«Çox çalışdım, amma olmur»
Hacı İbrahimdən etiraf: ««Xəzər adaları» projesini reallaşdıra bilmirik»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hacı İbrahim yenə “yandı”
Nehrəmli iş adamı: “Çox çətindir”
-
Qəsdən od vurublar?!
Hacı İbrahim təsdiqlədi: “Bəli, yanan bina bizə məxsusdur”
-
«Xəzər adaları» Hacı İbrahimdən alınıb?
Beynəlxalq Banka 800 milyon manat borcu olan iş adamı bu barədə danışmaq istəmir...
-
Millət vəkili millətin evini əlindən aldı
Deputat İqbal Məmmədovla Hacı İbrahim Nehrəmlinin qaynının davası Xətai sakinlərinin başında çatladı
-
«Qoymayın, deputat evimizi əlimizdən almaq istəyir»
İqbal Məmmədovun tələb etdiyi mənzillərin sahibləri Prezidentə də müraciət etdilər
-
Deputatın 654 min dolları batıb
İqbal Məmmədov mənzil fırıldağının qurbanı olub, işdə adı hallanan Məzahir Cəfərov Hacı İbrahim Nehrəmlinin qohumudur
-
110 milyard dollar hara, 10 manat hara?
Hacı İbrahim Nehrəmlinin təzə biznesi
-
Çexlər Hacı İbrahim Nehrəmlinin «şöhrəti» haqda
«Khazar Islands» süni adaların yaratdığı süni xəyal Psj-yə güclü zərbə vurub
-
«Daxmada yaşayası deyiləm ki?»
Nehrəmli Hacı İbrahim: «Yaxud, ucuz paltar geyinməyəcəm ki?»
-
«Yas yerinə də «Stefano Ricci» geyinirəm...»
Hacı İbrahim yüzlərlə fəhlənin əməkhaqqısını niyə ödəmir?
-
Hacılar, ay hacılar
«Qurban olduğum qayıdıb deməz ki ha, ... »
-
«Amerika iş adamlarından təkliflər gəlib»
Hacı İbrahimin 100 milyardlıq layihəsi çökür?
«Mən bütün çətinliklərə baxmayaraq, Azərbaycanı tərk etmək fikrində deyiləm». Bu barədə Modern.az-a «Avesta Konserni» MMC-nin prezidenti, tanınmış və qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) bildirib.
İş adamı bunun səbəbini belə açıqlayıb: «Bu dəqiqə ən yaxşı, ən stabil bizim ölkədir. Əgər kimsə gedib hansısa ölkəyə investisiya yatırırsa, böyük səhv edir. İstər Avropa olsun, istər Amerika. Mən Azərbaycanı tərk etmək fikrində deyiləm».
O qeyd edib ki, oktyabrın 1-dən «Avesta Konserni» MMC-də işlər yenidən başlayıb: «İşlər bir müddət dayanmışdı. Amma yenidən başlamışıq».
İbrahim Nehrəmli səs-küylü «Xəzər adaları» layihəsinin reallaşmasının hələlik mümkün olmadığını bildirib: «Çox çalışdım ki, alınsın, amma olmur. İnvestorlar gəlib-gedir, ümid edirəm ki, bir qərara gələcəyik».
Qeyd edək ki, Hacı İbrahim bundan əvvəl açıqlamasında 2016-cı ilin oktyabrın 1-dən etibarən işlərə başlayacağını desə də, bu vaxta qədər hansısa işlər görülməyib.
«Xəzər Adaları» Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə «Avesta» şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 milyard dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Ada şəhərcikdə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və «Azerbaijan Tower» ( Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq).
Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi də planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir...
Gülşən RAUFQIZI