«Daxmada yaşayası deyiləm ki?»
Nehrəmli Hacı İbrahim: «Yaxud, ucuz paltar geyinməyəcəm ki?»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hacı İbrahim yenə “yandı”
Nehrəmli iş adamı: “Çox çətindir”
-
Qəsdən od vurublar?!
Hacı İbrahim təsdiqlədi: “Bəli, yanan bina bizə məxsusdur”
-
«Xəzər adaları» Hacı İbrahimdən alınıb?
Beynəlxalq Banka 800 milyon manat borcu olan iş adamı bu barədə danışmaq istəmir...
-
«Çox çalışdım, amma olmur»
Hacı İbrahimdən etiraf: ««Xəzər adaları» projesini reallaşdıra bilmirik»
-
Millət vəkili millətin evini əlindən aldı
Deputat İqbal Məmmədovla Hacı İbrahim Nehrəmlinin qaynının davası Xətai sakinlərinin başında çatladı
-
«Qoymayın, deputat evimizi əlimizdən almaq istəyir»
İqbal Məmmədovun tələb etdiyi mənzillərin sahibləri Prezidentə də müraciət etdilər
-
Deputatın 654 min dolları batıb
İqbal Məmmədov mənzil fırıldağının qurbanı olub, işdə adı hallanan Məzahir Cəfərov Hacı İbrahim Nehrəmlinin qohumudur
-
110 milyard dollar hara, 10 manat hara?
Hacı İbrahim Nehrəmlinin təzə biznesi
-
Çexlər Hacı İbrahim Nehrəmlinin «şöhrəti» haqda
«Khazar Islands» süni adaların yaratdığı süni xəyal Psj-yə güclü zərbə vurub
-
«Yas yerinə də «Stefano Ricci» geyinirəm...»
Hacı İbrahim yüzlərlə fəhlənin əməkhaqqısını niyə ödəmir?
-
Hacılar, ay hacılar
«Qurban olduğum qayıdıb deməz ki ha, ... »
-
«Amerika iş adamlarından təkliflər gəlib»
Hacı İbrahimin 100 milyardlıq layihəsi çökür?
İflasa uğramış fantastik «Xəzər adaları» layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli (İbrahimov) iddia edir ki, o, özünün brend geyimlərindən və saatlarından, hətta yas yerinə gedəndə başdan ayağa «Stefano Ricci»idən geyinməsindən bəhs edən müsahibə verməyib. Xatırladaq ki, Hacı İbrahimin adından həmin müsahibəni ölkə.az saytı yayıb.
Virtualaz.org saytı Azərbaycan Beynəlxalq Bankına olan yüz milyonlarla dollar krediti qaytara bilməyən, fəhlələrə də borclu qalan iş adamının biznesinin çökdüyü bir vaxtda nədən borclarını qaytarmaqla məşğul olmayıb dəbdəbəyə pul xərclədiyini sual edib. Nehrəmli Hacının dedikləri habelə sosial şəbəkələrdə geniş rezonans doğurub.
Və bu gün Hacı İbrahim müsavat.com-a deyib ki, o, heç bir müsahibə verməyib və sayt müsahibəni «The New York Times» qəzetinin bir neçə il əvvəl barəsində yazdıqlarından götürüb, «yeni interpretasiyada» təqdim edib.
Sitat: «Əslində, heç mənim o müsahibədən xəbərim yoxdur. Onu haradansa götürüblər, o geyimləri də yazıblar. Mən iki ilə yaxındır xaricə getmirəm, ölkədən çıxışıma qadağa qoyulub. Xaricə getməmişəmsə, o brend paltarları haradan və necə almışam? Mən həmin saytın rəhbərliyi ilə əlaqə saxladım, onlar bu materialı «New York Times» qəzetində çıxmış müsahibəmdən götürüb, hazırlayıblar. Yeni formada veriblər».
Nehrəmli gizlətmir ki, həmişə brend geyimlər geyinib, dəbdəbəli avtomobillər sürüb. Ancaq deyir ki, bizneslə məşğul olan biri kimi onun geyimləri müzakirə mövzusu olmalı deyildi. «Azərbaycanın ilk rəsmi biznesmenlərindənəm. Daxmada yaşayası deyiləm ki? Yaxud, ucuz paltar geyinməyəcəm ki?»-nehrəmli İbrahim deyir.
Virtualaz.org ölkə.az-la əlaqə saxlayıb, Hacı İbrahimin müsahibəsinin qurama olub-olmadığını dəqiqləşdirib. Saytın redaktoru Məmməd Gülməmmədov bildirdi ki, həmin müsahibəni onlara əməkdaşlardan biri təqdim edib. «Həmin müəllifin Hacı İbrahimlə yaxın əlaqələri, ünsiyyəti var. O, Hacı İbrahimlə söhbət edib, geyim zövqü barədə suallar verib və söhbət əsasında müsahibə hazırlayıb bizə təqdim edib. Həmin söhbətin lent yazısı da var, biz onu bəzi əlavə sualları çıxarıb redaktə edəndən sonra saytda yayacağıq» - M.Gülməmmədov müsahibənin qurama olduğu haqda deyilənləri təkzib edərək bildirib.
Qeyd edək ki, «The New York Times» bir neçə il əvvəl Hacı İbrahim və onun layihəsi barədə reklam xarakterli geniş məqalə dərc etmişdi. Ancaq həmin məqalədə Hacının indi geyimlər barədə dediklərinin heç biri yoxdur. Orada ümumi şəkildə qeyd olunur ki, iş adamı dəbdəbəli avtomobillərdə gəzir və brend geyimlər geyir.