdən inşa etdirdiyi metanol zavodu məhkəmə qərarı ilə alınaraq hərrac vasitəsilə SOCAR-a satıldı. Bir çox sahibkarlar özləri əmlaklarını sataraq qısa müddətə kredit borclarını bağladıqları üçün azadlığa buraxıldılar.
«Beynəlxalq Bank işi» adını alan proses çərçivəsində MCQMBİ tərəfindən saxlanılan iş adamlarından biri də «Avesta» konserninin rəhbəri, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli idi. Hacı İbrahim 2015-ci ilin mayında MCQMBİ tərəfindən saxlanılsa da, sonradan krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxmışdı. Maraqlıdır ki, iş adamı Beynəlxalq Banka olan borcunun məbləğini mümkün qədər gizli saxlamağa çalışırdı. Belə ki, ilk zamanlar o, banka cəmi 57 milyon manat, daha sonra 78 milyon manat borcunun olduğunu açıqlamışdı. 2015-ci ilin avqustunda isə mətbuata verdiyi müsahibədə Beynəlxalq Banka ümumilikdə 450 milyon manat kredit borcu olduğunu söyləmişdi. Bildirmişdi ki, Beynəlxalq Bankdan nümayəndə heyəti onun 5 obyektini qiymətləndirib: «Həmin 5 obyektə bankın qoyduğu qiymət 1.5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir »Bandotdel" tərəfindən çağırılmağım doğru deyil. Mən bankı buna görə məhkəməyə verməyə hazırlaşıram".
Amma biq qədər sonra məlum oldu ki, Hacı İbrahimin banka nə az, nə çox - düz 800 milyon manat borcu varmış. Bu borcu onun məşhur «Xəzər Adaları» layihəsi üçün götürdüyü deyilir. Qeyd edək ki, «Xəzər Adaları» Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhərinin salınmasını nəzərdə tutur. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.
Layihə «Avesta» şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 milyard dollar hesablanırdı. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, «Formula-1 trası» və «Azerbaijan Tower» (Azərbaycan qülləsi) tikiləcəyi gözlənilirdi. Adalarda həmçinin dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılırdı.
Hacı İbrahim layihənin 2020-2025-ci illərdə başa çatacağını bəyan edirdi. Müxtəlif vaxtlarda onun mətbuata verdiyi açıqlamalarda Amerika, Türkiyə, ərəb və Çin investorlarının layihəyə maraq göstərdiyi, guya türk iş adamı Əli Ağaoğlunun ona 125 milyon dollar, Çin şirkətlərinin 600 milyon dollaradək, Qətərin dövlət şirkətinin 1 milyard dollar yatıracağı, Kanada dövlət agentliyi «Export Development Canada»nın 4 milyard dollaradək kredit ayıracağı qeyd olunsa da, onların heç biri təsdiqini tapmadı. Daha sonra layihə ərazisinin Beynəlxalq Banka borcun əvəzində Hacı İbrahimdən alındığına dair məlumatlar yayılsa da, iş adamı özü bunu təkzib etdi.
Bu günlərdə yayılan məlumatda «Xəzər Adaları» layihəsinin bütünlüklə Hacı İbrahimdən alındığı, dövlət tərəfindən yeni investorlara təklif olunduğu bildirilir. Verilən məlumata görə, yaxın zamanlarda yeni inverstorlar layihənin icrası prosesini davam etdirməyə başlayacaqlar.
Məsələ ilə bağlı Hacı İbrahim Nehrəmlinin özü ilə əlaqə saxladıq. O, layihə ilə bağlı hər hansı yenilik olmadığını, yaylan məlumatın həqiqətə uyğun olmadığını dedi: «Yalan söhbətdir, belə bir məsələ yoxdur».
Hacı İbrahimdən Beynəlxalq Banka olan borcunu ödəyib-ödəmədiyini də soruşduq. O, suala cavab vermək istəmədiyini bildirdi: «Mən bu barədə danışmaq, müsahibə vermək istəmirəm. Müsahibə vermək istədikdə özüm sizlərə xəbər edəcəm».