«Kimə şou lazımdırsa, başqa mövzu tapsın»
Elçibəyin zəhərlənməsi iddiası yenidən aranı qarışdırdı
AYGÜN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Maraq o qədər də yüksək olmur»
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
-
Xatirə
Elçibəyin qardaşına yazdığı və heç yerdə getməyən məktubunun məzmunu
-
Elçibəyin cənazəsi ilə birgə Bakıya bir çanta pul gətirilibmiş
Mirmahmud Mirəlioğlu: «Çanta Əbülfəz bəyin cənazəsini aparan maşına qoyuldu...»
-
Partiyaların qurultay dərdi...
Sözçülərin deməsindən başa düşmək olar ki, bu payız siyasi ab-hava çox «isti» keçəcək
-
«Vahid namizəd seçməlidir»
Pənah Hüseynin təklifinə müxalifətdən reaksiyalar gəldi
-
«Hökumət etiraf etdi ki, ...»
Ələsgər Vəliyev: «... Apardığı iqtisadi siyasət uğurlu olmadı»
-
«Xədicə İsmayıl həbs edilməlidir»
«Daha heç kimə deyə bilməyəcəklər ki, Elmanı yığışdırın»
-
«AXCP Elçibəylə gedib»
«25 illiyi qeydetmə haqqı istənilən insanda var»
-
«Bu nədir, haradan gəlir, hara gedir?»
KXCP rəsmisi Düşüncə Mərkəzi haqda mətbuatdan eşidib
-
«MDB-dən çıxmalıyıq»
«Qurum Rusiyanın keçmiş sovet respublikaları üzərində diqtəsi üçün qurulub»
-
«Cəsarəti olsaydı, atasının dəfninə gələrdi»
Mirmahmud Mirəlioğlu: «Mütəllibovun yaddaşı getdikcə zəifləyir, səviyyəsi aşağı düşür»
-
«AMİP Milli Şuranın əleyhinədir»
«Yusif Bağırzadənin dedikləri ilə də yeni tanış oldum»
-
«Rəsul Quliyev öhdəlikləri yerinə yetirmədi»
«Onda İsa Qəmbərin görüşləri də hakimiyyətin layihəsidi»
-
«Tarixdə şəxsiyyətin rolu haqqında uğursuz axtarışlar»
Problemin fəlsəfi qoyuluşu
-
«Yedilər, yedilər Ramiz Rövşəni»
-
Oktyabrın 29-da bir neçə xəbər portalı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun eks-prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi iddiası üzrə qaldırılmış cinayət işinin istintaqına faktı təsdiq etməsi haqqında informasiya yaydı. Bir neçə xəbər portalı isə baş verənləri eks-prezidentin məzarının açılması üçün önəmli gəlişmə kimi dəyərləndirdi. Ancaq bir qədər sonra Mirmahmud Mirəlioğlu açıqlama verərək istintaqa belə bir ifadə verdiyini təkzib etdi. Məsələ qısa zamanda virtual aləmdə elə sürətlə yayılmağa başladı ki, sonda Əbülfəz Elçibəyin ailəsi Baş Prokurorluğa və mediaya müraciət edərək saxta ittihamla qaldırılan cinayət işinin dərhal dayandırılmasını tələb etmək məcburiyyətində qaldı.
Bu arada AXCP sədrinin müavini Gözəl Bayramlı facebook sosial şəbəkəsindəki profilində baş verənlər haqqında açıqlama yayaraq Mirmahmud Mirəlioğlunu cəmiyyətdə çaşqınlıq yaratmaqda qınadı: «Yarımçıq da olsa, təkzib açıqlamaları oxudum. KXCP funksionerləri də bu təkzib açıqlamalarını yayır, Mirmahmud bəyi prokurorluğa verdiyi ifadəyə görə qınayanları səhv etməkdə, tələsməkdə qınayırlar. Buna baxmayaraq, qeyri-müəyyənlik yenə qalır».G.Bayramlı fikirlərini paylaşandan sonra məsələ virtual məkanda xeyli müzakirə edildi. Dünən isə M.Mirəlioğlu APA-ya istintaqa ifadəsi ilə bağlı daha bir açıqlama verib: «Sual olundu ki, Elçibəyin zəhərlənməsi ilə bağlı onlara mənbə məlumat verib. Mən isə bunun kökündən yalan olduğunu xüsusi olaraq dedim. Ümumilikdə 3-4 sual olub ki, onları da cavablandırmışam. Həmçinin bu istintaq işinin perspektivsizliyini də onların diqqətinə çatdırmışam».
