vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
PARTİYALAR  
11:13 | 12 iyun 2017 | Bazar ertəsi Məqaləyə 3742 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Partiyaların qurultay dərdi...

Sözçülərin deməsindən başa düşmək olar ki, bu payız siyasi ab-hava çox «isti» keçəcək

Günay RƏSULQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycanda fəaliyyət göstərən kifayət qədər siyasi partiya var. Onların fəaliyyəti dırnaqarasıdır ya yox, bu, ayrı məsələ. Lakin hər bir partiyanın öz nizamnaməsi var və buna uyğun olaraq siyasi partiyaların müəyyən müddətdən bir qurultayları keçirilməlidir.

Bəs partiyalar qurultay keçirilməsini nə zamana planlaşdırır?

Modern.az bu sualla bir neçə partiyaya müraciət edib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: «Partiyamızın qurultayı nizamnaməmizdə nəzərdə tutulandan iki dəfə artıq keçirilib.  Biz qurultayları beş ildən bir keçirməliyik. Nəzərə alsaq ki, partiyamız 30 ildən çoxdur fəaliyyət göstərir, altı qurultay keçirməli olduğumuz halda 13 qurultay keçirmişik. Amma son qurultayımızın üstündən xeyli zaman keçib.

Məsələn, bizim əvvəlki qurultaylarımızda Ədliyyə Nazirliyinə göndərdiyimiz protokollar  qeydiyyatdan keçməyib. Nazirlik bununla bağlı bizə nə müsbət, nə də mənfi cavab verib.  Halbuki onlar keçirdiyimiz qurultayların nəticələrini təsdiq etməlidir ki, bunun əsasında yeni qurultaya  hazırlaşaq».

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu: «Klassik Xalq Cəbhəsi Partiyasının qurultay müddəti  artıq məlumdur. Nizamnaməyə uyğun olaraq gələn il qurultay keçirilməlidir».

REAL hərəkatının sözçüsü (icraçı katibi) Natiq Cəfərli: «Qurultayla bağlı demək olar ki, əsas hazırlıqlar bitib. Bölgələrdə məclislərin təsis olunması yekunlaşmaq üzrədir. Təəssüf ki, yay aylarında siyasi aktivlik müşahidə olunmur. Çox güman ki, ilin sonuna qədər payız aylarında qurultayla bağlı qərarımız olacaq və vaxt təyin ediləcək».

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sözçüsü (siyasi şuranın üzvü) Əli Orucov: «Qurultayın nə zaman keçirilməsi ilə bağlı hər hansı məlumat yoxdur. Sadəcə texniki işlər qalıb. Nizamnaməyə əsasən üç ildən bir qurultay keçiririk. Müəyyən səbəblərdən partiyanın sədr yeri boş qalarsa, yaxud vacib məsələlər olarsa, fövqəladə qurultaylar keçirilə bilər. Partiyanın qurultayının keçirilməsi isə müzakirələrdən asılıdır».

Ümid Partiyasının sədri İqbal Ağazadə: «Partiyanın qurultayı gələn il üçün nəzərdə tutulub və namizəd də həmin zaman müəyyən ediləcək. Qurultaya hazırlıq gedir. Sonuncu qurultayımız 2013-cü ildə keçirilib. Qeyd edim ki, partiyanın qurultayı beş ildən bir təşkil olunur».

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan: «Partiyanın qurultayını bu il üçün planlaşdırırıq».

Müsavat Partiyasının sözçüsü (mərkəzi icra aparatının rəhbəri) Gülağa Aslanlı: «Nizamnamənin tələbinə əsasən partiyamızın qurultayı dörd ildən bir keçirilməlidir. Yalnız hakimiyyət şərait yaratdığı halda qurultay keçiriləcək».