vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
OLAY  
16:55 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 2477 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elkapone Rusiyadan gedir

Azərbaycanlı biznesmen Moskvadakı bütün obyektlərini satıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda və Rusiyada Frenk Elkapone kimi tanınan iş adamı Fizuli Məmmədov Moskvadakı biznesini satıb. Bu barədə «Axar.az»a Moskvadakı mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, Elkapone sahibi olduğu «İnter-Sever» şirkətini, habelə Çeryomuşka bazarındakı payını yəhudi əsilli iş adamlarına satıb və biznesini Avropaya köçürüb.

Mənbənin dediyinə görə, keçmiş Moskva meri Yuriy Lujkov və onun xanımı Yelena Baturina ilə sıcaq əlaqələri olan Frenkin onların Moskvadan getməsindən sonra mövqeləri zəifləyib. Artıq neçə vaxtdır ki, onun obyektləri Moskva vergi departamenti tərəfindən yoxlanılırmış. Moskvanın «Reçnoy vokzal» metrostansiyası yaxınlığındakı ticarət mərkəzi də buna görə günlərlə bağlı qalırmış.

Nəhayət, Frenk Rusiya ilə üzülüşmək qərarı verib. Amma biznesini konkret hara köçürdüyü dəqiq deyil. Ehtimal olunur ki, o, biznesini İtaliyaya köçürüb. Çünki onun birinci həyat yoldaşı italyan əsillidir. Frenkin Palermoda da ticarət mərkəzi var.