M.Mirəlioğlu APA-ya müsahibəsində G.Bayramlının ünvanına sərt tənqidlər də səsləndirib. Baş verənləri «Yeni Müsavat»a şərh edən Gözəl Bayramlı isə deyir ki, bu, tək onun yox, bu siyasi şounun bir an öncə bitməsində marağı olanların fikridir: «Həmin gün Mirmahmud Mirəlioğlu bir neçə media orqanına müsahibə verərək bildirmişdi ki, Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı bütün bildiklərimi istintaqa dedim. Bir neçə xəbər portalında təkzib edilməyə çalışılsa da ortada konkret fikir yox idi. Mənə elə gəlir, siyasətçi cəmiyyətə açıq olmalıdır. Azərbaycan cəmiyyətinin bu gün bu məsələ ilə bağlı ciddi narahatlıqları var. Çünki bu, birmənalı Əbülfəz Elçibəyin ruhuna təhqirdir. Eyni zamanda çoxlarına da yaxşı bəllidir ki, məsələ birbaşa AXCP sədri Əli Kərimliyə, bütünlükdə partiyaya qarşı qurulan saxta bir oyundur. 1988-ci ildən bu hərəkatda olan, Əbülfəz Elçibəyə hər zaman sayğısı olan bir adam kimi mən bu məsələyə aydınlıq gətirilməsi üçün çağırış etməyi özümə borc bildim. Həmin vaxt Əbülfəz Elçibəyin ailəsinin də müraciəti yayılmışdı və mən o sətirləri oxuyanda göz yaşlarımı saxlaya bilmədim. Söhbət Azərbaycan milli azadlıq hərəkatının liderindən, Azərbaycanın ilk qanuni dövlət başçısından gedir. Bununla demək istəyirdim ki, bir çox nüfuzlu ziyalılar, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən şəxslər bu iddianın absurd olduğunu, konkret məqsəd güddüyünü anlayır, bununla bağlı birmənalı mövqe bildirir, ancaq özünü Əbülfəz Elçibəyin ən layiqli davamçısı hesab edən Mirmahmud Mirəlioğlu birdəfəlik açıq-aydın bir mövqe ortaya qoymur. Hər dəfə məsələ ilə bağlı ikibaşlı açıqlamalar verir. Məsələ gündəmə gələndə isə demişdi ki, bütün maraqlı tərəflər bir araya gəlib müzakirələr aparmalı, sonra ictimaiyyətə açıqlama verməliyik. Bir tərəfdən də Elman Türkoğlu məsələsi. Elman Türkoğlu KXCP-nin üzvüdür. Gizlətmirəm, mən o səviyyədə olan yazıları oxumuram, ancaq xəbərim var ki, bu şəxs hətta mənim də adımı zəhərlənmə məsələsində hallandırmışdı. Biz bu qədər vaxtı bu məsələyə səbirlə yanaşdıq. Ancaq milli azadlıq hərəkatında fəal bir şəxs kimi mənim də haqqımda səslənən belə cəfəng iddialara cavab vermək haqqım var. Mirmahmud Mirəlioğlu niyə rəhbərlik etdiyi partiyanın bir üzvünün qarayaxmaları ilə bağlı cəmiyyətə açıqlama vermir? Elman bu partiyada necə qala bilər? Söhbət Elçibəyin ruhunun təhqir olunmasından gedirsə və Elman hakimiyyət şousunda yer alırsa, mən, Mirmahmud Mirəlioğlunun səmimiliyinə necə inanım?»
Gözəl Bayramlı bildirir ki, birdəfəlik bilinməlidir ki, Mirmahmud Mirəlioğlu bu şounun lehindir, əleyhinədir: «Mirmahmud bəy deyir ki, istintaqa zəhərlənmə faktının olmadığını deyib. Mən ona inanıram. Ancaq xəbər portalları bu haqda informasiya yayırsa və bu informasiyada ciddi, yanlış təsəvvür yaradan ifadələr yer alırsa, niyə bununla bağlı təkzib verilmir? Bu gün Azərbaycan ictimai fikrinə təsir edən iki boyük media orqanı var - «Azadlıq" və «Yeni Müsavat» qəzetləri. Bu qəzetlərə rəsmi açıqlama göndərməklə məsələni kökündən həll etmək mümkün olardı. Buna belə cəhd edilmir. Bir daha deyirəm, mən Mirmahmud Mirəlioğlunun istintaqa zəhərlənmə faktını təsdiq etməməsi haqqında açıqlamasına inanıram. Ancaq bu təşəbbüs yalnız media orqanlarında deyil, həm də siyasətçinin özündən gəlməlidir. Cəmiyyətin hər hansı məsələ ilə bağlı narahatlığı var, siyasətçi bu haqda açıqlama verməlidir. Bunlar isə cəmiyyəti məlumatlandırmaq əvəzinə siyasi şouya etiraz edənlərin üzərinə yürüdülər. Anlaşılmayan budur. Şübhələrə də belə məsələlər yol açır. Şübhəli məqamı isə şübhə altında qalan aradan qaldırmalıdır».
Mirmahmud Mirəlioğlu isə «Yeni Müsavat»a məsələ haqqında artıq danışmaq istəmədiyini deyib: «Başlığa bir fikir çıxarırlar, içəridə başqa bir şey yazırlar. Kiməsə şou lazımdırsa, getsin, başqa bir mövzu tapsın. Mən sizə inanıram, ancaq Azərbaycan mediasının durumunu da bilirəm. Ona görə də əlavə heç bir sözüm yoxdur».